Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   20   21   22   23   24   25   26   27   28

 

55 


187.2.  Yetkinlik  yaşına  çatanlar  barəsində  atalığın  müəyyən  edilməsinin  qeydə  alınmasına 

yalnız onların razılığı ilə yol verilir. 

Maddə 188. Uşağın doğulması haqqında qeydə ata barəsində məlumatın yazılması  

Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata 

barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. 

 

27-ci fəsil 



ADIN, ATA ADININ VƏ SOYADIN DƏYİŞDİRİLMƏSİNİN QEYDƏ ALINMASI 

Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ  

Azərbaycan  Respublikası  vətəndaşlarının  öz  adını  və  soyadını,  atasının  adını 

dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 

Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası  

Adın,  ata  adının  və  soyadın  dəyişdirilməsi  vətəndaşların  daimi  yaşayış  yerində  qeydə 

alınır. 

Maddə  191.  Adını,  ata  adını  və  soyadını  dəyişdirmiş  şəxslərin  uşaqlarının  doğulması 

haqqında qeyddə dəyişikliklər aparılması  

191.1.  Atanın  öz  adını  dəyişdirməsi  qeydə  alınarkən  onun  yetkinlik  yaşına  çatmayan 

uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir 

ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 

191.2.  Hər  iki  valideynin  soyadı  dəyişdirildikdə,  yetkinlik  yaşına  çatmayanların  soyadı 

dəyişir.  Soyadı  valideynlərdən  biri  dəyişdirərsə,  onun  yetkinlik  yaşına  çatmayan  uşaqlarının 

soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən həll edilir. 

Maddə  192.  Adın,  ata  adının  və  soyadın  dəyişdirilməsi  ilə  əlaqədar  olaraq  vətəndaşlıq 

vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi  

Adın,  ata  adının  və  soyadın  dəyişdirilməsinin  qeydə  alınması  ilə  əlaqədar  vətəndaşlıq 

vəziyyəti  aktlarının  qeydiyyatında  dəyişikliklər  edilmişsə,  əvvəllər  verilmiş  şəhadətnamələr 

ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr 

verilir. 

 

28-ci fəsil 



ÖLÜMÜN QEYDƏ ALINMASI 

M a d d ə   1 9 3 .   Ölümün qeydə alınması qaydası  

193.1.  Ölümün  qeydə  alınması  ölmüş  şəxsin  yaşamış  olduğu  yerdə  və  ya  ölümün  baş 

verdiyi yerdə aparılır. 




 

56 


193.2.  Ölüm  faktının  müəyyən  edilməsi  haqqında  və  ya  vətəndaşın  ölmüş  elan  edilməsi 

haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin 

olduğu yerdə aparılır. 

Maddə 194. Ölüm haqqında məlumat vermə  

Ölümün  qeydə  alınması  ölmüş  şəxsin  qohumlarının,  onun  qonşularının,  mənzil-istismar 

təşkilatları  işçilərinin  məlumatı  üzrə,  habelə  ölümün  baş  vermiş  olduğu  təşkilatın 

müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 

Maddə 195. Ölüm haqqında məlumatın verilməsi müddətləri  

Ölüm  haqqında  məlumat  ölümün  baş  verdiyi  və  ya  meyidin  tapıldığı  vaxtdan  10  gündən 

gec olmayaraq verilməlidir.

xlix[49]

 

 



 


 

57 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

28  dekabr  1999-cu  il  tarixli    779-IQ  nömrəli  “Azərbaycan  Respublikasi  Ailə  Məcəlləsinin  təsdiq 



edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağli  hüquqi  tənzimləmə  məsələləri  haqqinda”  Azərbaycan 

Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 3, maddə 

126) ilə təsdiq edilmişdir.  

 

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar: 



1.  22  oktyabr  2002-ci  il  tarixli  374-IIQD  nömrəli  “Azərbaycan  Respublikasinin  Ailə  Məcəlləsinə 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqinda”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasinin qanunvericilik toplusu, 2002-ci il, № 12, Maddə 702) 

2.  30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 

Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən 

düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 

Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-

cü il, № 7, maddə 505 )  

3.  23  dekabr  2005-ci  il  tarixli  34-IIIQD    nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66) 

4.  10  oktyabr  2006-cı  il  tarixli  155-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923) 

5.  20  oktyabr  2006-cı  il  tarixli  167-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) 

6.  20  oktyabr  2006-cı  il  tarixli  168-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) 

7.  29  dekabr  2006-cı  il  tarixli  220-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) 

8.  17  aprel  2007-ci  il  tarixli  315-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) 

9.  9  oktyabr  2007-ci  il  tarixli  430-:IIQD  nömrəli    Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053) 

10.  7  dekabr  2007-ci  il  tarixli  509-IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan  

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218) 

11.  13  iyun  2008-ci  il  tarixli  648-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  

Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) 

 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə