Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

41 


130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla 

müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. 

Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi  

131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. 

131.2. Övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə orqanının və 

müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.

xxx[30]

 

131.3.  Məhkəmənin  övladlığa  götürməni  ləğv  etmək  haqqında  qətnaməsinin  qüvvəyə 



mindiyi gündən övladlığa götürməyə xitam verilir. 

131.4. Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə mindikdən 

sonra  3  gün  ərzində  həmin  qətnamədən  çıxarışı  övladlığa  götürmənin  dövlət  qeydiyyatına 

alındığı  ərazi  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanına  uşağın  yaşadığı  (olduğu)  yer  üzrə 

müvafiq  icra  hakimiyyəti  orqanına,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşağın 

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi hallarında eyni 

zamanda müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

xxxi[31]


 

Maddə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları  

132.1. Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir: 

132.1.1.  övladlığa  götürənlər  onlara  həvalə  edilmiş  valideynlik  vəzifələrini  yerinə 

yetirmədikdə; 

132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə; 

132.1.3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə; 

132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda. 

132.2.  Məhkəmə  uşağın  rəyini  nəzərə  almaqla  onun  mənafeyi  naminə  digər  əsaslarla  da 

övladlığa götürməni ləğv edə bilər. 

Maddə 133. Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olanlar  

Övladlığa  götürmənin  ləğv  olunmasını  övladlığa  götürənlərin  özləri  ,  uşağın  valideynləri, 

övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 

Maddə  134.  Övladlığa  götürmənin  və  övladlığa  götürmənin  ləğv  olunmasının  hüquqi 

nəticələri  

134.1.  Övladlığa  götürülənlər  və  onların  övladları  övladlığa  götürənlərə  və  onların 

qohumlarına  münasibətdə,  eləcə  də  övladlığa  götürənlər  və  onların  qohumları  övladlığa 

götürülənlərə  (onların  övladlarına)  münasibətdə  öz  şəxsi  qeyri-əmlak  və  əmlak  hüquq  və 

vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. 

134.2.  Övladlığa  götürülən  uşaqlar  öz  valideynlərinə  (qohumlarına)  münasibətdə  şəxsi 

qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. 

134.3.  Uşaq  övladlığa  bir  nəfər  tərəfindən  götürüldükdə  əgər  o,  kişidirsə,—ananın  arzusu 

ilə, əgər qadındırsa—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla 

bilər. 


134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmüş 

valideynin  atasının  və  ya  anasının  (uşağın  babasının  və  ya  nənəsinin)  xahişi  ilə  ölənin 

qohumlarına münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər. Ölən 



 

42 


valideynin qohumlarının övladlığa götürülən uşaqla ünsiyyətdə olmaq hüququ bu Məcəllənin 

62-ci maddəsinə uyğun həyata keçirilir. 

134.5.  Uşağın  övladlığa  götürülməsi  haqqında  məhkəmənin  qətnaməsində  övladlığa 

götürülənin  valideynlərindən  biri  və  ya  ölmüş  valideynin  qohumları  ilə  münasibətlərin 

saxlanması barədə qeyd olunur. 

134.6.  Bu  Məcəllənin  128.1  və  128.2-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  hüquqi  nəticələri 

övladlığa götürən şəxslərin uşağın doğum haqqında akt qeydində onun valideynləri qismində 

yazılmasından asılı olmadan yaranır. 

134.7.  Məhkəmə  övladlığa  götürülməni  ləğv  etdikdə,  övladlığa  götürülmüş  uşağın  və 

övladlığa  götürənlərin  (onların  qohumlarının)  qarşılıqlı  hüquq  və  vəzifələrinə  xitam  verilir. 

Uşağın  mənafeyi  bunu  tələb  edərsə,  onunla  valideynləri  (onun  qohumları)  arasında  qarşılıqlı 

hüquq və vəzifələr bərpa olunur. 

134.8.  Övladlığa  götürmə  ləğv  olunduqda,  uşaq  məhkəmənin  qətnaməsi  ilə  valideynlərə 

qaytarılır. 

134.9.  Bu  halda,  uşağın  valideynləri  olmadıqda,  yaxud  uşağın  valideynlərinə  qaytarılması 

onun mənafeyinə ziddirsə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir. 

134.10.  Məhkəmə  uşağa  övladlığa  götürülərkən  verilən  ad  və  soyadın  saxlanıb-

saxlanılmamasını da həll edir. 

134.11. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər. 

134.12. Məhkəmə uşağın mənafeyinə uyğun olaraq, bu Məcəllənin 76—78-ci maddələrində 

qeyd  edilən  vəsaitin  keçmiş  övladlığa  götürəndən  tutulub  uşağa  verilməsi  haqqında  qətnamə 

qəbul edə bilər. 

134.13.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşağın  əcnəbilər  və  ya  vətəndaşlığı 

olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  ayrı  qayda  nəzərdə  tutulmamışdırsa,  müvafiq  icra 

hakimiyyəti  orqanı  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşağın  Azərbaycan 

Respublikasının  ərazisinə  qaytarılması  üçün  tədbirlərin  görülməsi  və  ya  övladlığa  götürənin 

vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə 

övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat 

verir.  Azərbaycan  Respublikasının  ərazisinə  qaytarılan  uşaq  bu  Məcəllənin  114-116-cı 

maddələrinə  uyğun  olaraq  yenidən  uçota  alınır  və  müəyyən  olunmuş  qaydada 

yerləşdirilir.

xxxii[32]

 

Maddə 135. Övladlığa götürmənin ləğvinin yolverilməzliyi  



Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa 

götürən,  övladlığa  götürülən  və  övladlığa  götürülənin  valideynləri  (valideynlər  sağdırsa, 

valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti 

olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə 

yol verilir. 

 

20-ci fəsil 



UŞAQLAR ÜZƏRİNDƏ QƏYYUMLUQ VƏ HİMAYƏ 

Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə