Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

33 


müqavilə  əsasında  kommersiya  və  qeyri-kommersiya  təşkilatlarına  verilən  pul  vəsaitindən 

mülki  prosessual  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  tutulur.  Bu  vəsaitlər 

çatışmadıqda  tələb  aliment  ödəməli  olan  şəxsin  qanunla  tələb  yönəldilə  bilən  başqa  əmlakına 

yönəldilə bilər. 

Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi  

106.1.  İcra  vərəqəsi  və  ya  aliment  ödənilməsi  barədə  notariat  qaydasında  təsdiq  olunmuş 

saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində 

tutula bilər. 

106.2.  Aliment  onu  icra  vərəqəsi  və  ya  aliment  ödənilməsi  barədə  saziş  əsasında  ödəməli 

olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü 

maddəsi  ilə  müəyyən  edilmiş  3  illik  müddətdən  asılı  olmayaraq  istənilən  müddətdə  tutula 

bilər. 


106.3.  Borclar  alimentin  məhkəmənin  qətnaməsi və  ya  aliment  ödənilməsi  barədə  saziş  ilə 

müəyyən edilən miqdara uyğun olaraq məhkəmə icraçısı tərəfindən müəyyən edilir. 

106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən 

aliment  üzrə  borcların  miqdarı  aliment  ödəməli  olan  şəxsin  onu  ödəmədiyi  dövr  ərzindəki 

qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə 

və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, 

aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək 

haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını 

əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə 

tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə 

borcları sabit pul məbləğində müəyyən edə bilər. 

106.5. Məhkəmə icraçısı tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan 

tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş 

qaydada şikayət edə bilər. 

Maddə 107. Aliment üzrə borcları ödəməkdən azad edilmə  

107.1.  Aliment  onun  ödənilməsi  barədə  saziş  əsasında  tutulduqda  aliment  üzrə  borcları 

ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə 

bilər. 


107.2.  Məhkəmə  aliment  ödəməli  şəxsin  iddiası  üzrə  aliment  borcunun  şəxsin  xəstəliyi  və 

digər  üzürlü  səbəblərə  görə  əmələ  gəldiyini,  ailə  və  maddi  vəziyyətinin  bu  borcları  ödəməyə 

imkan  vermədiyini  müəyyən  edərsə,  onu  həmin  borcları  ödəməkdən  tamamilə  və  ya  qismən 

azad edə bilər. 

Maddə 108. Alimenti vaxtında ödəməməyə görə məsuliyyət  

108.1.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  aliment  ödəməli  olan  şəxsin  təqsiri  üzündən 

aliment  üzrə  borclar  yarandıqda  təqsirkar  şəxs  həmin  sazişlə  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyır. 

108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə 

borclar  yarandıqda,  təqsirkar  şəxs  aliment  alana  ödənilməmiş  alimentin  məbləğinin  faizi 

miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. 



 

34 


108.3.  Aliment  alan,  həmçinin  aliment  öhdəliklərinin  vaxtında  yerinə  yetirilməməsi 

nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə 

bilər. 

Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi  



109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 

109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 

109.2.1.  aliment  ödənilməsi  barədə  saziş  aliment  ödəyən  tərəfi  aldatma,  ona  hədə-qorxu 

gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 

109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin 

saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 

109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim 

edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 

109.3.  Bu  Məcəllənin  109.2.1—109.2.3-cü  maddələrində  göstərilən  hərəkətlər  uşağın  və  ya 

yetkinlik  yaşına  çatan fəaliyyət qabiliyyəti  olmayan  şəxsin  nümayəndəsi  tərəfindən edilmişsə, 

aliment  geri  tələb  olunmur,  lakin  alimentin  ödənilmiş  məbləği  aliment  ödəmiş  şəxsin  iddiası 

əsasında təqsirkar nümayəndədən tutulur. 

Maddə 110. Alimentin indeksasiyası  

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment 

tutan  təşkilatın  müdiriyyəti  tərəfindən  müəyyən  olunmuş  minimum  əmək  haqqı  məbləğinin 

artımına mütənasib olaraq müəyyən edilir. 

110.2.  Alimentin  indeksiyası  məqsədi  üçün  məhkəmə  tərəfindən  onun  miqdarı  müəyyən 

olunmuş  minimum  əmək  haqqı  məbləğinin  müəyyən  mislinə  uyğun  sabit  pul  məbləğində 

müəyyən edilir. 

Maddə  111.  Aliment  ödəməli  olan  şəxs  xarici  ölkəyə  daimi  yaşamaq  üçün  getdikdə 

aliment tutulması  

111.1  Xarici  ölkəyə  daimi  yaşamaq  üçün  gedən  şəxs  bu  Məcəllənin  94,  97  və  98-ci 

maddələrinə uyğun olaraq qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi 

barədə saziş bağlaya bilər. 

111.2.  Aliment  ödənilməsi  barədə  saziş  olmadıqda  maraqlı  şəxslər  məhkəməyə  müraciət 

edərək  aliment  miqdarını  sabit  pul  məbləğində  müəyyən  etməklə,  onun  birdəfəlik  üsul  ilə 

ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla 

ödənilməsini tələb edə bilərlər. 

Maddə  112.  Məhkəmənin  müəyyən  etdiyi  alimentin  miqdarının  dəyişdirilməsi  və 

aliment ödəməkdən azadetmə  

112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı 

müəyyən  olunduqdan  sonra  tərəflərdən  birinin  ailə  və  ya  maddi  vəziyyətində  dəyişiklik 

olmuşsa,  məhkəmə  tərəflərdən  istənilən  birinin  tələbi  ilə  alimentin  müəyyən  olunmuş 

miqdarını  dəyişə  bilər  və  ya  aliment  ödəməli  olan  şəxsi  tərəflərin  diqqətəlayiq  başqa 

maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə