Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

27 


81.3.  Məhkəmə  valideynləri  faktiki  çəkilmiş  əlavə  xərclərə,  eləcə  də  gələcəkdə  çəkilməsi 

zəruri olan xərclərə cəlb edə bilər. 

Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi  

82.1.  Əmək  qabiliyyəti  olan  yetkinlik  yaşına  çatmış  övladlar  maddi  yardıma  ehtiyacı  olan 

əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 

82.2.  Aliment  ödənilməsi  barədə  saziş  olmadıqda  əmək  qabiliyyəti  olmayan  və  maddi 

yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış 

övladlardan məhkəmə qaydasında tutulur. 

82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və 

övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə 

alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 

82.4.  Alimentin  miqdarı  müəyyən  olunarkən  məhkəmə,  tələbin  valideynlərin  əmək 

qabiliyyəti  olan  və  yetkinlik  yaşına  çatmış  övladlarından  hamısına,  birinə  və  ya  bir  neçəsinə 

verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 

82.5.  Valideynlərin  öz  valideynlik  vəzifələrini  yerinə  yetirməməsi  məhkəmə  tərəfindən 

müəyyən  olunarsa,  uşaqlar  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma  ehtiyacı  olan 

valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 

82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən 

azad edilirlər. 

Maddə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı  

83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda 

və  valideynləri  ağır  xəstəliyə  tutulduqda,  şikəst  olduqda,  onlara  qulluq  etməyə  görə  kənar 

şəxslərə  haqq  ödəmək  lazım  gəldikdə  və  digər  müstəsna  hallarda,  yetkinlik  yaşına  çatmış 

övladlar  məhkəmə  qaydasında  yuxarıdakı  hallarla  əlaqədar  əlavə  xərclərin  çəkilməsinə  cəlb 

edilə bilərlər. 

83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası 

və  bu  xərclərin  miqdarı  məhkəmə  tərəfindən,  valideynlərin  və  uşaqların  maddi  və  ailə 

vəziyyətləri,  digər  diqqətəlayiq  hallar  nəzərə  alınmaqla  bu  Məcəllənin  82.3—82.6-cı 

maddələrinə uyğun olaraq müəyyən edilir. 

83.3.  Əlavə  xərclərin  ödənilməsi  qaydası  və  bu  xərclərin  miqdarı  tərəflərin  sazişi  ilə  də 

müəyyən oluna bilər. 

 

14-cü fəsil 



ƏR-ARVADIN VƏ KEÇMİŞ ƏR-ARVADIN ALİMENT ÖHDƏLİKLƏRİ 

Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi  

84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 

84.2.  Bu  köməyin  göstərilməsindən  imtina  edildikdə  və  ər-arvad  arasında  alimentin 

ödənilməsi  barədə  saziş  olmadıqda  aşağıdakılar  buna  zəruri  vəsaitə  malik  olan  digər  tərəfin 

aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 

84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 

84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 




 

28 


84.2.3.  sağlamlıq  imkanları  məhdud  ümumi  uşağa  qulluq  edən  və  ehtiyacı  olan  ər  və  ya 

arvad—uşaq 18 yaşına çatana qədər; 

xiv[14]

 

84.2.4.  18  yaşından  yuxarı  I  qrup  əlil  ümumi  uşağa  qulluq  edən  və  ehtiyacı  olan  ər  və  ya 



arvad. 

xv[15]


 

Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ  

85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə 

malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 

85.1.1.  hamiləlik  dövründə  və  ümumi  uşaqlarının  doğulduğu  gündən  3  il  ərzində  keçmiş 

arvad; 


85.1.2.  sağlamlıq  imkanları  məhdud  ümumi  uşağa  və  ya  18  yaşına  çatanadək  sağlamlıq 

imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa 

qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 

xvi[16]


 

85.1.3.  nikah  pozulana  qədər  və  ya  nikah  pozulduğu  gündən  bir  il  ərzində  əmək 

qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 

85.1.4.  ər-arvad  uzun  müddət  nikahda  olmuşlarsa,  nikah  pozulduğu  andan  5  il 

müddətindən  gec  olmayaraq  pensiya  yaşına  çatan  və  maddi  yardıma  ehtiyacı  olan  keçmiş  ər 

(arvad). 

85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi 

qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. 

Maddə  86.  Ərdən  (arvaddan)  və  ya  keçmiş  ərdən  (arvaddan)  digərinə  məhkəmə 

qaydasında tutulan alimentin miqdarı  

Aliment  ödənilməsi  barədə  ər-arvad  və  ya  keçmiş  ər-arvad  arasında  saziş  olmadıqda, 

məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı 

məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq 

olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən 

edilir. 

Maddə  87.  Ərin  (arvadın)  arvadı  (əri)  saxlamaq  vəzifəsindən  azad  edilməsi  və  ya  bu 

vəzifənin müddətlə məhdudlaşdırılması  

87.0. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra 

maddi  yardıma ehtiyacı  olan  və  əmək qabiliyyəti  olmayan  arvadı (əri)  saxlamaq  vəzifəsindən 

azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər: 

87.0.1. maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik 

vasitələrin,  psixotrop  maddələrin  qəbulu  və  ya  qəsdən  törətdiyi  cinayət  əməli  nəticəsində 

itirdikdə; 

xvii[17]


 

87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda; 

87.0.3. nikah çox çəkmədikdə. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə