Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

31 


Maddə  96.  Aliment  alanın  maraqları  pozulduqda  aliment  ödənilməsi  barədə  sazişin 

etibarsız sayılması  

96.1.  Alimentin  ödənilməsi  barədə  sazişdə  nəzərdə  tutulan  təminatın  verilməsi  şərtləri 

azyaşlı  uşağın,  yaxud  yetkinlik  yaşına  çatan,  lakin  əmək  qabiliyyəti  olmayan  ailə  üzvünün 

maraqlarını  pozursa,  o  cümlədən  bu  Məcəllənin  97.2-ci  maddəsinin  tələblərinə  əməl 

edilmədikdə  həmin saziş məhkəmə qaydasında etibarsız hesab oluna bilər. 

96.2.  Bu  saziş  azyaşlı  uşağın  və  ya  yetkinlik  yaşına  çatan,  lakin  əmək  qabiliyyəti  olmayan 

ailə  üzvünün  qanuni  nümayəndəsi,  habelə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfındən 

mübahisələndirilə bilər.

xviii[18]

 

Maddə  97.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  ödənilən  alimentin  miqdarı  və 



indeksasiyası  

97.1.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  ödənilən  alimentin  miqdarı  bu  sazişin 

tərəflərinin razılığı ilə müəyyən olunur. 

97.2.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  yetkinlik  yaşına  çatmayanlar  üçün  ödənilən 

alimentin  miqdarı  məhkəmə  qaydasında  onlar  üçün  müəyyən  edilə  bilən  alimentin 

miqdarından az olmamalıdır. 

97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə 

uyğun  aparılır.  Sazişdə  alimentin  miqdarının  indeksasiyası  qaydası  nəzərdə  tutulmayıbsa, 

indeksasiya bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır. 

Maddə  98.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  alimentin  ödənilməsi  qaydası  və 

üsulları  

98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin 

sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. 

98.2.  Alimentlər  aliment  ödəməli  şəxsin  qazancından  və  ya  digər  gəlirindən  müvafiq 

hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; 

əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. 

98.3.  Aliment  ödənilməsi  barədə  sazişdə  aliment  ödənilməsinin  müxtəlif  üsulları  nəzərdə 

tutula bilər. 

 

17-ci fəsil 



ALİMENTİN ÖDƏNİLMƏSİ VƏ TUTULMASI QAYDASI 

Maddə 99. Məhkəmənin qərarı ilə alimentin tutulması  

Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı 

fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 

Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri  

100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona 

aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən 

müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 

100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 



 

32 


100.3.  Məhkəmə  iddiaçının  aliment  almaq  üçün  məhkəməyə  müraciət  edənədək  tədbirlər 

gördüyünü,  lakin  aliment  ödəməli  olan  şəxsin  onu  verməkdən  boyun  qaçırması  nəticəsində 

alimentin  alınmadığını  müəyyən  edərsə,  əvvəlki  dövr  üçün  aliment  3  illik  müddət  həddində 

verilə bilər. 

Maddə 101. Mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması  

101.1.  Məhkəmənin  aliment  tutulması  barədə  çıxardığı  qətnamə  qanuni  qüvvəyə 

minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi 

çıxarılanadək)  məhkəmə  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsi  ilə  nəzərdə 

tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. 

101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini 

nəzərə  almalıdır.  Yetkinlik  yaşına  çatmayanlar  üçün  alimentin  miqdarı  bu  Məcəllənin  76-cı 

maddəsinə uyğun müəyyən edilir. 

Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi  

Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi 

barədə  saziş  əsasında  və  ya  icra  vərəqəsi  əsasında  hər  ay  onun  əmək  haqqından  və  (və  ya) 

başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək 

haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya 

aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. 

Maddə 103. Aliment ödənilməsi barədə saziş əsasında aliment tutulması  

Aliment  ödənilməsi  barədə  saziş  və  (və  ya)  icra  vərəqəsi  əsasında  tutulan  ümumi  məbləğ 

aliment  ödəməyə  borclu  olan  şəxsin  əmək  haqqının  və  (və  ya)  başqa  gəlirlərinin  50  faizindən 

çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında tutulur. 

Maddə  104.  Aliment  verən  şəxsin  iş  və  ya  yaşayış  yerinin  dəyişdirilməsi  haqqında 

məlumat vermək vəzifəsi  

104.1.  Aliment  tutulması  haqqında  məhkəmənin  qətnaməsinə  və  ya  aliment  ödənilməsi 

barədə  notariat  qaydasında  təsdiq  olunmuş  sazişə  əsasən  aliment  tutan  müəssisənin 

müdiriyyəti qətnamənin icra olunduğu yerdə məhkəmə icraçısına və aliment alan şəxsə aliment 

verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və 

yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur. 

104.2.  Aliment  verməyə  borclu  olan  şəxs  iş  və  ya  yaşayış  yerinin  dəyişməsi  haqqında, 

aliment  yetkinlik  yaşına  çatmayan  uşağa  görə  tutulduqda,  həm  də  əlavə  qazancı  (əvəzçiliklə 

işinə görə və s.) haqqında həmin müddətdə məhkəmə icraçısına məlumat verməlidir. 

104.3. Bu Məcəllənin 104.1—104.2-ci maddələrində göstərilmiş məlumatlar üzürsüz səbəbə 

görə  xəbər  verilmədikdə,  bunda  təqsirli  olan  vəzifəli  şəxslər  və  vətəndaşlar  Azərbaycan 

Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi  

Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş 

miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və 

ya)  digər  gəlirlərindən  tutulur.  Qazanc  və  (və  ya)  digər  gəlirlər  çatışmadıqda  aliment  onu 

ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə 

də  mülkiyyət  hüququnun  başqasına  verilməsinə  səbəb  olan  müqavilələr  istisna  olmaqla, 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə