Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

35 


112.2.  Yetkinlik  yaşına  çatan  və  fəaliyyət  qabiliyyəti  olmayan  şəxsin  aliment  ödəməli  olan 

şəxsə  qarşı  qəsdən  cinayət  törətdiyi  və  ya  ailədə  nalayiq  davrandığı  müəyyən  edilərsə, 

məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. 

Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi  

113.1.  Aliment  ödənilməsi  barədə  saziş  əsasında  müəyyən  olunmuş  aliment  öhdəliklərinə 

tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş 

əsaslar üzrə xitam verilir. 

113.2.  Məhkəmə  qaydasında  tutulan  alimentin  ödənilməsinə  aşağıdakı  hallarda  xitam 

verilir: 

113.2.1.  uşaq  yetkinlik  yaşına  çatdıqda  və  ya  yetkinlik  yaşına  çatmamış  tam  fəaliyyət 

qabiliyyəti əldə etdikdə; 

113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 

113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin 

bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 

113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 

113.2.5.  əmək  qabiliyyəti  olmayan  və  ya  ehtiyacı  olan  aliment  alan  ər  və  ya  arvad  yeni 

nikaha daxil olduqda. 

 

ALTINCI BÖLMƏ 



VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI 

18-ci fəsil 

VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN  

AŞKAR OLUNMASI VƏ YERLƏŞDİRİLMƏSİ 

Maddə  114.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  hüquq  və  mənafelərinin 

müdafiəsi  

114.1.  Valideynlər  öldükdə,  valideynlik  hüquqlarından  məhrum  olunduqda,  valideynin 

hüquqları  məhdudlaşdırıldıqda,  valideynlər  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə, 

valideynlər  xəstələndikdə,  uzun  müddət  uşaqlarla  birlikdə  olmadıqda,  valideynlər  uşaqların 

tərbiyəsindən  və  ya  onların  hüquq  və  mənafelərinin  müdafiəsindən  yayındıqda,  o  cümlədən 

tərbiyə,  müalicə  və  əhalinin  sosial  müdafiəsi  müəssisələrində  və  digər  analoji  müəssisələrdən 

öz  uşaqlarını  götürməkdən  imtina  etdikdə,  eləcə  də  valideyn  himayəsinin  olmadığı  digər 

hallarda  uşaqların  hüquq  və  mənafelərinin  müdafiəsi  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həyata keçirilir. 

114.2. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar 

edir,  belə  uşaqların  ilkin  uçotunu  aparır,  ümumi  uçotun  aparılması  üçün  müvafiq  icra 

hakimiyyəti  orqanına  məlumat  verir  və  valideyn  himayəsindən  məhrum  olmağın  konkret 

hallarını  nəzərə  almaqla  həmin  uşaqların  yerləşdirilməsi  formalarını  seçir,  eləcə  də  onların 

saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir.

xix[19]


 

114.3. Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn 

himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir. 



 

36 


Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu  

115.1.  Bu  Məcəllənin  114.1-ci  maddəsində  göstərilən  uşaqlar  haqqında  məlumatlara  malik  

doğum  evləri  məktəbəqədər,  ümumtəhsil,  müalicə  və  digər  müəssisələrin  vəzifəli  şəxsləri  və 

digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

xx[20]

 

115.2. Müvafiq icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra üç gün müddətində 



uşağın  həyat  şəraitini  müəyyən  etməyə,  valideynlərin  və  yaxın  qohumlarının  himayəsindən 

məhrum  olma  faktı  müəyyən  edildikdə  uşaqların  yerləşdirilməsi  məsələsi  həll  olunana  qədər 

onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur. 

115.3. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi tərbiyə, müalicə, əhalinin 

sosial  müdafiəsi  və  digər  analoji  müəssisələrin  rəhbərləri  həmin  uşaqların  tərbiyə  olunmaq 

üçün  ailəyə  verilməsinin  mümkün  olduğunu  bildikdə  7  gün  müddətində  müvafiq  icra 

hakimiyyəti orqanına bu barədə məlumat verməyə borcludurlar. 

115.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  Məcəllənin  115.1  və  115.2-ci  maddələrində 

göstərilmiş  məlumatları  aldıqdan  sonra  1  ay  ərzində  uşağın  yerləşdirilməsini  təmin  edir,  bu, 

mümkün  olmadıqda  isə  həmin  uşaq  haqqında  sənədləri  bu  Məcəllənin  115.5-ci  maddəsinə 

uyğun  olaraq  mərkəzləşdirilmiş  uçota  alınmaq  üçün  göndərir  və  bu  barədə  müvafiq  icra 

hakimiyyəti orqanına məlumat verir.

xxi[21]

 

115.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı  valideyn  himayəsindən  məhrum  olan  uşaqlar 



haqqında  məlumatları  mərkəzləşdirilmiş  uçota  alır,  ümumi  uçota  alınmaq  üçün  müvafiq  icra 

hakimiyyəti  orqanına  təqdim  edir,  bundan  sonra  onların  tərbiyə  olunmaq  üçün  ailələrdə 

yerləşdirilməsinə yardım edir.

xxii[22]


 

115.6.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  uçotunun  aparılması  qaydasını 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

xxiii[23]

 

115.7.  Bu  Məcəllənin  115.2—115.5-ci  maddələrində  nəzərdə  tutulmuş  vəzifələri  yerinə 



yetirməməyinə  və  bilərəkdən  yanlış  məlumatlar  verməyə  görə, eləcə  də uşağı  ailə  tərbiyəsinə 

verməməyə yönəldilmiş digər hərəkətlərə görə bu Məcəllənin 115.3-cü maddəsində göstərilmiş 

müəssisə  rəhbərləri,  habelə  müvafiq  icra  hakimiyyəti  orqanlarının  vəzifəli  şəxsləri 

qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər. 

Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi  

116.1.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqlar  ailə  tərbiyəsinə  (övladlığa, 

qəyyumluğa,  himayəyə  və  ya  himayədar  ailəyə)  bu  imkanlar  olmadıqda  isə  valideyn 

himayəsindən  məhrum  olan  və  ya  yetim  uşaqlar  üçün  nəzərdə  tutulmuş  tərbiyə,  müalicə, 

əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər. 

116.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  valideyn  himayəsindən  məhrum  olan 

uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər. 

116.3.  Uşağın  yerləşdirilməsi  zamanı  onun  etnik  mənşəyi,  müəyyən  dinə  və  mədəniyyətə 

mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır. 

116.4.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  ailəyə  və  ya  bu  Məcəllənin  116.1-ci 

maddəsində  göstərilən  müəssisələrə  yerləşdirilməsinə  qədər  himayəçi  vəzifəsinin  yerinə 

yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə