Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 

25 


74.4.  Uşağın  verilməsi  haqqında  məhkəmə  qətnaməsinin  uşağın  mənafeyinə  ziyan 

vurmadan  icra  olunması  mümkün  olmadıqda,  uşağın  mənafeyinə  ziyan  vurmadan  uşaq, 

məhkəmənin  qərardadı  ilə  müvəqqəti  olaraq  tərbiyə,  müalicə,  əhalinin  sosial  müdafiəsi 

müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilir. 

 

BEŞİNCİ BÖLMƏ 



AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ 

13-cü fəsil 

VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT ÖHDƏLİKLƏRİ 

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi  

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 

75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 

75.3.  Valideynlər  bu  Məcəllənin  16-cı  fəslinə  uyğun  olaraq  yetkinlik  yaşına  çatmayan 

uşaqlarını  saxlamaq  barədə  saziş  (aliment  ödənilməsi  barədə  saziş)  bağlamaq  hüququna 

malikdirlər. 

75.4.  Valideynlər  uşaqlarını  saxlamadıqda  uşaqların  saxlanması  üçün  vəsait  (aliment) 

valideynlərdən məhkəmə qaydasında tutulur. 

75.5.  Aliment  ödənilməsi  barədə  valideynlər  arasında  saziş  olmadıqda,  valideynlər 

(onlardan  biri)  uşaqları  saxlamadıqda  və  məhkəməyə  bu  barədə  iddia  verilmədikdə  müvafiq 

icra  hakimiyyəti  orqanı  yetkinlik  yaşına  çatmayan  uşaqlar  üçün  aliment  tutulması  barədə 

valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 

Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı  

76.1.  Aliment  ödənilməsi  barədə  razılıq  olmadıqda  uşaqlar  üçün  onların  valideynlərindən 

məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 

76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 

76.2.  Bu  payların  miqdarı  məhkəmə  tərəfindən tərəflərin ailə  və  maddi vəziyyəti, eləcə  də 

diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 

Maddə  77.  Uşaqlar  üçün  aliment  tutulan  əmək  haqqının  və  (və  ya)  başqa  gəlirlərin 

növləri  

Uşaqlar  üçün  valideynlərinin  aliment  tutulan,  manat  və  xarici  valyuta  ilə  aldıqları  əmək 

haqqının  və  (və  ya)  başqa  gəlirlərinin  növləri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən olunur. 

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması  

78.1.  Valideynlər  arasında  yetkinlik  yaşına  çatmayan  uşaqlara  aliment  ödənilməsi  barədə 

saziş  yoxdursa,  eləcə  də  aliment  verməyə  borclu  olan  valideynin  qazancı  (gəliri)  qeyri-

müntəzəm,  dəyişən  olarsa,  ya  qazancın  (gəlirin)  hamısını  və  ya  bir  hissəsini  həmin  valideyn 

natura  və  ya  xarici  valyuta  ilə  alırsa,  yaxud  onun  qazancı  və  ya  sair  gəliri  yoxdursa,  habelə 



 

26 


alimentin  valideynin  qazancından  (gəlirindən)  müəyyən  hissə  kimi  tutulması  mümkün 

olmadığı,  çətinlik  törətdiyi  və  tərəflərdən  birinin  və  ya  marağının  əhəmiyyətli  dərəcədə 

pozulduğu  başqa  hallarda,  uşaqların  saxlanması  üçün  vəsait  tutulmasını  tələb  edən  şəxsin 

xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində 

və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun 

olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 

78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, 

diqqətəlayiq  olan  digər  hallar  nəzərə  alınmaqla  uşağın  əvvəlki  təminatının  səviyyəsinin 

mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 

78.3.  Tərəflərdən  hər  biri  ilə  uşaq  qalıbsa,  bir  valideyndən  az  təminatlı  digər  valideynin 

xeyrinə  hər  ay  tutulan  alimentin  miqdarı  bu  Məcəllənin  78.2-ci  maddəsinə  uyğun  olaraq 

məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 

Maddə  79.  Valideyn  himayəsindən  məhrum  olmuş  uşaqlara  görə  tutulan  aliment  və 

ondan istifadə  

79.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci 

maddələrinə  uyğun  olaraq  tutulur  və  uşağın  qəyyumuna  (himayəçisinə)  və  ya  himayədar 

valideynlərə (atalığa, analığa) ödənilir. 

79.2. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi 

müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan 

aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir. 

79.3.  Göstərilən  müəssisələr  həmin  məbləğləri  bankda  saxlaya  bilər.  Məbləğlərin 

dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri 

tərk  etdikdə  aliment  məbləğlərinin  cəmi  və  alimentin  dövriyyəsindən  əldə  olunan  gəlirin  50 

faizi uşağın adına bankda açılan hesaba köçürülür. 

Maddə  80.  Əmək  qabiliyyəti  olmayan  yetkinlik  yaşına çatmış  övladların  aliment  almaq 

hüququ  


80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına 

çatmış övladlarını saxlamağa borcludurlar. 

80.2.  Aliment  ödənilməsi  barədə  saziş  olmadıqda,  əmək  qabiliyyəti  olmayan  yetkinlik 

yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, 

diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan 

sabit pul məbləğində müəyyən edilir. 

Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı  

81.1.  Alimentin  tutulması  barədə  saziş  olmadıqda  və  ya  sazişdə  müstəsna  hallarla  (ağır 

xəstə,  şikəst  olan  uşaqlara,  habelə  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma  ehtiyacı  olan 

yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və 

digər  hallarda)  əlaqədar  yaranmış  xərclərin  ödənilməsi  qaydası  müəyyən  edilməmişsə, 

valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 

81.2.  Valideynlərin  əlavə  xərclərə  cəlb  olunması  qaydasını  məhkəmə  müəyyən  edir.  Bu 

xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə 

də  tərəflərin  diqqətəlayiq  olan  digər  maraqları nəzərə  alınmaqla,  hər  ay  ödənilməli  olan  sabit 

pul məbləğində müəyyən olunur. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə