Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

21 


61.3.  Uşaqlarından  ayrı  yaşayan  valideynlər  valideynlik  hüququnun  həyata  keçirilməsi 

qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə 

onların  (onlardan  birinin)  tələbi  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanının  iştirakı  ilə 

məhkəmə tərəfindən həll edilir. 

61.4.  Məhkəmənin  qətnaməsinə  əməl  etməyən  valideynə  qarşı  mülki-prosessual 

qanunvericiliyə  uyğun  ölçü  götürülür.  Bu  qətnaməyə  qəsdən  əməl  edilmədikdə,  məhkəmə 

uşaqdan  ayrı  yaşayan  valideynin  tələbi  ilə  uşağın  mənafeyi  və  rəyi  nəzərə  alınmaqla  onun 

həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 

61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə 

və digər müvafiq müəssisələrdən məlumat almaq huququna malikdir. 

61.6.  Yalnız  uşağın  həyat  və  sağlamlığı  üçün  valideyn  tərəfindən  təhlükə  olduqda  bu  cür 

məlumat  verilməsindən  imtina  edilir.  Məlumat  verilməsindən  imtinadan  şikayətə  məhkəmə 

qaydasında baxılır. 

Maddə 62. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququ  

62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 

62.2.  Valideynlər  (onlardan  biri)  uşağın  yaxın  qohumları  ilə  ünsiyyətinə  etiraz  etdikdə 

müvafiq  icra  hakimiyyəti  orqanı  valideynlərin  (onlardan  birinin)  bu  ünsiyyətə  mane 

olmamağını tələb edə bilər. 

62.3.  Valideynlər  (onlardan  biri)  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  tabe 

olmadıqda,  uşağın  yaxın  qohumları  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanı  uşaqla  ünsiyyətdə 

olan  maneəni  aradan  qaldırmaq  üçün  iddia  ilə  məhkəməyə  müraciət  edə  bilər.  Məhkəmə 

uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 

62.4.  Məhkəmənin  qərarına  əməl  etməyən  valideyn  Azərbaycan  Respublikasının  mülki-

prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. 

Maddə 63. Valideynlik hüquqlarının müdafiəsi  

63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan 

hər  hansı  şəxsdən  onu  geri  qaytarmağı  tələb  edə  bilərlər.  Bu  halda  mübahisə  yarandıqda 

valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 

63.2.  Belə  tələblərə  baxdıqda  məhkəmə  uşağın  valideynlərə  verilməsinin  uşağın  marağına 

zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. 

63.3. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının 

təmin  olunmaması  məhkəmə  tərəfindən  müəyyən  edilərsə,  məhkəmə  uşağı  müvafiq  icra 

hakimiyyəti orqanının himayəsinə verə bilər. 

Maddə 64. Valideynlik hüquqlarından məhrumetmə  

64.0.  Valideynlər  (onlardan  biri)  valideynlik  hüquqlarından  aşağıdakı  hallarda  məhrum 

edilə bilərlər: 

64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 

64.0.2. alimenti qəsdən ödəmədikdə; 

64.0.3.  heç  bir  üzürlü  səbəb  olmadan  uşağı  doğum  evindən  və  yaxud  hər  hansı  müalicə, 

tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən 

imtina etdikdə; 

64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 




 

22 


64.0.5. uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda; 

64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 

64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş 

cinayət törətdikdə. 

Maddə 65. Valideynlik hüquqlarından məhrumetmə qaydası  

65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. 

65.2.  Məhkəmə  valideynlik  hüquqlarından  məhrumetmə  işlərinə  valideynlərdən  (onları 

əvəz  edən  şəxslərdən)  birinin  ərizəsinə,  habelə  yetkinlik  yaşına  çatmayanların  hüququnu 

müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. 

65.3.  Valideynlik  hüquqlarından  məhrumetmə  işinə  baxılarkən  məhkəmə  valideynlik 

hüquqlarından  məhrum  edilmiş  valideynlərdən  (onlardan  birindən)  uşağa  aliment  tutulması 

məsələsini də həll edir. 

65.4.  Valideynlik  hüquqlarından  məhrumetmə  işinə  baxılarkən  məhkəmə  valideynin 

(onlardan  birinin)  hərəkətlərində  cinayət  əməli  olduğunu  aşkar  edərsə,  bu  barədə  prokurora 

məlumat verməyə borcludur. 

65.5.  Məhkəmə,  valideynlik  hüquqlarından  məhrumetmə  haqqında  qətnamə  qanuni 

qüvvəyə  mindikdən  sonra  3  gündən  gec  olmayaraq  bu  qətnamədən  çıxarışı  müvafiq  icra 

hakimiyyəti orqanına göndərməlidir. 

Maddə 66. Valideynlik hüquqlarından məhrumetmənin nəticələri  

66.1.  Valideynlik  hüquqlarından  məhrum  edilmiş  valideynlər  uşağa  münasibətdə  həmin 

uşaqla  qohumluq  faktına  əsaslanan  bütün  hüquqlarını,  o  cümlədən  bu  Məcəllənin  82-ci 

maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti 

almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. 

66.2. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin 

etmək vəzifələrindən azad edilmirlər. 

66.3.  Valideynlik  hüquqlarından  məhrum  edilmiş  valideynlər  (onlardan  biri)  ilə  uşaqların 

birgə  yaşamaq  məsələlərini  məhkəmə  Azərbaycan  Respublikasının  mənzil  qanunvericiliyinə 

əsasən həll edir. 

66.4. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları 

mənzilə  xüsusi  mülkiyyət  hüququna  və  ya  ondan  istifadə  hüququna,  uşağın  valideynlərlə  və 

başqa  qohumlarla  qohumluq  faktına  əsaslanan  əmlak  hüquqlarına,  o  cümlədən  vərəsəlik 

hüququna malikdir. 

66.5.  Uşağın  digər  valideynə  verilməsi  mümkün  olmadıqda  və  ya  valideynlərin  hər  ikisi 

valideynlik  hüquqlarından  məhrum  edildikdə,  uşaq  müvafiq  icra  hakimiyyəti  orqanının 

himayəsinə verilə bilər. 

66.6.  Uşaq,  valideynlərin  (onlardan  birinin)  valideynlik  hüquqlarından  məhrum  edilməsi 

haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər. 

Maddə 67. Valideynlik hüquqlarının bərpası  

67.1.  Valideynlərin  (onlardan  birinin)  həyat  tərzi,  əxlaqı,  uşağın  tərbiyəsinə  münasibətləri 

dəyişdikdə, valideynlik hüquqları bərpa edilir. 

67.2.  Valideynlik  hüquqlarının  bərpası  valideynlik  hüquqlarından  məhrum  edilmiş 

valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə