Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   20   21   22   23   24   25   26   27   28

 

49 


Maddə 157. Xarici ölkələrin qanunvericiliyinin tətbiqinə məhdudiyyətlər  

Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq 

normaları  Azərbaycan  Respublikasında  tətbiq  edilmir.  Bu  halda  Azərbaycan  Respublikasının 

qanunvericiliyi tətbiq edilir. 

 

SƏKKİZİNCİ BÖLMƏ 



VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI 

21-ci fəsil 

ÜMUMİ QAYDALAR 

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması  

158.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınması  həm  dövlət  mənafeyi  və  ictimai 

mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 

Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  haqqında  məlumatlar  ailə  həyatına  dair  məlumat 

hesab  olunur  və  onların  əldə  edilməsinə  məhdudiyyət  qoyulur.  Bu  məlumatlar  yalnız 

qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda  və  bu  məlumatı  əldə  etmək  hüququna  malik 

şəxslərə təqdim edilir.

xxxvi[36]

 

158.2.  Doğum,  ölüm,  nikahın  bağlanması,  nikahın  pozulması,  övladlığa  götürmə,  atalığın 



müəyyən  edilməsi,  adın,  ata  adının  və  soyadın  dəyişdirilməsi  müvafiq  icra  hakimiyyəti 

orqanlarında qeydiyyatdan keçirilməlidir. 

158.3      Vətəndasın  vəziyyəti  aktlarının  qeydiyyatı,  bir  qayda  olaraq,  müvafiq  icra 

hakimiyyəti  orqanlarının  yerləşdiyi  binada  (otaqda)  həyata  keçirilir.  Vətəndaşlıq  vəziyyəti 

aktlarının  qeydiyyatı  qanunvercilikle  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti 

orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər.

xxxvii[37]

  

Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar  



159.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  müvafiq  icra  hakimiyyəti  orqanları 

tərəfindən aparılır. 

159.2.  Müvafiq  icra  hakimiyyəti  orqanları  öz  səlahiyyətləri  daxilində  doğumun,  nikahın 

bağlanmasının,  nikahın  pozulmasının,  övladlığa  götürmənin,  atalığın  müəyyən  edilməsinin, 

adın,  ata  adının  və  soyadının  dəyişdirilməsinin,  ölümün  qeydiyyatını  aparır,  vətəndaşlıq 

vəziyyəti  aktlarının  qeydiyyatını  dəyişir,  tamamlayır,  düzəldir  və  ləğv  edir,  itmiş  qeydləri 

bərpa  edir,  akt  kitablarını  saxlayır  və  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı 

haqqında şəhadətnamələr verirlər.

xxxviii[38]

 

Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları  



160.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydində  dəyişiklik,  bərpa  və  ləğv  qaydalarını 

müəyyən edən  əsas  müddəalar,  habelə vətəndaşlıq vəziyyəti  aktlarının qeydiyyat  kitablarının 

formaları  və  bu  kitablardakı  qeydlər  əsasında  verilən  şəhadətnamələrin  formaları,  akt 

kitablarının  saxlanması  qaydası  və  müddətləri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

160.2.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyat  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən olunur. 



 

50 


Maddə 161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası  

161.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydindəki  səhvlərin  düzəldilməsi  və  ona 

dəyişikliklər  edilməsi,  kifayət  qədər  əsaslar  olduqda  və  aidiyyəti  şəxslər  arasında  mübahisə 

olmadıqda,  ərizə  verən  şəxslərin  daimi  yaşayış  yerində  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həyata keçirilir. 

161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən 

imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

xxxix[39]

 

161.3.  Aidiyyəti  şəxslər  arasında  mübahisə  olduqda  qeydiyyatda  düzəliş  məhkəmənin 



qətnaməsi əsasında aparılır. 

Maddə 162. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin bərpası  

162.1. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu 

təsdiq  edən  sənədlər  əsasında,  ərizə  verənlərin  yaşadıqları  ərazidə  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən icra edilir. 

162.2.  İtmiş  yazının  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  bərpası  mümkün 

olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 

Maddə 163. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi  

163.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  ilkin  qeydlərinin  ləğv  olunması  məhkəmənin 

qətnaməsi  əsasında,  bərpa  və  ya  təkrar  tərtib  edilmiş  qeydlərin  ləğv  olunması  məhkəmənin 

qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 

163.2.  Bu  Məcəllənin  24.1-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  hallarda  nikahın  pozulması 

haqqındakı  qeydin  ləğv  olunması  nikahı  pozmuş  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

icra edilir. 

Maddə 164. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması  

164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin 

şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. 

164.2.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeyd  edilməsi  üçün  lazım  olan  sənədlərin  siyahısı 

vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. 

164.3.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyat  kitabına  yazılan  hər  bir  qeyd  ərizə 

verənlərə  oxunmalı,  onlar  tərəfindən  və  qeyd  aparan  vəzifəli  şəxs  tərəfindən  imzalanmalı, 

möhürlə təsdiq edilməlidir. 

164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq 

şəhadətnamə verilir. 

Maddə 165. Dövlət rüsumu  

Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınmasına  görə  qeydiyyat  üçün  müraciət  etmiş 

şəxslər dövlət rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və miqdarı, habelə 

dövlət  rüsumunun  ödənilmədiyi  hallar  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

xl[40]


 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə