36
Doğrudur, xatirələrlə Yaddaş Sahibinin arxasında az qala qırx
illik bir
məsafə var. Elə ona görə də özünü
"köhnə adam" adlandırır Yaddaş Sahibi.
Və sanki ən qədim zamanları, sıx-sıx dumanlıqları yarıb gəlib - təsəvvürün-
dədir. Və o, həmin anlarda özünü sanki cismən hiss eləmir. Xəyal quşu ki-
mi, can quşu kimi, başqa sözlə, ruh kimi səsə,
sədaya çevrilib özünün azad-
lıq qanadları ilə yaddaşın göstərdiyi hər yerdə və hər zaman olmaq qüdrətin-
dədir. Hər yerdə və hər zaman mövcud olmaq gücü mifoloji, mənəvi düşün-
cədə tanrılara xas keyfiyyətdir. Amma ruhların da belə bir haqqı var. Və bu
mənada, həmin köhnə adamın özünü gəzəyən ruhların biri kimi duyması
bizə qəribə gəlməməlidir.
"Ziyarət"in başlanğıcında bir ozanlıq mahiyyəti də duyulur. Uşaqlığını,
gəncliyini bir yuxu kimi xatırlayan Yaddaş Sahibi asta-asta könül sazını çal-
maqdadır. Yaddaşın titrək barmaqları mizrabı simlər üstündə gəzdirir. Ta-
zanə simlərə dəydikcə həzin səslər eşidilir. Bu, köhnə havadır, bəlkə də,
çoxları unudub, bəlkə də, onun tay-tuşları bu geniş dünyanın müxtəlif tərəf-
lərinə səpələnib. Bu havanı unutmasalar
da bəlkə, heç ziyarətə gəlmək im-
kanları yoxdur. Onsuz da ziyarət arzulayanların hamısı öz ziyarətlərini ger-
çəkləşdirə bilmir ki:
Dindirərəm pərdə-pərdə,
Ötən günün havasını.
Həzin-həzin nəğmələrdə
Tapdım ruhun sevdasını.
Və bu həzin sədalar altında Yaddaş Sahibi axtardığı ruhun sevdasına
qovuşur. Amma asanlıqla yox, həzin-həzin nəğmələri oxumaqla, özünün
ecazkar, qeyri-adi sədaqətini təsdiq etməklə və bu sədaqətin təsiri altında
həmin sevdanın vüsalına çata bilir. İndi onun
hakimi mənəvi aləminə hökm
edən duyğularıdır. Bu hakimin sualına cavabında isə onun bircə sözü var:
axı sevgi özü də bir ibadətdir:
Duyğu hakim oldu bizə,
Sevgi özü ibadətdir.
Şükür, gəldik kəndimizə,
Bu, nə gözəl ziyarətdir!
37
İndi o, fəxr edə bilər. Çünki bu müqəddəs ziyarətin müsafiri, bu gözəl
ziyarətin ibadətçisi gəlib ziyarət yerinə çatıb. Bu ziyarət yeri onun doğul-
duğu kənddir. Nə qədər əziz,
nə qədər doğma, nə qədər kövrək bir aləmdir.
Sanki özünü ərşi-əlada hiss edir, ayaqları yerə dəymir. Axı bayaq demişdik,
o, özü elə bir ruhdur. Və artıq çoxdan bu gerçək dünyadan qopmuş və daha
gerçək dünyanın və daha əbədi dünyanın sakini olan ruhların arasındadır.
Amma hər şey ona tanış gəlir. Elə bil ki, elə dünən çöldə, çəməndə qo-
yub getdiyi gülləri görür. Göy otların arasında ona tanış gələn, yadından heç
vaxt çıxmayan, ilk dəfə adını böyüklərin
dilindən eşitdiyi cincilimin, əmə-
köməcinin, quşəppəyinin, gülxətminin, çobanyastığının, yarpızın, dağnanə-
sinin, sularda bitən acı qıcının... səhər mehi altında titrək çöhrələrinə baxır.
Elə qoyub gəldiyi evlərin də damı-divarı ona yad deyil. Bir sözlə, burada hər
nə varsa, oddan tüstüyəcən ona doğmadır:
Güllər tanış, qoxu tanış,
Göy otların çoxu tanış.
Ocaq tanış, tüstü tanış
Kəndin altı, üstü tanış...
Bu altı-üstü tanış olan, onu doğmalıqla qucağına çəkib saçlarına əl çə-
kən, qabarıq eynəyinə ehtiyatla əlini toxunduran duyğular Yaddaş Sahibini
əzizləyir.
Amma yenə onu fikirli görür, amma yenə onu qayğılı görür. Və
elə Yaddaş Sahibi yəqin ki, bu duyğuların təsiri altında özünə suallar verir:
Bəs nədən qərib kimiyəm,
Yenə yol çəkir gözlərim?
Niyə belə kədərliyəm,
Pərişandır nəğmələrim?
Həzin nəğmələr isə ozanın - Yaddaş Sahibinin dilindən çağlamaqdadır.
Onun yaddaşı düşüncələrini bir axara yığa bilmir, çox dağınıqdır. Axı bir-
dən-birə o, sel kimi axıb gələn xatirələrin arasına düşür. İndi onları bir-bir
sapa düzməlidir. Ümumiyyətlə, epos xalqın yaddaşında minillərlə yaşayan
tarixi-mənəvi sərvətin müəyyən ahəngə, məntiqi ardıcıllıqla düzülüşüdür.
Və ozan da əslində, xalqın əvəzindən o nəğmələri oxuyur.
Sanki xalq öz
yaddaşının ahəngini ozana vermiş olur.
38
Atadan gələn yol
Beləliklə, qayım-qədim ozanın - Yaddaş Sahibinin duyğular aləmində
birinci onun böyükləri yada düşür. Və elə beləcə də göstərir:
"böyüklərim
yada düşdü". Böyüklük anlamı burda qoşa çalar mahiyyəti daşıyır. Bi-
rincisi, əlbəttə ki, mənəvi böyüklükdür. Bu birinci anlam düzgün yol gös-
tərən, özü haqqın, həqiqətin yolunda olan böyükdür. İkinci anlam isə o bö-
yüklüyün mahiyyətini kəsb edir ki, bunun arxasında baba-nənə, ata-ana,
kənd müdrikləri, aqillər dayanır. Və həm də o adamlar dayanır ki, onlar artıq
tarixin bir parçasıdır, hansı əməlləri isə yadda qalandır,
yaddaşda yaşayan-
dır. Kimdir onlar?
Ömrümüzdən keçən illər,
Bəhsə girdi xeyirlə şər.
Əyrilərə baş əyməyən
Doğru yolda oda düşdü.
"Oğul, haqqa sığın" deyən
Böyüklərim yada düşdü,
Canım yenə oda düşdü.
Böyüklüyün birinci anlamdakı mahiyyəti elə ilk misralardaca özünü
göstərir:
"Oğul, haqqa sığın" nəsihəti oğulun - Yaddaş Sahibinin əslində,
ömür kitabı olub. Bütün ömrü boyu bu nəsihətin və vəsiyyətin düsturu ilə
yaşadığı üçün qazandığı bütün uğurların əsas güc mənbəyini də elə bu sağ-
lam düsturda görər. Yada düşən həmin böyüklərdir. O böyüklər ki,
cəmiyyət
uzun illər repressiya tufanlarından üzü bəri onların ağrısını yaşayıb. Cəmiy-
yətin rəngi, daxili-mənəvi siması bu böyüklərin xarakteri, təbiəti ilə forma-
laşırdı. Bütün varislik ənənələri, əlaqələr, qırılmaz bağlar, ən yaxşı mənəvi