56
araşdırıcılar isə yalnız maq sözünün «Avesta»da olmadığına
əsaslanırlar. «Avesta»nın özündə verilmiş coğrafi adlardan çıxış
edən tədqiqatçılar isə bu fikri vurğulayırlar: «Sonralar yaranmış
İran ənənəsinə görə, peyğəmbərin mənşəyi Raqla (Reylə) və ya
Aturpatkanla (Azərbaycanla) bağlı olmuşdur. Ancaq kiçik «Aves-
ta»nın coğrafi üfüqünə və «Avesta» dialektinə nəzər salsaq, zər-
düştliyin vətəni İranın şimal-qərbində, Əfqanıstanın və Orta
Asiyanın qonşu əyalətlərində axtarmaq lazım gələcəkdir. Müxtəlif
tədqiqatçılar onu Siyistanda, Margianda və ya Areyada, Parfıya-
Xorasanda, Xarəzmdə, Sır-Dərya çayının aşağı axarında və hətta
daha şimalda -Volqadan şərqdəki çöllərdə
– Baktriyada yerləş-
dirirlər» Bu fikirləri K. Allahyarov «Qədim Turan: mifdən tarixə
doğru» elmi araşdırmasında 1999-cu ildə Moskvada nəşr olunmuş
«Şərq tarixi» kitabından iqtibas etmişdir (11, 23). Böyük alman
filosofu Hegel «Avesta»ya xüsusi maraq göstərmiş, məqam düş-
dükcə öz əsərlərində ona istinad etmiş, onunla bağlı maraqlı və
orijinal tədqiqatlar aparmışdır. Hegel bütövlükdə Şərq təfək-
küründən bəhs edən «Tarix fəlsəfəsi» kitabında yazır ki, zərdüştlik
Midiya və İranda hakim din olmuşdur. Zərdüşt özü bu ölkəni xalis
Ariyena adlandırırdı. Bu ada Herodotda da rast gəlinir. Tarixin
atası sayılan Herodot yazır ki, midiyalılar əvvəllər arilər adlanırdı.
Oks çayından cənuba doğru Baktriya adlı dağlıq ölkə və yayla
gəlir. Burada midiyalılar, parfiyalılar, girkanilər yaşayırdılar.
Oksun yuxarı hissəsində Baktra şəhəri (yəqin, sonralar Bəlx), onun
cənubunda isə Kabil və Kəşmir yerləşir. Hegel adıçəkilən əsərində
turanlılardan söhbət açır (37, 13-14).
Yuxarıda qeyd etdik ki, Zərdüştün vətəni Turan
olubdur. Tarixi
mənbə kimi götürdüyümüz «Avesta»nın özündə Zərdüştün doğul-
duğu və təlimini hazırladığı məkan Aryanan Vayce (Arilər aləmi)
adlanır. (IX Yəşt, 29). Peyğəmbərlik aləmində özünə əbədilik yer
almış «öz vətənində peyğəmbər» olmur fikrinin əksinə getmək
mümkün deyildir. Zərdüştün də oxşar taleyi yaşadığını böyük ehti-
57
malla söyləmək olar. Zərdüştü də öz el-obasında əmisi oğlundan
başqa heç kəs qəbul etmədiyindən cəlayi-vətən olmuşdur. On ilə
yaxın payi-piyada müxtəlif ölkələri gəzib-dolaşan Zərdüşt, nəhayət,
Viştaspanın ölkəsində qərar tutmuşdur. Viştaspanın ölkəsi «Aves-
ta»da Aryoşayana, yəni arilər ölkəsi adlandırılır. Zərdüştliyi qəbul
etmiş ölkələrin, o cümlədən Suqdanın (Sağdiyanın), Marqunun
(Mərvin), Baxdşnin (Bədaxşan), Baxdinin (Baktriyanın), Xvariz-
manın (Xarəzmin), Raqanın (Reyn) və b. yerlərin adı çəkilir. Bir
çox tarixi mənbələrdə Arayanam-Vayca ən çox Xarəzm və Sistanın
şimalındakı Ariana, Pamir-Hindikuş yaylası və Araz vadisi ilə
eyniləşdirilir.
«Avesta» da göstərilir ki, Aryanam-Vaycada on ay qış, iki ay
yay olur. Bu iqlim şəraiti yuxarıda adıçəkilən yerlərdən heç birinə
uyğun gəlmir. Müəllif, araşdırmaları ilə əsaslandırır ki, Zərdüştün
vətəni qədim Turan olubdur. «Avesta» da adıçəkilən Vorukaşa
dənizinin coğrafi mövqeyi, müəllifin fikrincə, Baykal gölünə daha
çox uyğun gəlir. Vorukaşa sözü «çoxlu çıxıntılara malik», «çoxlu
körfəzlərə malik» mənasını verir. Bu coğrafi durum da Baykal üçün
səciyyəvidir. «Avesta»da adları keçən Berezayti dağının adı Baykal
ətrafındakı Bərquzin dağının, Ranqa çayının adı isə Anqara çayının
adı ilə uyğun gəlir. Anqara sözünün son hecasındakı «Ra» səs
birləşməsi türklərin etnogenezisinə daxil olmuş skiflərin dilində
çay deməkdir. «Avesta»da «Ra» sözü əvvələ keçirilib Ranqa (Anqa
çayı) kimi işlədilibdir. Skiflər Volqa çayına da Ra deyiblər.
D.Y.Yeremeyev və M.S.Meyer bu qənaətdədirlər ki, «Avesta»dakı
turlar fars mənbələrində «sak», qədim yunan mənbələrində isə
«skif» adlandırılıblar (11, 24-25). K.Allahyarov «Avesta»dakı
Aryanam-Vaycada qış on ay, yay isə cəmi iki ay olurdu» fikrindən
çıxış edərək göstərir ki, belə kəskin iqlim Orta Asiyaya yox, Baykal
gölünün ətrafına xasdır. Məlumdur ki, cənubi Sibir və ona yaxın
regionlarda qış son dərəcə sərt keçir. Qədim türklərin məskəni
olmuş Altay-Sayan dağlarında da qış həddindən artıq soyuq və
şaxtalı keçir.
58
«Kiçik Avesta»dakı digər coğrafi anlayışlar da Zərdüştün
Turan dünyasında doğulduğunu və əməli fəaliyyət göstərdiyini
təsdiqləyir. «Kiçik Avesta»da Zərdüştün vətəni Aryanam-Vayca
Datiya çayının arxasında, Dareca çayı ətrafında yerləşir. K.Allah-
yarovun fikrincə, birinci çayı Aşağı Anqara , ikinci isə Yuxarı Lena
və yaxud Kirenqa (Böyük Ranqa mənasını verir) çayı ilə
eyniləşdirmək olar. Bir çox tədqiqatçılar da Datiya çayını Amu-
Dərya, Ranqa çayını isə Sır-Dərya ilə eyniləşdirirlər. Bu faktlara
əsasən, demək olar ki, Zərdüştün vətəni olmuş Aryanam-Vaycanın
coğrafi ərazisi Baykal gölünün ətrafına, indiki Yenisey-Kan
çöllərinə, Altay-Sayan vadilərinə uyğun gəlir.
«Avesta»nın özünə və Ə.Firdövsinin «Şahnamə»sinə istinadən
belə hesab edilir ki, Amu-Dərya çayı əzəldən zərdüştliyi qəbul
etmiş Orta Asiya ilə Turan arasında sərhəd olmuşdur. Turanın
ərazisi Sır-Dəryadan şimal-şərqdə yerləşmişdir. «Avesta»da
Turanın mərkəzi Kənqa, «Şahnamə»də isə Kənq göstərilir. Çin
mənbələrinin verdiyi məlumata görə, turların başçılıq etdiyi ümumi
tayfa birliyi parçalandıqdan sonra qədim Turan məkanında e.ə. II
əsrdən başlayaraq, «Kənqyuy» adlandırılan nəhəng bir dövlət
yaranmışdır. Bu dövlət beş böyük əyaləti əhatə edirdi.
«Avesta»dakı Turlar ölkəsı, «Şahnamə»də isə paytaxtı Kənq olan
Turan haqqında yazılanlar danışdığımız ərazini əhatə etmişdir.
Qədim və orta əsr mənbələri də Turan və Kənqyuyun sərhədlərinin
üst-üstə düşdüyünü təsdiqləyir (11, 26-27). «Qatalar»da yazılır ki,
Zərdüşt 21 yaşında insanlardan baş götürüb qaçıb, guşənişin həyat
sürmüş, 30 yaşında Datiya çayı sahilində özünün peyğəmbər
olduğunu elan etmişdir. Ahuramazdanın ona təkallahlığı təbliğ
etməyi tapşırdığını bildirmişdir. Özünün dediyinə görə, müqəddəs
düşüncə friştəsi (mələk) onu Ahuramazdanın hüzuruna aparmışdır.
Bundan sonra Zərdüşt öz dini baxışlarını turanlılar və saqalar
arasında yaymağa başlamışdır. Niyə məhz turanlılar arasında öz
dinini yaymalı idi? Bu fakt da Zərdüştün turanlılarla bağlılığını
təsdiqləyir.
Dostları ilə paylaş: |