40
bax). Kiçik xətalar Peyğəmbərlər tərəfindən
olub və bu əməldən sonra
dərhal tövbə ediblər. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in bu
xətaları etməsində bir hikmət vardır. Çünki bu xətalardan dərhal sonra nə
etmək lazım olduğunu o, ümmətinə bildirmişdir. Artıq bununla biz bu
kimi xətalardan sonra nə edəcəyimizi bilirik.
Allah onları insanlar arasında ən şərəfli,
hörmətli, olduqlarını qeyd
etməklə yanaşı onların bütün yaradılmışlar kimi Allahın qulu olduqlarını
da qeyd edir.
«Həqiqətən Nuh çox şükr edən qul idi». (əl-İsra 4).
«Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz quluna
(Muhəmmədə) nazil edən Allah nə qədər uca, nə qədər uludur». (əl-
Furqan 1). «O (Məryəm oğlu İsa) ancaq nemət verdiyimiz və İsrail
oğullarına ibrət dərsi etdiyimiz bir quldur». (əz-Zuxruf 59).
Bütün bu göndərilən Peyğəmbərlərin məqsədləri bir olub. İnsanları
Allaha ibadət etməyə çağırmaq.
Həqiqətən biz Nuhu öz qövmünə
Peyğəmbər göndərdik. O, belə dedi: «Ey qövmüm! Allaha ibadət edin.
Sizin Ondan başqa (ibadət edəcək) heç bir ilahınız yoxdur. Məgər
qorxmursunuz». (əl-Muminun 23). Ad tayfasına da qardaşları Hudu
Peyğəmbər göndərdik. O, dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin
Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız». (Hud
50). Səmud tayfasına da öz qardaşları Salehi Peyğəmbər göndərdik. O,
dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir
tanrınız yoxdur». (Hud 61). Mədyən əhlinə də qardaşları Şüeybi
Peyğəmbər göndərdik. O, dedi: «Ey qövmüm! Allaha ibadət edin. Sizin
Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 84). Yadına sal ki, bir
zaman İbrahim atasına və qövmünə demişdi: «Mən sizin ibadət
etdiklərinizdən təmamilə uzağam. Yalnız məni yoxdan yaradan
Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir».
(əz-Zuxruf 26-27).
Allah bir çox Rəsul və Peyğəmbər göndərmişdi. Bəzilərini adı Qurani
Kərimdə və Sünnə də bizə gəlib çatmış, bəzilərinin də adları
bildirilməmişdir.
«Biz Peyğəmbərlər göndərdik. Onların bəzisinin
əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə
söyləmədik!». (ən-Nisa 164).
Qurani Kərimdə adları zikr olunan
25 Rəsul və Peyğəmbər vardır.
«Bu
bizim İbrahimə (1) öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz
şəxsi mərtəbə-mərtəbə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət və elm
sahibidir. Biz İshaqı (2) və Yəqubu (3) ona əta etdik. Onların hər birini
hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu (4) və onun nəslindən olan
Davudu (5), Süleymanı (6), Əyyubu (7), Yusifi (8), Musanı (9) və
41
Harunu (10) da hidayətə qovuşdurduq. Biz yaxşı iş görənləri belə
mükafatlandırırıq. Zəkəriyyəni (11), İsanı (12), İlyası (13) da hidayətə
çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili
(14), Əlyəsəi (15), Yunusu (16) və Lutu (17) da hidayətə qovuşdurduq və
onları insanlardan üstün etdik». (əl-Ənam 83-86). «İdrisi (18) və
Zulkifli (19) də yad et». (əl-Ənbiya 85). «Ad tayfasına qardaşları Hudu
(20) göndərdik». (əl-Əraf 65). «Səmud (tayfasına) qardaşları Salehi (21)
göndərdik». (əl-Əraf 73). «Mədyən tayfasına da Şüeybi (22) göndərdik».
(əl-Əraf 85). Həmçinin Adəm, Yəhya və Muhəmməd (hamısına Allahın
salat və salamı olsun!)
121
. «Biz səndən əvvəl də Peyğəmbərlər
göndərmişdik. Onların kimisi haqqında sənə xəbər vermiş, kimisi
haqqında xəbər verməmişik». (əl-Mumin 78).
Onların içərsində ən fəzilətliləri
Ulul Azim deyə adlanan beş
Peyğəmbərdir.
Xatırla ki, biz bir zaman Peyğəmbərlərdən əhd almışdıq:
«Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryam oğlu
İsadan da!». (əl-Əhzab 7).
Allah Peyğəmbərləri bir-birindən üstün etmişdi. (Ya Muhəmməd!)
«Biz
Peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi
ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir». (əl-Bəqərə 253).
«Biz Peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik». (əl-İsra 55).
Ulul Azim deyə bilinən Peyğəmbərlərin ən fəzilətlisi isə İslamın
Peyğəmbəri, Peyğəmbərlərin və Rəsulların sonuncusu, aləmlərin Rəbbinin
son elçisi Abdullah oğlu Muhəmməddir.
«Lakin o, Allahın Rəsulu və
Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – Əli
- radıyallahu anhu – buyurur: «Sənin mənə görə
durumun Harunun Musaya görə durumu kimi olmasına razı deyilsən?
Lakin məndən sonra heç bir Peyğəmbər gəlməyəcəkdir»
122
.
PEYĞƏMBƏRİMİZ MƏHƏMMƏD
- Sallallahu Aleyhi Və Alihi Vəs Səlləm –
Muhəmməd
– sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin)
və Rəsulların sonuncusudur. Bütün insanlara göndərilmiş rəsuldur. O,
Allahın bir quludur,
ona ibadət edilməz, o bütün yaradılmış-ların ən
xeyirlisi, ən fəzilətlisidir. Allah dərgahında ən dəyərlidir, dərəcəsi ən
121
Bu Peyğəmbərlərdən üçü övliya sayılır.
Loğman, Üzeyr, Zülqərneyn - Allahın salat və salamı
onların üzərinə olsun! -. O, ki qaldı Peyğəmbərlərin ümumi sayına ki, nə qədər olublar bu haqda
müəyyən bir rəqəm yoxdur. Hədisdə gəlir ki, onların sayı
324 mindir və bunlardan
313-ü Rəsuldur.
Lakin bu hədisin sənədində yalançı ravilər olduğu üçün hədis zəifdir. Bax: «Zədul Məad» 1 cild,
Şureyb Arnaudun təhqiqi ilə.
122
Buxari, Müslim.