46
hadisədən sonra Məkkəyə anasının yanına gətrilir və
2 il orada qaldıqdan
sonra anası onu Mədinəyə qohumlarının, dayılarının və atasının
qəbrinə
götürür. Mədinədə bir ay qaldıqdan sonra geri qayıdırlar. Yolda anası
xəstələnir və Məkkə ilə Mədinə arasında olan
Əbva adlanan yerdə
dünyasını dəyişir. Anası dünyasını dəyişəndə
Peyğəmbər – sallallahu
aleyhi və səlləm – 7 yaşında idi.
Anasının ölümündən sonra onu öz himayəsinə babası AbdulMuttalib
götürür. Ölənə qədər ona baxır. AbdulMuttalibin atası Haşim Şama ticarət
məqsədi ilə çıxdıqda yolda Mədinə şəhərinə daxil olur. Orada Nəccar b.
Adi qəbiləsindən Amr b. Zeydin evində müsafir olur. Amrın qızı Səlmanı
görüb onunla evlənir. Bir müddət orada qaldıqdan sonra Səlmanı hamilə
olaraq orada buraxaraq Şama getmək üçün yola çıxır. Səfəri əsnasında
Fələstinin Qazzə bölgəsində vəfat edir. Sonra Səlma Mədinədə bir oğlan
uşağı dünyaya gətirir. İsmini Şeybə olaraq adlandırır. Əmisi Muttalib
qardaşı oğlunu görmək arzusu ilə Mədinəyə gəlir və orada Səlmanın
razılığı ilə uşağı götürüb Məkkəyə gətirir.
Məkkədə Muttalibi görənlər
yanındakı kimdir? deyə soruşardılar. O, da göz dəyməsin deyə köləmdir –
deyə cavab verərdi. Bundan sonra da insanlar onu AbdulMuttalib –
Muttalibin köləsi deyə çağırmağa başladılar. AbdulMuttalib yuxusunda
Zəm-Zəm quyusunun yeri göstərilir və oranı qazmaq əmr edilir. Oğlu
Haris b. AbdulMuttaliblə birlikdə o, yeri tapıb qazır. AbdulMuttalib nəzir
etmişdir ki, əgər həyatda
10 övladı olsa onlardan birini qurban kəsəcəkdir.
Dilədiyi həyata keçdikdə (
13 oğlu olduqda) o, oğlanları arasında püşk atır.
Püşk də hər dəfəsində Abdullaha düşür.
Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in atası Abdullah, AbdulMuttalibin oğulları arasında ən gözəli, ən
sevimlisi və ən iffətlisi idi. Lakin qardaşları, Qureyşlilər onu bu işdən
çəkindirirlər. Buna görə də AbdulMuttalib Abdullahın yerinə
100 dəvə
qurban etməyi Allaha nəzir edir. Buna görə də Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – həm
2 qurban edilənin İsmail və Abdullah – həm də
2
fidyə verilənin oğludur. İsmail
– əlehissəlam – ın yerinə
1 qoyun,
Abdullahın yerinə isə
100 dəvə fəda edilmişdir. AbdulMuttalib öldükdə
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – 8 yaşında idi.
10 yaşında
olduğu da söylənilir.
Babasından sonra əmisi Əbu Talibin yanında yaşamağa başlayır.
12
yaşında əmisi ilə birlikdə Şama ticarət məqsədi ilə gedir.
9 yaşında olduğu
da söylənilir. Bu səfərində rahib Bahira ilə qarşılaşır. Rahib, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – in əlindən tutaraq
bu aləmlərin Rəbbinin
elçisidir. Bunu Allah haqq olaraq, aləmlərə rəhmət olaraq göndərib.
Oradakılar: «Bunu haradan bilirsən?» deyə soruşdular. O: «Siz nə zaman
47
ki, buraya gəldiniz bütün daşlar və ağaclar səcdəyə qapandılar. Belə ki,
onlar Peyğəmbərdən başqasına səcdə etməzlər və mən onun iki kürək
sümüyü arasındakı Peyğəmbərlik möhürünü də bilirəm. Bu bizim
kitabımızda yazılmışdır. Yəhudilərdən ona bir zərər gələ bilməsindən
qorxduğu üçün əmisinə onu Şama gətirməməsini söyləyir. Əmisi onu
uşaqları ilə birlikdə Məkkəyə geri göndərir. Məkkəyə qayıtdıqdan sonra
isə Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Məkkə xalqının qoyunlarını
otarmağa başlayır. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurur:
«Elə bir Peyğəmbər yoxdur ki, çobanlıq etmiş olmasın»
133
.
3. Peyğəmbərin – Sallallahu Aleyhi Və Səlləm – İyirmi Üç İllik
Peyğəmbərlik Həyatını Bilmək:
Hira mağarasına çəkilib orada bir neçə vaxt ibadət etdikdən sonra
610-
cu ildə
40 yaşında ikən ona Peyğəmbərlik verilir
134
. Peyğəmbərlik ona
birinci gün verilir. Əbu Qatadə
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən
birinci gün oruc tutmaq
haqqında soruşurlar. O, buyurur: «O, gün mən doğulmuşam, o gün mən
insanlara göndərilmişəm və o, gün mənə ilk vəhy gəlib»
135
. Allah onu
bütün yaratdıqlarına göndərdi. Quran Ramazan ayında
Qədr gecəsində
dünya səmasına nazil olmuş, oradan da iyirmi üç il ərzində hissə-hissə
endirilmişdir.
«….Haqqı batildən ayıran Quran Ramazan ayında nazil
edilmişdir». (əl-Bəqərə 185)
136
. Həmçinin Yəhya Sərrasi «Nuniyə» adlı
qəsidəsində deyir: «Peyğəmbərlik ona qırx yaşında gəldi, Elçilik günəşi
Ramazan ayında parladı»
137
.
4. Peyğəmbərliyin Necə Və Hansı Buyuruqla Ona Verilməsini Bilmək:
«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan
yaratdı. Oxu! sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki,
insana qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini
öyrətdi». (əl-Ələq 1-5). Bu buyuruqdan sonra ona Peyğəmbərlik verildi.
Vəhy Peyğəmbərimiz
– sallallahu aleyhi və səlləm – bir neçə şəkildə
gəlirdi. Aişə
- radıyallahu anhə – rəvayət edir ki, bir gün Xaris b. Hişam
-
radıyallahu anhu – Peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən: «Ya
Rəsulullah! Vəhy sənə necə gəlir?» deyə soruşdu. Peyğəmbər: «Hərdən
vəhy zınqırov səsi kimi gəlir. Bu da mənim üçün (vəhyin) ən ağır gəliş
133
Tirmizi 4/516, İmam Məlik 2/971, İbn Məcə 2148, Buxari 9/488, Müslim 14/5,6.
134
Buxari, Müslim.
135
Müslim.
136
İbn Cərir 2/144, əl-Həkim «Mustədrək» 2/530, əs-Suyuti «Durrul Mənsur» 6/370.
137
O, Şeyx Cəmaləddin Əbu Zəkəriyyə b. Yusif b. Yəhya olub Bağdadda doğulmuşdur. Gözəl
dilçi və
hafiz idi. Gözəl şer yazardı. Monqolların Bağdada girdikləri vaxt öldürüldü hicri 656. Şəzarat əl-
Zəhəb 5/285,286.