42
yüksək və Allaha ən yaxın olandır. O, haqqla,
hidayətlə insanlara və
cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabını endirmiş, dininin
əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ
etməkdə onu səhf etməkdən və xəta etməkdən qorumuşdur. Onun
risalətinə iman gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun
imanı səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı çıxan isə
Cəhənnəmə girər.
Peyğəmbərimiz
– sallallahu aleyhi və səlləm – i
bilmək özündə bir neçə
xüsusiyyətləri əhatə edir:
1. Peyğəmbərin – Sallallahu Aleyhi Və Səlləm – Nəsəbini Bilmək:
Onun nəsəbi yer üzünün ən üstünüdür. Şərəf baxımından nəsəbi
zirvədədir. Herakl Əbu Sufyan
- radıyallahu anhu – dan Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – in nəsəbini soruşaraq: «Onun nəsəbi aranızda
necədir?». Əbu Sufyan: «O, bizim içimizdə yüksək bir nəsəbə sahibdir»
deyə cavab vermişdir. Herakl: «Mən sənə onun nəsəbindən soruşdum. Sən
də onun sizin içinizdə yüksək bir nəsəbə sahib olduğunu söylədin.
Həqiqətən də Peyğəmbərlər öz qövmləri arasında
yüksək bir nəsəbə sahib
olaraq göndərilirlər» dedi
123
. Həmçinin də Peyğəmbərlər haqqında keçən
rəvayətlərdə də bu öz təsdiqini tapır. Məs: Şueyb
– əlehissəlam – ın
qövmü:
«Əgər əşirətin olmasaydı səni daşqalaq edərdik». (Hud 91). İbn
Haldun Bəğavi
– rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbərliyin
əlamətlərindən biri də qövmləri içərisində şərəfli bir ailəyə mənsub
olmalarıdır».
Nəsəbi: Muhəmməd b. Abdullah b. AbdulMuttalib (əsl adı:
Şeybətul Həmd) b. Haşim (əsl adı: Amr) b. AbdiMənaf (əsl adı: Muğirə)
b. Kusay (əsl adı: Zeyd) b. Kilab b. Murrə b. Kəb b. Luey b. Ğalib b. Fihr
b. Məlik b. Nadr b. Kinanə b. Huzeymə b. Mudrikə b. İlyas b. Mudar b.
Nizar b. Məad b. Adnan. Adnan Allahın Peyğəmbəri İbrahim
–
əlehissəlam – ın oğlu İsmail
– əlehissəlam – ın nəslindəndir. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah İsmail
oğullarını seçmişdir. İsmail oğullarından da Kinanəni, Kinanədən də
Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından
da Məni
seçmişdir»
124
. İbn Kəsir
– rahmətullahi aleyhi – deyir ki, İbrahim
–
əlehissəlam – ın nəslindən iki böyük uşaq dünyaya gəlmişdir. Birincisi
Həcərdən dünyaya gələn İsmail
– əlehissəlam –, digəri də Saradan
dünyaya gələn İshaq
– əlehissəlam – dır. İshaq
– əlehissəlam – ın
nəslindən də Yaqub
– əlehissəlam – dünyaya gəldi. Allah:
«…Bundan
sonra biz onu İshaqla, İshaqın ardıyca Yəqubla müjdələdik». (Hud 71).
123
Buxari.
124
Müslim.
43
Onun nəslindən çox Peyğəmbər gəlmişdir. İsrail oğullarında gələn
Peyğəmbərlər Məryəm oğlu İsa
– əlehissəlam – ilə sona çatmışdır. İsmail
– əlehissəlam – a gəlincə isə ərəblər onun soyundandırlar.
Onun soyundan
Peyğəmbər olaraq sadəcə Peyğəmbərlərin sonuncusu, seyyidi Muhəmməd
b. Abdullah b AbdullMuttalib b. Haşim əl-Qureyşidir
125
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Mən atam İbrahimin duası və
İsanın müjdəsiyəm. Anam şam saraylarını işıqlandıran bir nurun çıxdığını
gördü:
«Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir Peyğəmbər
göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara
öyrətsin, onları təmizləsin! Həqiqətən (Sən) yenilməz qüvvət və hikmət
sahibisən». (əl-Bəqərə 129). «Onu da xatırla ki, bir vaxt Məryəm oğlu
İsa belə demişdir: «Ey İsrail oğulları! Həqiqətən mən özümdən əvvəl
nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir
Peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!». (əs-Səff 6)
126
.
2. Peyğəmbərin – Sallallahu Aleyhi Və Səlləm – Yaşını, Doğulduğu
Yeri, Hicrət Etdiyi Yeri Bilmək:
Doğulduğu yer Məkkədir. Məkkədə Hişam oğulları məhəlləsində
Rəbiul-Əvvəl ayının
9-zu və ya
12-də birinci günü səhər,
571-ci ildə (Fil
ilində) dünyaya gəlmişdir (Miladi tarixi ilə
22 Aprel). Məkkədə
53 il
yaşadıqdan sonra Mədinəyə hicrət etmiş,
orada da 10 il yaşamışdır.
Hicrətin
11-ci ilində, Rəbiul-Əvvəl ayının
12-i, birinci günü, əsr vaxtına
yaxın
63 yaşında dünyasını dəyişmişdir. Ənəs b. Məlik
- radıyallahu anhu
– deyir: «Peyğəmbər
– sallallahu aleyhi və səlləm – 63 yaşında ikən
dünyasını dəyişdi»
127
. İbn Abbas
- radıyallahu anhu – deyir: «Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Məkkədə
13 il, Mədinədə isə
10 il
qaldıqdan sonra
63 yaşında dünyasını dəyişdi»
128
. Onu dünyaya gətirən
(doğuşda kömək edən) Abdurrahman b. Auf
- radıyallahu anhu – nun
anası Amrın qızı Şifa olmuşdur. Doğumunun yeddinci günündə sünnət
edilmişdir. Bu haqda üç görüş vardır:
Bəziləri qeyd edirlər ki, sünnətli
doğulmuşdur. Uydurma bir hədisdə rəvayət edirlər. Bu iddia ilə bağlı
doğru bir rəvayət yoxdur. Bəziləri də qeyd edirlər ki, süd anasının yanında
Mələklərin qəlbini açdıqları gün sünnət edildi, bəziləri də deyirlər ki,
doğumunun
7-ci günü babası AbdilMuttalib sünnət etdi və ən doğru rəy
də elə budur. Ona
ilk xidmət edən Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in atası Abdullahın xidmətçisi Ummu Əymən olmuşdur. Ummu
125
İbn Kəsir «Qısasul Ənbiya» 175.
126
Əhməd 5/262, Həkim 2/600.
127
Müslim.
128
Müslim.