Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə21/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

 
44
Əymən müsəlman olana qədər yaşamış, hicrət etmiş  və Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm –  dən  5  və ya 6 ay sonra vəfat etmişdir. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu Zeyd b. Həris - radıyallahu 
anhu – ilə evləndirmişdir. Usamə b. Zeyd - radıyallahu anhu – nun 
anasıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ummu Əymən üçün: 
«Ummu  Əymən Ummi Badə Ummi – Ummu Eymən anamdan sonra 
anamdır».  Ənəs  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, 
öldüyü gün isə bütün şəhər zülmətə  qərq olmuşdu
129
. Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – dünyasını  dəyişdikdən sonra Əbu Bəkr və 
Ömər  - radıyallahu anhum – onun süd anasını ziyarət etmək qərarına 
gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb dedilər: «Nəyə 
ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır». 
Qoca qadın dedi: «Mən ona görə  ağlayıram ki, artıq vəhylər 
gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər - radıyallahu anhum – da 
ağlamağa məcbur etdi
130
.  
Rəsulullahın atası AbdulMuttalib oğlu Abdullahdır. Məhəmmədin atası 
o, doğulmamışdan əvvəl, yoxsa sonra öldüyü haqqında bəzi rəylər vardır. 
Bu rəylərdən  ən doğrusu: Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
anasının bətnində ikən atasının öldüyüdür. İkinci rəyə görə, Rəsulullah – 
sallallahu aleyhi və səlləm – doğulduqdan 7 ay sonra ölmüşdür. Abdullah 
ticarət məqsədi ilə  Şama gedib qayıtdıqda Mədinədə  vəfat edir. Darul 
Nəbiyyatuz Zəhra  deyilən yerdə  dəfn edilir. Ənəs – radıyallahu anhu – 
rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam haradadır?» deyə 
soruşdu. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Cəhənnəmdə». Adam getmək istədikdə Peyğəmbər - sallallahu aleyhi və 
səlləm – onu çağıraraq: «Heç şübhəsiz ki, mənim atamda, sənin atanda 
Cəhənnəmdədir» deyə buyurdu
131
.  
Anası Kilabın oğlu Zuhrənin oğlu AbdiMənafın oğlu Vəhbin qızı 
Əminədir. Kilab Rəsulullah – sallallahu aleyhi və səlləm – in nəsəbində 5-
ci babasıdır. Bu tərəfdən Rəsulullah – sallallahu aleyhi və səlləm – in atası 
və anası eyni kökdən olub ikisi də Kilabda birləşirlər. Anası  Əminədən 
sonra onu ilk əmizdirən  Əbu Ləhəbin köləsi Suveybədir.  Ərəblərdə o, 
vaxtlar yeni doğulan uşaqları  əmizdirmək üçün başqa bölgələrə 
göndərmək adəti vardı. Bunu uşaqların daha sağlam və güclü böyümələri 
üçün belə edirdilər. Suveybə öz oğlu olan Məsruqla bərabər onu bir aya 
                                                 
129
 Tirmizi, Şueyb əl-Arnaut səhih olduğunu qeyd edir.  
130
 Müslim.  
131
 Müslim 203, Əbu Davud 4718. 


 
45
yaxın  əmizdirdi. Həmçinin də Hamda və  Əbu Sələmə b. Abduləsəd  əl-
Mahzumiyi də əmizdirmişdir. Hər ikisi də Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – in süd qardaşlarıdır. Həmçinin də Peyğəmbərin əmisi Həmzə 
radıyallahu anhu – nu da əmizdirmişdir. Bundan sonra Məkkəyə Bəni Sad 
b. Bəkr b. Həvazin qəbiləsindən bir neçə süd əmizdirici qadınlar gəlir. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bu qadınlara süd verilməsi 
üçün təqdim edilir. Lakin yetim olduğuna görə onu götürən olmur. Buna 
baxmayaraq içərilərindən  Əbu Suveybin qızı  Həlimə  əmizdirmək üçün 
uşaq qalmadığından  əlacsızlıqdan onu götürür. Həlimənin  əri Həris b. 
Abdiluzzadır. Hər ikisi də Sad b. Bəkr b. Həvazin qəbiləsindəndirlər. 
Uşaqları Peyğəmbər – sallallahu aleyhi və səlləm – in süd qardaşlarıdırlar. 
Abdullah,  Ənisə  və Qudamə  (Şeymə kimi də tanınır) Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – in yetişməsində böyük rolu olmuşdur. 
Həlimə  həmçinin də  Əbu Sufyan - radıyallahu anhu – nu da 
əmizdirmişdir. Həlimənin Məkkədə olduğu o, günlər qıtlıq və aclıq 
günləri idi. Dəvələri süd vermir, köksündə  də süd azalmışdır. Lakin 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – i öz yurduna götürdükdə 
Allahın izni ilə onlara bərəkət nazil olmuşdur. Qadın onu qucağına alıb 
əmizdirmək istədikdə köksünün südlə dolduğunu gördü. Dəvələri bol süd 
verməyə başladılar. Həlimə  2 ildən sonra onu süddən kəsir. Artıq 
böyümüş  və güclənmişdi. Həlimə  hər  6 aydan bir onu görmələri üçün 
anasının yanına gətirirdi. Süttən kəsiləndən sonra onu anası  Əminənin 
yanına gətirir. Peyğəmbər ilə  gələn bərəkətdən son dərəcə sevinc içində 
olan Həlimə  uşağın bir müddətdə yanında qalmasını xahiş edir. Əminə 
razı olur. Həlimə Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – i alaraq 
sevinc içində öz yurduna dönür. İki il də daha süd anası  Həlimə ilə 
bərabər qalır. Lakin sonra baş verən Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – in Şakki Sadr  qəlbinin yarılması hadisəsi onları  uşağı anasına 
qaytarılmasını  məcbur edir. Ənəs b. Məlik  - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  uşaqlarla oynayarkən 
Cəbrail – əleyhissəlam – onun yanına gəldi. Onu götürərək yerə yıxdı və 
sinəsini yardı. Qəlbini çıxardı. Qəlbindən bir qan laxtasını  çıxardıqdan 
sonra Peyğəmbərə: «Bu şeytanın səndən olan bir nəsibidir!» deyə ona 
göstərdi. Sonra qəlbini qızıldan bir qab içində  Zəm-Zəm suyu ilə yudu. 
Daha sonra qəlbini yerinə qoydu. Onunla oynayan uşaqlar qaçaraq süd 
anasının yanına gəldilər və: «Muhəmməd öldürüldü!» dedilər. Onun 
yanına gəldilər. Rəngi soluq bir halda idi. Ənəs: «Mən Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – in sinəsində o, izi görmüşdüm!» dedi
132
. Bu 
                                                 
132
 Buxari, Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə