50
1. Ummul Qura olan Məkkənin
fəthi mübarək hicrətin 8-ci ilində
tamamlanmış, hicri
9-cu ildə isə müsəlman olmaq və ya cizyə vermək
üçün Mədinə şəhərinə axın-axın heyətlər gəlmişlər. Ərəb yarmadası
bütünlüklə İslama boyun əydi. Bütün bunlar Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – in və səhabələrinin
10 il boyunca sürdükləri cihadın bir
meyvəsi idi. Artıq
bütün bunlar Peyğəmbər – sallallahu aleyhi və səlləm –
missiyasının sona gəldiyinə işarət edirdi.
2. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Muaz
- radıyallahu anhu –
nu Yəmənə göndərdiyi zaman ona bir çox tövsiyələr verdi. Tövsiyələrini
bitirdikdən sonra buyurdu: «Ey Muaz! Ola bilər ki, sən bu ildən sonra
məni görməyəsən. Sən qayıtdıqda artıq mənim məscidimə və qəbrimə
çatacaqsan». Bu sözlər Muaz
- radıyallahu anhu – nu
hönkür-hönkür
ağlatdı. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – üzünü Mədinəyə tərəf
çevirərək: «İnsanlardan mənə ən layiq olanlar kim olursa olsun və harada
olursa olsun müttəqilərdir» deyə buyurdu
148
.
3. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – hər il Ramazan ayında on
gün etiqafa çəkilərdi. Son ildə isə iyirmi gün etiqaf etmişdi. Cəbrail
–
əlehissəlam – hər il Quranı bir dəfə ona təkrar
etdiyi halda son ildə iki
dəfə təkrarlatdı.
4. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – hicrətin
10-cu ilində Həcc
etdi və buyurdu: «Həcci necə yerinə yetirəcəyinizi məndən öyrənin. Ola
bilir ki, bu ildən sonra bir daha sizinlə görüşməyim. İnsanlarla
vidalaşmağa başladı.
5. Ərafada bu ayə endi:
«Bu gün dininizi kamil etdim və sizə olan
nemətimi tamamladım. Bir din kimi sizin üçün İslamı seçdim». (əl-
Maidə 3).
6. İbn Abbas
- radıyallahu anhu – rəvayət edir ki: «Ömər
- radıyallahu
anhu – məni Bədrdə iştirak etmiş səhabələrlə birlikdə məclisə apardı.
Bəziləri bundan xoşlanmayaraq: «Bunun bizim aramızda nə işi var. Bizim
də onun kimi uşaqlarımız vardır» dedilər. Ömər
- radıyallahu anhu –
hansı səbəbdən onu bura gətirməsini izah etmək üçün sual verdi: «
İzə Cə
Ənəsrullahi Vəl Fəth – haqqında nə bilirsiniz?». Onlardan bəziləri: «Bizə
fəth müyəssər olub zəfərə çatdığımızda Allaha həmd edib günahlarımızın
bağışlanmasını diləməklə əmr olunduq» dedilər. Digərləri isə heç bir söz
də demədilər. Sonra mənə tərəf çönərək: «Ey Abbasın oğlu! Sən də mi
belə deyirsən?» deyə soruşdu. Abbas: «Xeyr,
bu surə Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in əcəlidir. Allah ona əcəlinin çatdığını
bildirərək buyurmuşdu:
«Allahın yardımı və fəthi gəldiyi zaman…». (ən-
148
Əhməd 5/235. Məcmul Zəvaid 9/22.
51
Nəsr). Bu sənin əcəlinin yaxınlaşmasına işarədir. Belə ki, Rabbini təsbih
edərək ondan məğfirət dilə. Çünki O, tövbələri qəbul edəndir». Ömər:
«Mən də bunu sənin kimi anlayır və bilirəm» dedi
149
.
7. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ə vəhyin tez-tez gəlməsi.
Ənəs
- radıyallahu anhu – rəvayət edir ki: «Allah vəfatından əvvəl
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ə tez-tez vəhy endirirdi. Lakin
vəfat etdiyi günlərdə isə vəhy olduqca çoxalmışdır»
150
.
8. Əlamətlərdən biri də Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in
Uhuda getməsi və orada yatan şəhidlər üçün namaz qılmasıdır. Beləcə
həm ölülərlə, həm də dirilərlə vidalaşırdı. Sonra minbərə çıxaraq: «Mən
sizdən öncə gedəcəyəm və Vallahi bu an hövuzuma baxmaqdayam. Mənə
yer üzünün xəzinələrinin açarları verilmişdir.
Vallahi mən, məndən sonra
şirk qoşmağınızdan qorxmuram, lakin dünya üçün bir-birinizlə
yarışmanızdan qorxuram»
151
.
9. Bu əlamatlərdən biri də bundan məhrum olmadan öncə insanları onu
görməyə və məclisində olmağa insanları təşviq etməkdir. Əbu Hureyrə
-
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Muhəmmədin nəfsi əlində olana and olsun ki, sizdən
birinizin məni görməyəcəyi bir gün gələcəkdir. Məni görmək onun üçün
bütün ailəsi və malından da sevimli olacaqdır»
152
.
21. Peyğəmbərin – Sallallahu Aleyhi Və Səlləm – Vəfatı:
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – bu şəkildə hicrətdən sonra on
il dəvət etdi. Allah onunla dini və möminlər üzərinə nemətini
tamamladıqdan sonra, öz yanına
və peyğəmbərlərin, siddiqlərin,
şəhidlərin, salehlərin yaşadığı ən uca dostlar arasına qatılmaq üçün seçdi.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Səfər ayının sonları ilə Rəbiul-
Əvvəl ayının əvvəlləri xəstələndi. Aişə
- radıyallahu anhə – rəvayət edir
ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Bəqi qəbristanlığını ziyarət
etdikdən sonra geri dönür. Məni rahatsız gördü: Çünki başım ağrıyır:
«Vay başım, vay başım!» – deyirdim. O: «Ey Aişə! Əslində mən: «Vay
başım» deməliyəm
153
. Başını bağlamış halda müsəlmanların yanına,
minbərə çıxdı. Şəhadət gətirdikdən sonra Uhudda öldürülən şəhidlərə
məğfirət dilədi və buyurdu: «Allah qullarından bir qulunu dünya ilə
nəzdində olanlar arasında sərbəst buraxdı, o da Allahın nəzdində olanları
seçdi». Əbu Bəkr
- radıyallahu anhu – bu sözlərin
nə məna ifadə etdiyini
149
Buxari 10/606,607.
150
Buxari 8/618, Müslim 18/102.
151
Əbu Davud 3207, Nəsai 4/61,62, əl-Albani «Səhih Nəsai» 1846.
152
Müslim 15/118.
153
Darimi 1/37, İbn Məcə 1465, əl-Albani «Səhih ibn Məcə» 1197.