52
başa düşdüyündən ağlamağa başladı və: «Anam, atam sənə fəda olsun».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yavaş ol, ey Əbu
Bəkr! Şübhəsiz ki, dostluq və mal baxımından insanlar arasında
mənə ən
yaxın olanı sənsən. Rəbbimdən başqasını dost seçməli olsaydım, şübhəsiz
ki, səni seçərdim, lakin İslamın dostluğu və sevgisi (bizi bir-birimizə)
bağlamışdır. Əbu Bəkr
- radıyallahu anhu – nu insanlara namaz
qıldırmasını əmr etdi. Artıq namazları Əbu Bəkr
- radıyallahu anhu –
qıldırırdı ki, bu şəkildə toplam
17 vaxt namaz qıldırmışdır. Ömrünün son
günləri
və ya son günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızı
Fatimə
- radıyallahu anhə – ni çağıraraq qulağına bir şeylər pıçıldadı.
Aişə
- radıyallahu anhə – deyir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – in bütün zövcələri yanında olduğu an qızı Fatimə
- radıyallahu
anhə – gəldi. Yerişi Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in
yerişindən heç bir şey ilə fərqlənmirdi.
Peyğəmbər – sallallahu aleyhi və
səlləm – qızını gördükdə buyurdu: «Xoş gəlmisən qızım. (Mərhəba).
Sonra onu sağına yaxutda soluna oturtdu. Qulağına nə isə pıçıldadıqdan
sonra qızı ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə də
gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən, Fatimə
- radıyallahu anhə
– yə dedim: «Peyğəmbər
– sallallahu aleyhi və səlləm – bu qədər
zövcələrinin içərsində yalnız sənə sir dedikdən sonra sən hələ də
ağlayırsan!». Peyğəmbər
– sallallahu aleyhi və səlləm – geddikdən sonra
mən soruşdum. Peyğəmbər sənə nə buyurdu: «Mən Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – in sirrini ifşa etmərəm». Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra mən Fatimə
-
radıyallahu anhə – dən soruşdum: «Üzərindəki haqqım üçün
154
de görüm
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – sənə nə buyurdu: «Bəli, indi
deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər
il Cəbrail
– əlehissəlam – Quranı mənə bir və ya iki dəfə təkrarladırdı.
Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını
başa düşdüm. Allahdan qorx və səbr et. Mən
sənin üçün necə də gözəl
Sələfəm (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci
dəfə mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu
ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa
rəvayətdə: Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə
buyurdu
155
. Fatimə
- radıyallahu anhə – atasının çəkdiyi izdirabları
gördükdə: «Vay atam!» dedi. Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
154
Aişə
- radıyallahu anhə –, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in zövcəsi həm də
möminlərin anası olduğu üçün belə deyir.
155
Buxari 2623; Müslüm 2450;
53
ona: «Atan bu gündən sonra bir daha izdirab çəkməyəcəkdir». Xeybərdə
yediyi zəhərin acılarını hələ də hiss edirdi. Əbu Hureyrə
- radıyallahu
anhu – rəvayət edir ki, Xeybər fəth
edildiyi zaman Peyğəmbər –
sallallahu aleyhi və səlləm – zəhər qatılmış bir qoyun qızardılması
hədiyyə edildi (Zəhəri verən bir Yəhudi qadın idi). Peyğəmbər: «Burada
olan Yəhudiləri toplayın» deyə buyurdu. Dərhal onları bir yerə topladılar.
Peyğəmbər: «Sizdən bir şey soruşsam doğrumu cavab verəcəksiniz?»
deyə buyurdu. Onlar: «Bəli» deyə cavab verdilər. Peyğəmbər: «Atanız
kimdir?» deyə buyurdu. Onlar: «Filankəsdir» dedilər. Peyğəmbər: «Yalan
söylədiniz. Atanız filankəsdir»
deyə buyurdu. Onlar: «Doğru söylədin»
dedilər. Peyğəməbər: «Mənə doğru söyləyəcəksinizmi?» deyə buyurdu.
Onlar: «Bəli, əgər biz sənə yalan söyləsək sən bunu biləcəksən necə ki,
atamız kimdir sualını bildiyin kimi» dedilər. Peyğəmbər: «Cəhənnəm əhli
kimdir?» deyə buyurdu. Onlar: «Biz orada az qalacağıq. Orada bizə siz
xələf olacaqsınız!» dedilər. Peyğəmbər: «Rədd olun! Vallahi biz
əbədiyyən sizə Cəhənnəmdə xələf olmayacağıq» deyə buyurdu. Sonra:
«Bu qoyuna zəhər qatmışdınız yoxsa yox?». Onlar: «Bəli, qatmışdıq»
dedilər. Peyğəmbər: «Nəyə görə belə etdiniz?» deyə buyurdu. Onlar:
«Yalançı (bir Peyğəmbər) olub-olmadığını yoxlamaq üçün. Əgər yalançı
olsaydın
bu zəhər sənə təsir edəcəkdi, yox əgər həqiqi bir Peyğəmbərsənsə
bu zəhər əsla sənə zərər verməz» dedilər (Bəzi rəvayətlərdə: Qoyun budu
dil açaraq Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ə zəhərli
olduğunu
bildirir. Bəzi rəvayətlərdə isə Cəbrail
– əleyhissəlam – xəbər verir. Zəhər
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ə təsir etmədi. Lakin ətdən
yeyən Bişr b. Bərra
- radıyallahu anhu – yedi və öldü.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – ə bir zərər toxunmadığı üçün qadını buraxır.
Lakin şəriətə uyğun olaraq qadını Bişr b. Bərra
- radıyallahu anhu – nun
ailəsinə təslim edir. Onlar da qisas olaraq onu qətl edirlər)
156
.
Ölüm anı yaxınlaşınca Aişə
- radıyallahu anhə – onu köksünə basırdı.
Hicri
11-ci ilin Rəbiul əvvəl ayının
12-si ya da
13-cü günündə ölüm
halları onda görünməyə başladıqda, əlini suya salır,
üzünə sürtür və
buyururdu: «
Lə İləhə İlləllah. Şübhəsiz ki, ölümün istirabları çox
ağırdır». Daha sonra gözləri səmaya doğru dikildi və: «Allahım o,
Rafiqul
Ələ ən uca dostlar arasında olmaq istəyirəm» dedi. O, gün vəfat etdi. Aişə
- radıyallahu anhə – deyir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
dizləri və köksüm üzərində vəfat etdi. Onun ölüm acısını gördükdən sonra
artıq kimsənin ölüm acısı məni üzməz»
157
.
156
Buxari «Cizyə» 7.
157
Buxari 7/747.