74
soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmənət qaldırılacağı zaman
siz Qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət
nə vaxt
qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana əmanət verilərsə
əmanət korlanmış olar» deyə buyurdu
232
.
Əmanət – xəyanətin ziddidir.
“Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi)
göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb
özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi.
Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə
özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini
bilmədi)”. (əl-Əhzab 72). Alimlər əmanəti bir çox mənalarda açıqlamışlar.
1)
Tövhid – çünki o, qulun yanında qoruması lazım olan bir əmanətdir. 2)
Əməl – qulun qoruması lazım olan bir əmanətdir. Əmanət dinin əmrlərini
yerinə yetirmək və qadağalarından qaçmaqdır
233
.
18. Qul Qadının Öz Ağasını Doğması, Kasıbların Varlanıb Hündür
Binalar Tikməkdə Bir-Birləri İlə Yarışmaları:
Peyğəmbər – sallallahu
aleyhi və səlləm – dən Qiyamətin əlamətləri haqqında
soruşan Cəbrailə
belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, cılpaq,
cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları»
234
.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “Qulun xərclədiyi hər bir şeydə
əcr vardır. Lakin bina bundan müstəsnadır»
235
. Əbu Hureyrə
– radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: “İnsanlar binaları qat-qat yüksəltmədikcə Qiyamət qopmaz”
236
.
İbn Həcər
– rahmətullahi aleyhi - deyir ki: “Axır zamanda cariyələr
hədisdə işarə edilən tərbiyə edilənlər olacaqlar.
Çünki cariyələr azad
qadınlardan ayrı olaraq güclü adamların himayəsində olacaqlar. Buna görə
də hədisdə: “...Ayaq yalın, cılpaq, cobanların hündür bina tikməkdə bir-
birləri ilə yarışmaları” ləfzi ilə zikr edilmişdir
237
.
19. İnsanların Yalnız Tanıdıqları Kimsələrə Salam Vermələri: İbn
Məsud
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri də insanların
yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır»
238
.
20. Yalan Şahidliyin Çoxalması, Haqq Şahidliyin Gizlədilməsi: İbn
Məsud
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu
232
Fəthul-Bəri, Buxari “Rikâk” 11/333, Müslim.
233
Əhkamul Quran 3/1588,1589, Nəvəvi Şərh Müslim 2/168, İbn Kəsir 6/477, Fəthul Bəri 11/33.
234
Buxari, Müslim.
235
əl-Albani «Cəmius Səhih» 4442.
236
Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.
237
“Fəthul-Bəri” 1/122-123.
238
İmam Əhməd “Müsnəd” 5/326, Ahməd Şakir “Səhih”.
75
aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan əvvəl
insanlar yalan
şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər»
239
. Əbu Bəkrə
- radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
–sallallahu aleyhi və səlləm – buyurdu:
«Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? deyib bu sözü üç
dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər:
«Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – uzanmış halda durub oturdu və:
«Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-
özümə) kaş ki, susaydı dedim
240
.
21. Qohumluq Əlaqələrini Kəsməyin, Qonşuluq Münasibətlərinin
Pisləşməsinin Çoxalması: Abdullah b. Amr
- radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik,
həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin
pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz»
241
. İbn Məsud
- radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: “Qiyamət qopmadan öncə qohumluq münasibətləri kəsilir”
242
.
Əbu Hureyrə
– radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Uca
və Böyük olan Allah
məxluqatı yaratdıqdan sonra yaratma işi tamam olduqda
Rahim –
qohumluq bağı ayağa qalxdı». Allah: «Dur! Söylə nə istiyirsən?» deyə
buyurdu. Rahim: «Mənim bu qalxmağım qohumluq əlaqələrini
kəsməkdən Sənə sığınanın qalxmasıdır». Allah: «Sənə yaxşılıq edənə
yaxşılıq etməklə və səndən yaxşılığı kəsəndən yaxşılığımı kəsməyimlə
razı deyilsənmi?». Rahim: «Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu
höküm sənindir». Sonra Əbu Hureyrə
– radıyallahu anhu – dedi ki,
istəsəniz bu ayəni oxuya bilərsiniz:
«Əgər (Peyğəmbərdən) üz
döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq
tellərini qırmaq gözlənilməzmi» (Məhəmməd 22)»
243
.
22. Vaxtın Sürətlə Getməsi: Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Zaman
qısalmadıqca Qiyamət qopmaz”
244
. Əbu Hureyrə, Ənəs
- radıyallahu
anhm – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay
həftəyə,
həftə günə, gün saata, saat da xurma yarpağının yanıb kül olması
239
İmam Əhməd “Musnəd” 5/333, “İbn Kəsir “Təfsiri” 6/140, “Fəthul-Bəri” 5/262.
240
Buxari 2654, Müslim 87.
241
İmam Əhməd “Musnəd” 10/26-31, Əhmed Şakir “Səhih”, Həkim “Mustədrək 1/75-76.
242
Musnəd 5/333, Əhməd Şakir “Səhih”.
243
Buxari «Ədəbul Mufrad» 50.
244
Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.