80
dirilərək ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman gətirirsən?» deyir.
Mömin: «Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir.
Mömin üzünü cəmaata tutaraq deyir: «Ey insanlar! O, məndən
sonra heç
kəsə bu əməli etməyəcəkdir». Dəccəl onu doğramaq üçün tutar. Lakin
Allah mömimin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir
şey edə bilməyib əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə zənn
edərlər ki, (Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «O, mömin aləmlərin Rəbbinin
yanında şəhidlərin ən əzəmətlisi olacaqdır»
267
.
Nəvvas b. Səman
- radıyallahu anhu – rəvayət edir ki,
bir gün səhər
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında
danış-mağa başladı. Onun haqqında səsini gah alçaldaraq, gah da
yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir
yerdə zənn etdik. Biz onun yanına gəldikdə Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – bizdə olan vəziyyəti görüb buyurdu: «Sizə nə olub?» Biz: «Ya
Rəsulallah! Bu gün səhər Dəccəl haqqında səsini gah alçaldaraq, gah da
yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalığ) deyilən bir
yerdə zənn etdik». Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
«Sizdən ötrü məni qorxudan şey Məsih Dəccəl deyildir. Əgər o, mən sizin
içinizdə ikən ortaya çıxarsa, ona qarşı mən sizə kifayət edərəm. Yox əgər
mən aranızda yox ikən o, ortaya çıxarsa
onda hər kəs özü-özünü ondan
müdafiə etməlidir. Allah da hər bir müsəlman üçün məni əvəz edər
268
.
Dəccəl gəncdir. Saçları olduqca qıvrımdır. Bir gözü əyridir (sanki üzüm
salxımından irəli çıxmış üzüm giləsi kimi). Mən onu Abdul Uzza b.
Katana bənzədirəm. Sizlərdən hər kim o, çıxan vaxtı yaşayarsa ona qarşı
Kəhf surəsinin ilk on ayəsini oxusun
269
. Heç şübhəsiz ki, o Şam ilə İraq
arasında olan bir yolda ortaya çıxacaqdır
270
. Sağına da,
soluna da öz fitnə-
fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!» Biz: «Ya
Rəsulallah! O, yer üzündə nə qədər müddət qalacaqdır?» deyə soruşduq.
Peyğəmbər: «Qırx gün. (Bu günlərdən) Bir günü bir ilə, bir günü bir aya,
bir günü bir cüməyə (bir həftə) bərabər olacaqdır. (O, qırx günün içində)
Qalan günlər isə sizin günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya
Rəsulallah! Bu bir il qədər olan o, bir gündə bizlərə bir günün namazı
267
Müslim.
268
Yəni Allah hər bir müsülmana yolunu azmamaq və Dəccəlin fitnəsinə düşməmək
üçün kömək
edəcəkdir.
269
Başqa rəvayətdə son on ayəsini bilən Dəccəlin fitnəsindən qorunar. Müslim.
270
Başqa rəvayətdə – Dəccəl şərq ölkəsində meydana gələcəkdir. Ora Xorasan adlanır. Abırsız və
həyasız insanlar ona qoşulacaqlar». Əhməd, Tirmizi, İbn Məcə, Həkim – Əbu Bəkr
– radıyallahu
anhu – dan. əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/122 hədis 1591.
81
kifayət edirmi?» deyə soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o,
uzun gündə, adi günlərdə qıldığınız namaz vaxtlarını hesablayıb,
namazlarınızı qılın!» deyə buyurdu. Biz: «Ya Rəsulallah! Dəccəl yer
üzündə nə cür sürətlə yeriyəcəkdir?» deyə soruşduq. Peyğəmbər:
«Küləyin qovduğu yağış buludlarının sürəti kimi!» deyə buyurdu.
Peyğəmbər: «O, bir qövmün yanına gəlib onları dəvət edəcəkdir. Onlar
da ona iman gətirib itaət edəcəklər. Bundan sonra o, göyə əmr edəcəkdir.
Göy də onun əmri ilə yağış yağdıracaqdır. Sonra yerə əmr edər. Yer də
hər cür bitkilərini bitirəcəkdir. O, qövmün otlağa çıxmış heyvanları axşam
otlaqdan ən gözəl bir halda, məmələri
südlə dolu, ətlənmiş bir halda geri
qayıdarlar. Sonra Dəccəl digər bir qövmə gəlib onları da dəvət edər. Lakin
o, qövm onun sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o,
qövümdən uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları tələf
olub gedər. Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini çıxart!»
deyər və bal arılarının (ana) arının ardınca düştükləri kimi xəzinələr də
onun ardınca düşərlər».
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – sözünə davam edərək
buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc
ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun
son düşmə məsafəsi qədər bir-
birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da
həmin (anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını
yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa
– əleyhissəlam – ı göndərər.
O, da iki paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq
Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər
bir kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün
son görmə həddinə qədər çatar. İsa
– əleyhissəlam – Dəccəli axtarır.
Nəhayət onu (Beytul Məqdisə) yaxın bir yerdə Ludd qapısının
yaxınlığında yaxalayaraq öldürər. Sonra İsa
– əleyhissəlam – Allahın
Dəccəlin şərindən qoruduğu bir qövmün yanına gələr. İsa
– əleyhissəlam –
onların üzərilərinə əli ilə toxunub məsh
edir və onlara Cənnətdəki
dərəcələrini söyləyər. Onlar bu halda olduqları vaxt Allah
– subhənəhu və
təalə -, İsa
– əleyhissəlam – a: «Mən indi Mənə aid olan qullarımı
çıxardacağam ki, heç bir kimsənin onlarla müharibə etməyə nə qüdrəti, nə
də qüvvəti çatar! Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında
sığınacaq ver» deyə vəhy etdi. Allah Yəcuc və Məcuc tayfalarını göndərir.
«Yəcuc və Məcuc (səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək
təpələrdən) sürətlə axışdıqları zaman». (əl-Ənbiya 96). Onların əvvəli
Təbəriyyə gölünə yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən
and olsun ki: «Nə vaxtsa burada su vardı» deyərlər. Allahın peyğəmbəri