82
İsa
– əleyhissəlam – və onunla birlikdə olanlar mühasirədə qalacaqlar.
Nəhayət onların birinə bir öküz başının
dəyəri bu gün sizə görə yüz
dinardan da xeyirli olur. İsa
– əleyhissəlam – və səhabələri Allaha dua
edərlər. Allah da (Yəcuc və Məcuc) onların boyunlarına qurdlar salar və
səhəri hamısı məhv olub gedərlər. Sonra Allahın peyğəmbəri və onunla
birlikdə olanlar yerə enərlər. Yer üzündə Yəcuc və Məcuc tayfasının
cəsədlərindən bir qarış yer belə tapa bilməyəcəklər. Onların pis qoxusu
aləmi bürüyəcəkdir. Allahın Peyğəmbəri və onunla
birlikdə olanlar Allaha
dua edərlər. Bu dualarına cavab olaraq Allah dəvə boyunları kimi uzun
boylu quşlar göndərər. Quşlar o, leşləri götürüb Allahın istədiyi yerə
apararlar. Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam
palçıqdan olsun, istər gildən olsun heç bir ev o, yağışın
enməsinə mane
ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü
güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir,
bərəkətini ver!» deyə əmr edəcəkdir. O, gün bir camaat bir narı yeyib
doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir
dəvənin südü böyük bir topluluğa kifayət edər. Bir inəyin südü bir
qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər. Bu vaxt Allah
xoş bir külək göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq
bütün mömin və müsəlmanların ruhlarını alar. Yer üzündə insanların
şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin
bir-biri ilə
cinsi əlaqədə olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi əlaqədə olarlar.
Qiyamət də onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc
tayfaları hər şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O,
da Beytul Məqdisdə dağdır. «And osun ki, biz yer üzündə hər şeyi məhv
etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını göyə atarlar.
Allah onların oxlarını qan ilə boyanmış olaraq rədd edər»
271
.
Məryəm oğlu İsa
– əleyhissəlam – ın Şamda ağ minarəli (məscidin)
üzərinə iki mələyin qanadında enməsi, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – in şəriəti və hökmləri ilə əmr etməsi, donuzları və xaçları məhv
etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. Əbu Hureyrə
-
radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm
oğlu İsa adil bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları
sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır»
272
.
«Kitab
əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman
gətirməsin, lakin o Qiyamət günündə onların əleyhinə şəhadət
271
Müslim.
272
Müslim.
83
verəcəkdir». (ən-Nisa 159). Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Sübh çağı imam onlarla birlikdə namaza
durduğu bir vaxtda
Məryəm oğlu İsa
– əleyhissəlıam – gələcəkdir. Bu imam geri çəkilib
yerini ona vermək istədikdə İsa
– əleyhissəlam – əlini onun çiyninə qoyub
deyəcəkdir: «Keç yerinə namazı qıldır». İmam irəli keçib namazı
qıldıracaqdır. Sonra İsa
– əleyhissəlam – Qüdsə gedəcəkdir. Orada Ludd
qapsının
273
yaxınlığında Dəccəli yaxalayıb öldürəcəkdir. Dəccəl onu
gördükdə duz suda əridiyi kimi əriyəcəkdir»
274
.
Mehdinin Gəlməsi: Əsl adı Məhəmməd b.
Abdullah olub, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – in əhli beytindəndir. Zülm və haqsızlıqla
dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud
- radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü uzadacaqdır.
O, vaxta qədər ki, Əhli-Beytimdən bir insan çıxacaq. Adı-adıma, atasının
adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer
üzünü ədalətlə dolduracaqdır»
275
.
Ummu Sələmə - radıyallahu anhə –
rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
«Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir»
276
.
Yəcuc Və Məcuc Tayfasının Çıxması:
Zülqərneyn dedi: «Bu
Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt
(qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman)
gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-
Kəhf 90-98)
277
. Zeynəb b. Cəhş
- radıyallahu anhə – rəvayət edir ki, bir
gün Peyğəmbər
– sallallahu aleyhi və səlləm – üzü qıp-qırmızı halda,
həyacanlı olaraq çölə çıxdı və: «
Lə İləhə İlləllah! İrəlidə gecə qaranlığı
kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən
bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət
barmağını halqa şəkilində etdi. Bunun üzərinə mən: «Ya Rəsulillah!
İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli (fasiqlik,
fahiş əməllər,
əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman»
278
.
273
Fələstinin Rəmlə şəhərinin yaxınlığında.
274
İbn Məcə, İbn Huzeymə, əl-Albani «Səhihul Cəmi» 7752.
275
Əbu Davud.
276
Əbu Davud, Tirmizi.
277
İncildə Qoq və Maqoq tayfaları. Geniş məlumat üçün bax: «Qurani Kərim» Kəhf surəsi 83-98-ci
ayələrə qədər.
278
Müslim.