84
Dabbətul-Ardın (Heyvanin) Çıxması
279
.
«Onlara deyilən söz yerinə
yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla
danışıb (bizim adımızdan): «İnsanlar ayələrmizə inanmadılar» deyər.
(ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir.
Cəssəsə kimdir? - Fatimə b. Qeys
- radıyallahu anhə – rəvayət edir ki,
bir gün
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əssələtu Cəmiatən
(toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də həmin məscidə
gəldim. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ilə birlikdə namaz
qıldım. Mən qadınların səfində idim. Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu
və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə
üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və Rəsulu daha gözəl
bilir». Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and
olsun ki,
mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün
toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-
Dari xristian bir adam idi. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə
belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə
söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam
edərək buyurdu: «Cuzam və Ləhm qəbilələrindən otuza yaxın
kişi ilə
gəmi ilə səyahətə çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə
çarxalayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını
gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir
Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını
seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O, da: «Mən
Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O, məxluq: «Ey
topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o, sizin
gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o, adamı vəsf etdikdə biz
onun şeytan olmasından qorxduq. Nəhayət o, ibadətgaha gəldik. Orada
cüssə baxımından insanların ən
irisi olan, ayaqları əllərinə çarpaz
vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə
soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə mənə xəbər
verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə
Şamda olan Nəhmu Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə
onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm.
279
Dəbbətul Ard – bəzi rəvayətlərə görə bu Cəssəsədir. Cəssəsə Dəccəl üçün xəbərlər aparan cəsus
deməkdir. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm
– buyurdu: «Dəbbətul Ard, Musanın əsası və Süleymanın möhürü bir yerdə çıxacaqdır. Möhür ilə
möminin üzünü parladacaq, əsa ilə kafirin burnunu qıracaqdır. Mömin ilə kafir tanınacaqdır». İmam
Əhməd, Taylasi, Tirmizi, İbn Məcə, Beyhəqi, İbn Cərir.
85
Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə
verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər
verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O:
«Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz
olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O:
«Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi.
Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O, bulaqda su
varmı? Oranın əhalisi o, bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o
suyu bol olan bir bulaqdır. Əhalisi də o, bulağın suyundan istifadə edirlər»
dedik. O: «Mənə
Nəbiyyul-Ummiyin (ümmətlərin Peyğəmbəri) haqqında
xəbər verin? O, nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə
(Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?»
dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir?
Peyğəmbər onlara nə
edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir
olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu
dedik. O: «Şübhəsiz ki, onların Peyğəmbərə itaət etmələri onların özləri
üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqımda xəbər verəcəyəm.
Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn
verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer
olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa.
Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər
girəcəyində dayanan mələklər əllərindəki qılınc
ilə məni vuraraq bu
şəhərlərə girməyə qoymazlar».
Fatimə b. Qeys
- radıyallahu anhə – deyir ki, Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək
və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura
Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizlərə
söylədimmi? deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər
verdin!»
280
.
Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl
gələcəklər və bir-
birinin ardınca o, qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan
belə tapmayacaqlar. Ənəs b. Məlik
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbərin
– sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin
əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə
dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin əlamətləri də bir-
birinin ardınca bu cür sürətlə) gələcəkdir»
281
. O,
dəhşətli, qulaqları kar
edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə
280
Müslim.
281
Həkim, Əhməd «Musnəd», əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/361 hədis 1762.