76
qədər olacaqdır»
245
. Zamanın qısalmasıyla bağlı alimlərin
dəyişik
görüşləri vardır: 1. Bundan qəsd zamandakı bərəkətin az olmasıdır. 2.
Bundan qəsd Mehdi və İsa
- əleyhissəllam - ın zamanında olacaq həyatın
insanlara xoş gəlməsi, əminliyin və ədalətin artmasıdır. Buna görə də uzun
olsa da belə xoş günlərin insanlara qısa gəlməsi, qısa da olsa acı günlərin
onlara uzun gəlməsidir. 3. Bunda qəsd o, zamanda uzaqda yaşayan
insanların sürətli vasitələrlə tez bir zamanda istədikləri yerə getmələridir.
4. Dəccəl çıxdığı vaxt günlərin
uzun olduğu kimi, qısa da olacaq
246
.
23. İnsanların Bir-Birinə Olan İnamının İtməsi: Əbu Hureyrə
-
radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin»
247
.
24. Məscidlərin Və Quranın Bəzədilməsi: Ənəs
- radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
«İnsanlar bir-birlərinin qarşısında məscidlərlə öyünmədikcə Qiyamət
qopmaz»
248
. Ənəs
- radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə
öyünəcək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə
öyünəcəklər». İbn Abbas
- radıyallahu anhu – deyir ki: “Siz məscidləri
Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz»
249
. Əbu
Dərdə
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi
və səlləm – buyurdu: «Əgər siz məscidləri və Quran vərəqlərini bəzəməyə
başlasanız onda siz məhv olacaqsınız»
250
. Ömər
- radıyallahu anhu –
məscidi inşa edərkən deyir: “Sən sadəcə insanları yağışdan qoru. Nə badə
(məscidləri) al-sarı rəngə boyamaqla bəzəyib insanları fitnəyə salma”
251
.
Məscidləri yaşatmaq onları bəzəməklə deyildir. Məscidləri
yaşatmaq
orada namaz qılmaq və Allahı zikr etməklə olur. Məscidlər insanları
yağışdan, istidən və soyuqdan qorumaq üçün tikilib. Şafiilər deyirlər ki:
“Kəbə daxil olmaqla məscidləri qızıl və gümüşlə bəzəmək haram, digər
bəzəklərlə bəzəmək isə məkruhdur”
252
.
25. Yuxuların Çin Çıxması: Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxtın
sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları
aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq.
245
İmam Əhməd “Musnəd” 2/537-538, Tirmizi, əl-Albani “Camius-Sağir” 6/175, H. 7299.
246
Məalimus-Sünnə” 6/141-142, “Camiul-Usûl” 10/409. “Fəthul-Bəri” 13/16, “Muhtasar Sünən Əbu
Davud”, Munzirî 6-142, “İslam Etiqadı” Seyyid Sabıq s:247.
247
Buxari.
248
İmam Əhməd “Müsnəd” 3/134, əl-Albani səhih “Sahihul-Cami” 6/174, H. 7298.
249
Buxari.
250
Həkim, Tirmizi, əl-Albani «Səhih Hədislər Silsiləsi» 3/337, H. 1351, Camius-Sağir” 1/220, H. 599.
251
Fəthul-Bəri, Buxari “Salât” 1/539.
252
“Feyzul-Qadîr’ 1/367.
77
Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir (Başqa rəvayətdə:
Qırx altıda biridir, yetimşdə biridir)»
253
. Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır.
Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə
tüfürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə:
Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq
ona heç bir zərər verə bilməz. Və bu yuxunu heç kəsə xəbər verməsin.
Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o,
gözəl yuxunu sevdiyi
kimsələrdən başqasına xəbər verməsin»
254
. Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – buyurdu: Yuxu üç cürdür: «Saleh bir yuxu Allahdan bir
müjdədir, şeytandan olan bir yuxu bu hüzündür və bir də insanın bir şey
haqda çox düşünməsindən görülən yuxu»
255
. Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – buyurdu: «Mubəşşiratdan başqa nübuvətdən bir şey
qalmadı». Oradakılar: «Mubəşşirat nədir?» deyə soruşdular. Peyğəmbər:
«Saleh yuxudur» deyə buyurdu
256
.
Həmçinin Ərəbistan yarmadasının bağçalara çevrilməsi, yağışların
çoxalması, Hicazda alovun əmələ gəlməsi, malın çox olmasına
baxmayaraq nankorluğun artması, həyasızlığın ortaya çıxması,
düşmənçiliyin,
nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq
geyinib çölə çıxmaları, heyvanların və cansız əşyaların danışması,
müsəlmanların Xristianlarla müharibəsi, Konstantinopolun fəthi,
Mədinənin boşaldılması, Kəbənin dağıdılması və s. səhih hədislərlə sabit
olunmuş bir çox əlamətlər vardır
257
.
Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr
meydana çıxacaqdır. Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyirli əməllər etməyə çalışın!
Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin
olan isə
səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını dünya malına satacaqlar»
258
.
Allah bizi o, günlərdən qorusun! Amin!
253
Buxari, Müslim.
254
Müslim 2261.
255
Müslim 2263.
256
Buxari.
257
Bu haqda geniş məlumata Buxari, Müslim, Əbu Davud, Tirmizi və s. hədis kitablarına baxa
bilərsiniz.
258
Müslim.