Microsoft Word Az tarixi imtahan 50 cavab az docx


  Qaraqoyunlu tayfa ittifaq



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

28.  Qaraqoyunlu tayfa ittifaqı və Qaraqoyunlu dövləti. Qara Yusifin daxili və 

xarici siyasəti.

 

Azərbaycan  xalqının  təşəkkülündə  qaraqoyunlu  tayfası  mühüm  rol  oynamışdır. 



Qaraqoyunlu  tayfa  birliyi  Van  gölünün  cənubunda  məskən  salmış,  XIV  əsrin  70-ci 

illərindən Ərzincan, Sivas və Kürdüstanın şimal torpaqlarında möhkəmlənmişlər.

 

Öncə Həmədan, sonra isə Qəzvinin qərbində yurd salmış Baharlı tayfası tərəfindən 



idarə  olunurdu.  Tərkibində  ayınlı,  hacılı,  alpout,  saatlı  və  s.  tayfalar  da  var  idi. 

Qaraqoyunlu  tayfa  ittifaqının  bayrağında  qara  qoçun  təsviri  var  idi.  Tayfalar  əsasən 

qoyunçuluqla  məşğul  olurdu.  Tayfa  birləşməsinin  əsasını  Bayram  Xoca  qoymuş,onun 

ö

lümündən  sonra  (1380),  Qara  Məhəmməd  (1380-1389)  tərəfindən  möhkəmlənmiş, 



1410-cu ildə isə Qara Yusif güclü dövlət halına gətirmişdir. Qaraqoyunlular Ağqoyunlu, 

Cəlairilər və Teymurilərə qarşı mübarizə aparmışlar.

 

1382-ci ilin payızında Qara Məhəmməd Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gələrək 



Təbrizi tutdu. 1387-ci ildə Teymur Naxcıvandan qaraqoyunlular üzərinə hücuma keçdi. 

Qara  Məhəmməd  Çapaqcur  döyüşündə  Teymurun  qüvvələrinə  qalib  gəldi.  Cəlairi 

ə

mirlərinin  Təbrizə  hücumunu  eşidən  Qara  Məhəmməd  1388-ci  ildə  Təbrizi  onlardan 



geri ala bildi.

 

Qara  Məhəmmədin  ölümündən  sonra  Qaraqoyunlu  tayfa  ittifaqına  Qara  Yusif 



başçılıq etdi (1389-1420).

 

 1394-cü  ildə  Əmir  Teymur  tərəfindən  məğlub  edilən  Sultan  Əhməd  Cəlairi  və 



müttəfiqi  Qaraqoyunlu  Qara  Yusif  Misir  sultanı  Berqoqun  yanında  sığınacaq  tapdılar. 

Misir Sultanı Berqoq Teymura qarşı mübarizədə Qaraqoyunlu və Cəlairi qüvvələrindən 

istifadə  edirdi.  Lakin  Berqoqun  oğlu  Sultan  Fərəc  Teymurla  ttifaq  yaratmaq  üçün  hər 

ikisini həbsə aldı, yalnız 1405-ci il Teymurun ölümündən sonra onları həbsdən azad etdi. 

1406-cı  ildə  müttəfiqlər  iyunda  Bağdadı,  iyulun  sonlarında  isə  Təbrizi  ələ  keçirdilər. 

1406-cı ildə Təbriz yaxınlığında Şənbi-Qazan döyüşündə Teymuri Əbu Bəkr əzildi. Qara 

Yusif    1408-ci  il  aprelin  21-d  Əbubəkrin  atası  Miranşahı  və  20  minlik  ordusu  ilə  ona 

köməyə  gəlmiş  qardaşı  Şahruxu  Sərdurud  adlı  yerdə  məğlub  etdi.  Miranşah  döyüşdə 

öldürdü.

 



1410-cu  ildə  Qara  Yusifin  Ərzincana  hücum  edən  Ağqoyunlu  tayfa  başçısı  Qara 

Yuluq  Osman  bəylə  və  Amiddəki  Şimali  Mesopatamiya  hakimi  ilə  vuruşmasından 

istifadə edən Sultan Əhməd Təbrizə hücum etdi.

 

Bundan xəbər tutan Qara Yusif 1410-cu il avqustun 30-da Şənbi-Qazan adlı yerdə 



döyüşdə  (II  Şənbi  Qazan  döyüşü)  Sultan  Əhmədi  məğlub  edərək  onu  edam  etdi. 

Cəlairilər hakimiyyətinə son qoyuldu.

 

1410-cu il Şənbi 



–Qazan döyüşündən sonra Şirvanşah I  brahimin oğlu Kəyumərs  

Təbrizə yaxınlaşdı. Qara Yusif onu əsir alıb sonra azad etdi. Bir müddət keçdikdən sonra 

Qara Yusif Şirvana elçi göndərərək I  brahimin tabe olmasını tələb etdi. Lakin I  brahim 

Ş

irvanın  müstəqilliyini  itirməmək  üçün  rədd  cavabı  verdi.1412-ci  il  noyabrın  6-dan 



dekabrın  4-  dək  Kür  çayı  sahilindəki  döyüşdə  Qara  Yusiflə  I  brahim  üz-üzə  gəldi.  I 

brahim  və  onun  müttəfiqləri  bu  döyüşdə  məğlub  oldular.  I  brahim  və  oğlanları  əsir 

alınaraq  Təbrizə  aparıldı,  ondan  1200  tümən  bac  tələb  olundu.  Şirvanşahın  Təbrizdəki 

tərəfdarları-  tacirlər,  sənətkarlar    tələb  olunan  bacı  verdikdən  sonra  I  brahim  azad 

olundu və Qara Yusifin itaətini qəbul etdi. 1413-cü ildə  brahim Şirvana qayıtdı.

 

Qara  Yusif  1418-1420-ci  illərdə  Azərbaycana  yürüş  edən  Teymuri  Şahruxun 



yürüşlərini  dəf  etdi.  Lакin  Qara  Yusif  döyüşlərin  birində  yaralandı  və  Təbriz 

yaxınlığında  Ucan  adlı  yerdə  vəfat  etdi  (1420  noyabr  17-də).  Varisləri:  Qara  İskəndər, 

Ə

bu Səid, Cahanşah.



 

 

29. Səfəvilərin Ərdəbil hakimiyyəti 



  

 

 

 

     

Səfəvilər sülaləsinin yüksəlişi monqol istilası dövrünə təsadüf edir.  XIII yüzillikdə 

monqolların  işğal  etdikləri  ərazidə  kortəbii  surətdə    sufi-dərviş  təriqəti  yarandı  və 

tezliklə  sənətkar  və  kəndlilər  arasında  geniş  yayıldı.    XIII  əsrin  sonunda  belə  dərviş 

ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində yaranmışdı.  Ordenin və Şeyxlər 

sülaləsinin adı müqədddəs sayılan Şeyx Səfiəddin  saq Əl-Musəvi əl-Ərdəbilinin (1252-

1334) adı ilə bağlı idi.       



Rəvayətə  görə,    səfəvilərin  banisi  Şeyx  Səfiəddin  iyirmi  birinci  nəsildən  olan 

yedinci  şiə  mamı  Musa  Kazıımdan  törəmədir,    bu  da  bilavasitə  Həzrət  Əlinin  və 

Peyğəmbərin qızı Fatimənin iyirmi altıncı nəslidir.   

XIV  əsrin  ikinci  yarısı-XV  əsrdə  Ərdəbil  təriqətinin  təkcə  Azərbaycanda  deyil,  

Rumda (Kiçik Asiya), farsda,   raqda, Gilanda çoxlu müridləri və ardıcılları var idi. 

Beləliklə, XV əsrin ikinci yarısında Ərdəbil feodal hakimiyyətinin əhəmiyyəti daha 

da  artdı.    XIV-XV  əsrlərdə  Səfəvilər  ağır  həyat  keçirən  xalqın  ədalətli  hökmdar 

haqqında  baş  tutmayan  arzusunu  təcəssüm  etdirən    şiəliyi    Azərbaycanda  sürətlə 

yaydılar  və  ideoloji  təbliğat  vasitəsinə  çevirdilər.  Səfəvilərin  müvəffəqiyyətinə  səbəb 

Ə

rdəbil  şeyxlərinin  başçılıq  etdiyi  hərəkatın  ölkənin  oturaq  əhalisinin  tələbini  ifadə 



etməsi idi.     

 

 



 

 

 



 

 

Bu  mübarizələr  Şeyx  Sədrəddin  Musa(1334-1392),    Şeyx  Xacə  Əli(1392-1427),  



Ş

eyx  brahim(1427-1447),  Şeyx Cüneyd(1447-1460),  Şeyx Heydər(1460-1488),  Şeyx 

Sultanəli(1488-1494)  və  nəhayət  Şah  smayılılın  (1487-1524)  dövründə  daha  kəskin 

xarakter aldı.   

 

 

 



Səfəvilərin tarixi dörd dövrə bölünür:  I  dövr  (XIII  əsrin  sonlarından  1447-ci  ilə 

qədər)-Səfəvilər  şiəliyi  yayır,    xalq  kütlələrinin  antifeodal  hərəkatına  başçılıq  etməyə 

çalışır,    lakin  hakimiyyətləri  hələ  ki,    Ərdəbildən  kənara  çıxmır.    II  dövr(1447-1501)-

özlərini  müstəqil  ruhani  feodalları  kimi  təqdim  edir  və  Azərbaycanın  siyasi  həyatında 

mühüm rol oynayırlar.    III  dövr  (1501-1587)  -Səfəvilərin  hakimiyyəti  yaranır, 

möhkəmlənir  və    Azərbaycanın  iqtisadi-sosial  həyatında  yenə  də  mühüm  yer  tutur.  

 

IV dövr (1587-1736)-paytaxt  sfahana köçürülür və dövlətin mahiyyəti dəyişilir.  



Bu bölgü əsasında belə qənaətə gəlirik ki,  Səfəvilərin Ərdəbil hakimiyyəti 1501, bütün 

Azərbaycan  hakimiyyəti  isə  1736-cı  ilədək  davam  etmişdir.  Səfəvilərin  Ərdəbil 

hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması üçün “rüşeym” olmuşdur.   

Ş

eyx  Cüneyd  1460,    Şeyx  Heydər  isə  1483,    1487,  1488-ci  illərdə  Azərbaycanın 



ş

imalına  yürüş  etdilər.  1493-cü  ildə  əsirlikdən  çıxan  Sultanəli  1  il  sonra  Şəməsi 

döyüşündə öldürüldü.  Hakimiyyət başına  smayıl gəlməli olsa da,  bu hələ onunçün çox 

tez idi.  Beləliklə  Səfəvilərin bütün Azərbaycana hökmranlıq etmək zamanı yetişmişdi.  

 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə