Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

saxlamaq  üçün  tağar,  meyvə  bağlarında  bağşümari,  ailə  sahibi  olanlar  xanəşümari, 

monqol  sarayının  saxlanması  üçün  ixracat  və  rüsum  vergisi  ödənirdi.  Təqaüdçü 

hərbçilər  və  əyanlar  üçün  isə  rəiyətdən  avarizat  adlı  vergi  yığılırdı.  Mükəlləfiyyətlər 

içərisində  isə  ən  ağırı  tərx  adlanırdı  Əhalidən  monqol  ordusu  üçün  lazım  olan  ən 

keyfiyyətli mallar   dəyər-dəyməzinə, bazar dəyərindən çox aşağı qiymətə alınırdı. Və 

ya  əksinə  xəzinə  təsərrüfatında  istehsal  edilən  məhsullar  (xurma,düyü,  yəhər  və  s) 

məcburi qaydada bazar qiymətindən baha qiymətə əhaliyə satılırdı. Bundan başqa əhali 

“gecələmə  hüququ”  adlı  hərbi  qulluqçuları  evində  gecələmək  üçün  yerləşdirmə 

mükəlləfiyyəti daşıyırdı.  Həmçinin  əmək  mükəlləfiyyətləri –saray,  qala, kanal  tikintisi 

də var idi.  



 

25. Əmir Teymur və Toxtamışın Azərbaycana yürüşləri

XIV  əsrin  80-90-cı  illəri  xalq  kütlələrininTeymurun  və    Toxtamışın  işğalçı 

yürüşlərinə qarşı apardıqları mübarizə ilə səciyyələnir. 

Orta  Asiyada  Teymur  imperiyasının  yaranması  və  eləcə  də  Qızıl  Orda  xanı 

Toxtamışın Azərbaycanı ələ keçirmək məqsədilə etdiyi yürüşlər ölkənin daxili iqtisadi 

və  siyasi  vəziyyətini  çətinləşdirdi.  Hər  iki  sərkərdənin  yürüşləri  nəticəsində 

Azərbaycanın  əsas  strateji  ərazisi  Cəlairilərin  hakimiyyətindən  çıxaraq  müxtəlif 

vaxtlarda  Teymurun  caniş

inlərinin,  bir  sıra  yerli  feodalların  və  Qaraqoyunluların 

nüfuzunda oldu.

 

1385-ci  ildə  Mərkəzi  Asiyada  baş  vermiş  hadisələrlə  əlaqədar  Əmir  Teymur 



Sultaniyyədən  Səmərqəndə  qayıdır.  Bundan  istifadə  edən  Qızıl  Orda  xanı  Toxtamış 

1385-ci  ilin  qışında  90  minlik  ordu  ilə  Təbrizə  qədər  gəldi  və  hiylə  yolu  ilə  şəhəri 

tutaraq qarət etdi. Marağa, Mərənd, Naxçıvan və Əhər şəhərlərini qarət edərək Qarabağa 

gəldi və burada çoxlu qənimət və 200 minlik əsirlə Qızıl Ordaya qayıtdı.

 

1386-cı  ilin  yazında  Əmir  Teymur  yenidən  Azərbaycana  hücum  etdi  (“üçillik 



yürüş”) və Təbrizi tutdu. Cəlairi əmirlərinin bir qismini Əlincə qalasına, bir qismini isə 

Bağdada  qaçmağa  məcbur  etdi.  Teymur  Əlincə  qalası  ətrafında  vuruşmadan  sonra 

Qarabağa  gəldi.  Bir  il  sonra,  yəni  1387-ci  ildə  Qızıl  Orda  xanı  Toxtamışın  Buxara  və 



Səmərqəndə  yürüş  xəbərini  eşidərək  oğlu  Miranşahı  Azərbaycan  ərazilərinin  hakimi 

təyin  edərək  geri  qayıtdı.Miranşah  Təbrizin  idarəsini  Məhəmməd  Dəvatiyə,  Marağanı 

Ş

ah  Əliyə,  Sültaniyyəni  Əxi  ranşaha  hakim  təyin  etdi.  Lakin  Teymurun  canişinləri 



arasında  hakmiyyət  uğrunda  mübarizə  başlandı.  Azərbaycan  Sultan  Əhmədin  Əlincə 

qalasındaki  əmirlərinin    Mahmud  Xalxalinin  idarə  etdiyi  feodal  qrupu,  Qara  Yusifin, 

Marağa  hakimi  Yadigar  şahın,  habelə,  Teymurun  əmirlərinin  hakimiyyət  uğrunda 

apardığı  mübarizələr  meydanına  çevrildi.  Buna  görə  də  1387-1392-ci  illərdə  17  dəfə 

Təbrizə  hücum  edildi.  Azərbaycanın  yerli  feodalları  Teymurun  hücumuna  qarşı 

mübarizə aparmaq əvəzinə, əksinə bir-biriləri ilə vuruşur və

 qüvvələrini tükəndirirdilər. 

Teymur 


1392-ci  ildə  yenidən  Azərbaycana  gələrək  Təbrizə  daxil  oldu.  Bu  zaman 

Cəlairi  Əmirləri  Əlincə  qalasında  idilər  və  Teymura  tabe  olmamışdılar.  Əlincə  qalası 

Sultan  Əhmədin  oğlu  Sultan  Tahirin  başçılığı  ilə  əmir  Altun  və  Qalabəyi  Cövhər 

tərəfindən müdafiə olunurdu. Teymur mühasirədə saxladığı Əlincə qalasına güclü qoşun 

hissələri  göndərsə  də  qalanı  tuta  bilmədi.  O,  Gürcüstana  yürüş  edərək  oranı  fəth  etdi. 

Sonra Şəki vilayətinə hücum etdi və Şəki hakimi Seyid Əlini məğlub etdi.

 

 1394-cü ildə Əmir Teymur tərəfindən məğlub edilən Cəlair Əhməd və Qaraqoyunlu 



Yusif Misir sultanı Berqoqun yanına pənah apardılar.

 Teymur 1395-ci ildə Dərbənddən 

keçərək  Qızıl  Ordaya  ağır  zərbə  vuraraq  Səmərqəndə  qayıtdı  və  Hindistan  üzərinə 

qalibiyyətli yürüş  etdi.

 

1399-cu  ildə  Hindistan  səfərindən  qayıdan  Teymur  Azərbaycana  yenidən  yürüş 



(“yeddiillik  müharibə”) 

edərək  Qarabağda  məskən  saldı.  Bu  zaman  Şəki  hakimi  Seyid 

Ə

hməd  Şirvanşah  brahimin  köməyi  ilə  Teymurla  ittifaq  bağladılar.  Uzun  zaman 



müdafiə  olunan  Əlincə  qalasını  nəhayət  14  ildən  sonra  ələ  keçirdi.  Teymur  bundan 

sonra  1402-ci  ildə  Ankara  döyüşündə  Osmanlı  və  onun  müttəfiqləri  üzərində  qələbə 

qazandı.  Teymur  az  müddətdən  sonra  Səmərqəndə  qayıtdı.  1405-ci  ildə  Çinə  yürüş 

ərəfəsində

  vəfat  etdi.  Azərbaycan  bu  dövrdə  Miranşahın  oğlu  Mirzə  Ömər  tərəfindən 

idarə olunurdu. Şirvan isə Şeyx (şah) İbrahimin hakimiyyəti altında idi (1382-1417). 

 

 



26. Şirvanşahlar-Dərbəndilər dövləti XIVəsrin ikinci yarısı - XV əsrin 

ə

vvəllərində. I Şah  brahimin daxili və xarici siyasəti.

 

Hülakülər  dövlətinin  tənəzzülə  uğraması  və  parçalanmasından  istifadə  edən 



Ş

irvanşahlar  1338-ci  ildə  yenidən  müstəqil  oldular.  Bu  dövrdə  Çobani  əmiri  Məlik 

Əş

rəf  Şirvana  hücum  etdi  və  bu  yürüş  nəticəsiz  oldu.  Buna    səbəb  Şirvanşahlar  Key-



Qubad  və  oğlu  Kavusun  (1345-1372)  bu  dövrdə  Hülakü  şəhzadələrinə  güclü  təsiri  olan 

çobanilərə  tabe  olmadıqları  idi.

  Şirvanşah  Kavus  1357-ci  ildə  Calair  Üveyslə  birlikdə 

qəddar  çobani  əmiri  olan  Məlik

  Əşrəfin  edam  edilməsində  yaxından  iştirak  etmişdi.  

Ş

irvanşah  Kavus  1364-cü ildə  Cəlair  Üveysə  qarşı  mübarizəyə qalxdı.  Bunun  əvəzində 



Sultan  Şirvana  hücüm  etdi.  Kavus  təslim  oldu.

  Kavusun  ölümündən  sonra  ölkəni  oğlu 

Kəsranilər  sülaləsinin  sonuncu  nümayəndəsi  Huşəng  (1372-1382)  idarə  etdi.  O,  öz 

ə

dalətsiz siyasəti ilə ölkəni pis vəziyyətə salmışdı. Belə vəziyyət ölkədə ciddi narazılığa 



səbəb  oldu  və  bu  1382-ci  ildə  xalq  hərəkatına  çevrildi.  Nəticədə  Şirvanşah  Huşəng 

öldürüldü. Şirvanda Kəsranilər (1027-1382) sülaləsinə son qoyuldu.

 

1382-ci  ildə  Şeyx  I  brahim  Dərbəndi  (1382-1417)  Şirvanşahlar  dövlətinin 



hökmdarı  oldu.  Bununla  da  1538-ci  ilədək  Şirvanı  idarə  etmiş  Dərbəndilər  sülaləsi 

hakimiyyətə  gəldi.  Bu  sülalənin  belə  adlandırılmasının  səbəbi  I  brahimin  babalarının 

uzun illər Dərbənd hakimi olmaları idi. 

 

I  brahim  ilk  növbədə  ölkə  daxilində  qayda-qanunu  bərpa  etdi.  O,  ticarət  və 



sənətkarlığa qayğı göstərir, vergi və mükəlləfiyyətləri qaydaya salırdı.

 

Şə



rq  ölkələrini  zəbt  edərək  cənubdan  Azərbaycanın  içərilərinə  doğru  irəliləyən 

Ə

mir Teymurun qoşunları, şimaldan isə Qızıl Orda hökmdarı Toxtamış xanın həmlələri 



Ş

irvanşahlar dövlətini təhlükə qarşısında qoydu.

 

Mahir  diplomat  olan  Şeyx  I  brahim  hər  iki  təhlükənin  Şirvan  üçün  nə  kimi 



nəticələr  verə  biləcəyini  dərindən  götür-qoy  etdi.  O,  yaxşı  başa  düşürdü  ki, 

Azərbaycanda vahid mərkəzləşdirilmiş dövlətin olmadığı bir halda düşmən ordularının 

hər  ikisilə  mübarizə  aparmaq  mənasızdır.  I  brahim  qəti  qərara  gələrək  1386-cı  ildə 

qiymətli  hədiyyələrlə  Teymurun  hüzuruna  (Qarabağa)  getdi.    Teymur  Şeyx  brahimi 

Ş

irvanın  hakimi  kimi  tanıdı.  Bununla  da  brahim  Şirvanı  Teymurun  qarətçi 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə