Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

ideoloqu  Qazan  xanın  vəziri  Fəzlullah  Rəşid-əd-din  olmuşdu.  O,  rəiyyətə 

(kəndlilərə)  və  ümumiyyətlə,  xərac  ödəyən  bütün  kənd  və  şəhər  əhalisinə  qarşı 

ə

dalətli siyasət yeritmək prinsipindən çıxış edirdi. Onun fikrincə, dövlətin rifahı, 



firəvanlığı  rəiyyətin  çalışqanlığından  və  əməyindən,  əkinçilik  və  ticarət 

işlərindən asılıdır. Buna görə də o, hər hansı bir cəmiyyətin yaşayıb irəli getməsi 

üçün başlıca dayaq olan 3 sosial təbəqənin (rəiyyətin, sənətkarların və tacirlərin), 

kənd və şəhərlər əhalisinin əməyinə qayğı ilə yanaşmağı tələb  edirdi.  



Din  islahatı.  Xalq  kütlələri  ilə  yaxınlaşmaq  üçün  Qazan  xanın  başlıca 

islahatlarından  biri  dövlətin  islam  dininə  münasibətinin  dəyişməsi  idi.    Qazan 

xan    müsəlman  ruhaniləri  və  yerli  feodallarla  yaxınlaşmaq  üçün  ilk  növbədə 

islam dinini qəbul etdi və din islahatı keçirdi. Qazan xanın əyanları və ordusu da 

islamı  qəbul  etdi.  O,  özünün  türk  adına  müsəlman  adı  əlavə  edərək  Qazan 

Mahmud  adını qəbul etdi.  slam 5-ci ulusun dövlət dininə çevrildi. Qazan xanın 

göstərişi ilə bütpərəst məbədlər dağıdıldı, yerinə məscidlər tikilirdi. 1297-ci ildə 

Qazan  xan  Şirvana,  Bakıya  gəldi.    Bu  gəliş  onun  Şirvan  dövləti  ərazisində 

tanınmış  müsəlman  ocaqlarından  biri  olan  Bibi  -  Heybət  türbəsinin  ziyarəti  ilə 

bağlı idi. 

Qazan  xanın  Rəşid-əd-dinlə  birlikdə  keçirdiyi  başlıca  islahatlardan  biri 

torpaq  islahatı  idi.  1303-cü  ildə  hərbi  iqta  torpaqları  haqda  qanun  verildi. lk 

elxanların  dövründə  iqta  başlıca  olaraq  yüksək  rütbəli  qoşun  başçılarına  verilsə 

də yeni qanuna görə, artıq bütün monqol döyüşçülərinə irsi iqta verilirdi. Torpaq 

almaqla  kiçik  feodallara  çevrilən  döyüşçülər  kütləsinə  1303-cü  il  qanunu  ilə 

böyük  üstünlük  və  imtiyazlar  verilirdi.  Əkin  yeri,  suvarma  qurğuları  və  s.  ilə 

birlikdə  həmin  torpaqla  bağlı  olub,  onu  əkib  becərən  rəiyyətlər  də  torpaq 

sahibinin  ixtiyarına  keçirdi.  Qanuna  görə  monqol  döyüşçülərinə  paylanılan  iqta 

torpaqlarının  keçmiş  rəiyyətləri  başqa  torpaqlara  qaçıb  dağılmışsa  və  bu 

qaçqınlıqdan  30  ildən  çox  vaxt  keçməyibsə,  indi  yeni  sahiblərinə  qaytarılmalı 

idi. Lakin dövlətin verdiyi iqta torpağını satmaq, bağışlamaq qadağan olunurdu.  



Vergi islahatı. Vergilər müəyyən olunmuş bir vaxtda yığıla bilərdi, natura 

ilə,  pul  və  biyarla  ödəniləcək  mükəlləfiyyətlərin  müddəti  dəqiq  göstərilirdi.  




Müqatiə  sistemi  (vergi  yığımının  icarəyə  verilməsi)  ləğv  edilirdi.  Vergilərin 

qədəri və ödəniş vaxtı dəqiq bildirilirdi. Taxıl vergisi əkinçilərdən yalnız ildə iki 

dəfə:-21 mart-11 aprel və 22 sentyabr-12 oktyabr arasında və ya ildə bir dəfə (20 

gün içərisində) yığıla bilərdi. Göstərilən zaman xaricində və ya artıq vergi tələb 

etmək ağır cəzalarla qadağan edilmişdi.  

Yam və poçt mükəlləfiyyətləri kəndlinin üzərindən götürüldü. Vahid rabitə 

sistemi  yaradıldı.  Başlıca  yollarda  üç  fərsəxdən  (21  km)  bir  yam  (rabitə 

dayanacaqları)  açıldı.  Yam  əmirlərinin  ixtiyarına  istənilən  sayda  qulluqçu  və 

atlar  verildi.  Ezam  olunan  dövlət  elçiləri  yol  xərcini  rəiyyətdən  deyil,  divandan 

almalı,  karvansaralarda  gecələməli,  lazımi  məntəqəyə  getmək  üçün  yalnız  yam 

xidmətindən istifadə etməli idilər.  

Pul  islahatı.Elxanilər  ilk  zamanlar  3,072  qramlıq  gümüş  dirhəm  tətbiq 

edirdilər.Alış-veriş,  bazar  hesabları  dirhəmlə  gedirdi.  Kəsilən  pulların  mədən 

tərkibi  qarışıq  olduğundan  çətinliklər  yaranırdı.  Qazan  xanın  məsləhətı  ilə 

dirhəmin  gümüş  dəyəri  kiçildildi.  Bir  dirhəm  2,304  qram  saf  gümüşə  bərabər 

tutuldu.  

Dövlətin  bütün  bölgələri,  əyalət  və  qəzaları  daxil  olmaqla  ərazi  və 

mülklərin  yerini,  ölçüsünü,  sərhədlərini  qeydə  alan  kadastr  cədvəlləri  (dəfatiri-

qanun)  tutulurdu.  Xüsusi  katiblər  bütün  mülk,  xasse  əmlakı  və  xeyrət  vəqflərini 

kadastr dəftərlərinə  qeyd edirdilər. Əmlak sənədinin tərtibi üçün yarım dinardan 

artıq rüsum alana ölüm cəzası qoyulmuşdu.  

Qazan  xanın  varisi  Məhəmməd  Xudabəndə  (Ölcaytu)  xanın  hakimiyyəti 

illərində  (1304-1316)  islahatlar  davam  etdirilirdi  və  yerli  feodalların,  o 

cümlədən,  Şirvanşah  hakimiyyətinin  hüquqlarının  tədricən  bərpa  edilməkdə  idi. 

Hətta    baş  vəzir  Rəşid-əd-din  Şirvanşah  Keykavus  ilə  qohumluq  münasibəti 

qurmuşdu.  

 

 



 

 



24. Monqol əsarəti dövründə Azərbaycanda mülkiyyət formaları,  

vergi və təsərrüfat həyatı 

Hülakü dövlətində yuxarı silkin nümayəndələri dörd qrupa bölünürdü: Elxanlar 

və sülalə üzvləri; 2) Türk-monqol mənşəli hərbi-köçəri varlılar; 3) Ali rütbəli müsəlman 

təbəqəsi; 4) Yerli feodallar. 

Son 600 ildə Yaxın və Orta Şərq üçün ənənəvi torpaq qurumlarının adları demək 

olar  ki  dəyişməmişdi.  Monqollar  torpaq  sahibkarlığında  elə  bir  dəyişiklik 

etməmişdilər.Hülakilər dövründə də hökmdar torpaqları divan torpaqları adlanırdı. Belə 

torpaqlar ilk 60-70 il ərzində xeyli artsa da 90-cı illətrdə divan torpaqları monqolların 



soyurqal adlandırdığı bəxşiş kimi paylanmaqda idi.Monqolların dövründə mülk, divan, 

vəqf torpaqlarını ələ keçirməsi nəticəsində meydana gələn incu adlı irsi sülalə torpaqları 

geniş  yayılmışdı.  ncu  sahibi  bu  torpaqların  vergi  toplamaq  hüququnu  başqa  birinə 

bağışlaya bilərdi.Birbaşa elxana məxsus torpaqlar isə  ncuyi-xas adlanırdı. Başqa cür: 

incu təkcə Elxana yox, eyni zamanda  onun ailə üzvlərinə də aid olurdu. Xas incu isə 

yalnız Elxanlara (hökmdarlara) məxsus idi. Vəqf torpaqları Hülakü dövlətində bütpərəst 

ilk  Elxanilər  dövründə  zəbt  olunmaqda  idi.  Lakin  Elxan  Qazan  xan  islamı  qəbul 

etdikdən  sonra  bu  torpaqların  yenidən  vəqflərə  verilməsi  başlandı.  Bundan  başqa  elat 

torpaqları (örüşlər), icma torpaqları və s. var idi. 

Vergilər.  Azərbaycan  Monqol  Xaqanlığının  tərkibinə  qatıldıqdan  sonra  

Monqolların  xeyrinə  alınan  əsas  vergi  -  torpaq  vergisi  -  xərac  məhsulun  60-70  %-ni 

təşkil edirdi. Bundan başqa çoxlu məhsul və pul yığımları movcud idi. Xüsusilə Hülaki 

dövlətinin yaranması ilə  vergilərin sayı 40-a çatmışdı. Hələ 1254-cü ildə monqollar 10-

60 yaş arası bütün kişiləri vergi siyahısına salmışdılar. Monqollarda ərazi və əmlakdan 

alınan  vergi  kalan  adlanırdı.  Monqolların  tətbiq  etdiyi  ağır  vergilərdən  biri  qopçur 

(adambaşına  alınan  vergi)  adlanırdı.  Bu  vergini  əvvəllər  maldarlar  ödəyirdi.  Köçəri 

maldarlar hər 100 qoyundan birini kopçur  kimi verərdi. Tədricən qopçur can vergisinə 

çevrilərək  oturaq  əhaliyə  də  aid  edildi.  Yerli  əhalidən  adambaşına  7  dinar  alınırdı. 

Ödəməyənin  özü,  ailəsi  qul  kimi  satılrdı.  Tacirlərdən  və  bazara  gətirilən  mallardan 



rüsum-tamğa alınırdı. Bac isə tacir və sənətkarkarın ödədiyi gömrük haqqı idi. Bundan 

başqa nal vergisi, sabun pulu, köç pulu, tabkur və s. vergilər var idi. Monqol ordusunu 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə