Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

uğurunda  mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı. Mərzubanın oğlu 

brahimin  hakimiyyəti  (961-981-ci  illər)  dövründə  Məzyədilər,  Dərbənd  və  Gəncə 

vilayəti  Salarilər  dövlətinin  tarkibindən  çıxdı.  Şəddadilər  dövlətinin  yaranması  ilə 

Arranın  bir  hissəsi  və  Ərməniyə  də  onların  əlindən  çıxdı.  Belə  bir  şəraitdə  Əhər  və 

Təbriz hakimi Rəvvadilər nəslindən olan Əbülheyca 981-ci ildə  Salari  brahimi məğlub 

edib əsir aldı və dövlətin paytaxtı Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə keçirdi. 

 

17. Şəddadilər və Rəvvadilər dövlətləri 

X əsrin II yarısında Azərbaycanda yaranan müstəqil feodal dövlətlərdən biri də 

Şə

ddadilər dövləti idi. Paytaxtı Gəncə səhəri idi. Ərazisinə əsasən



 

 Kür və Araz çayları 

arasındakı  torpaqlar  daxil  idi.  Dəbil  şəhəri,  Ərməniyyənin  xeyli  hissəsi  Şaddadilər 

dövlətinə tabe idi:  

Şə

ki  və  Kxetiya  çarlığının  bəzi  əraziləri  müəyyən  dövrlərdə  bu  dövlətdən  asılı 



olmuşdur.  Şəddadilər  dövləti  Salarilərin  ərazisində  meydana  gəlmişdi.  Bu  dövlətin 

ə

sasını  Məhəmməd  ibn  Şəddad  qoymuşdu.  O,  Şəddadilərin  zəiflədiyi  dövrdə  Dəbili 



ə

ləkecirib  müstəqil  əmirlik  yaratsa  da  burada  möhkəmlənə  bilmədi.  Onun  ölümündən 

sonra  oğlanları  Fəzl  və  Ləşkəri  Gəncəyə  gələrək  971-ci  ildə  Salarilərin  Gəncədəki 

naibini  qovub  hakimiyyəti  ələ  keçirdilər.  Salari  hökmdarı  brahim  ibn  Mərzuban 

Şə

ddadilər  dövlətini  tanımağa  məcbur  oldu.  Beləliklə,  971-ci  ildə  Şəddadilər  dövləti 



yarandı.  Ləşkərinin  dövründə  Bərdə,  Şəmkir,  Ərməniyyənin  xeyli  hissəsi,  Fəzlin 

dövründə isə Beyləqan Şəddadilər dövlətinə birləşdirildi. 

Fəzl uğurlu daxili və xarici siyasət yeritmiş, ticarət və hərbi məqsədlə Araz cayı 

üzərində  körpü  saldırmış,  öz  adına  pul  kəsdirmişdir.  Əbüləşvər  Şavur  hakimiyyəti 

illərində (1050-1067) iqtisadi, ictimai həyatda, orduda islahatlar kecirmiş, Gürcüstan və 

Ş

irvanşahlarla  müharibələri  davam  etdirmiş,  alan  tayfalarından  və  Səlcuq  türklərindən 



qorunmaq  ücün  tədbirlər  görmüşdür.  Onun  tapşırığı  ilə  Dəmirçi  brahim  1063-cü  ildə 

Gəncənin dəmir qapılarını düzəltdi. Şavur hakimiyyətinin sonunda Səlçuqlardan asılılığı 

qəbul etmişdir. 

III Fəzlu (1074-1088) Səlcuqlara tabe olmaq istəmədikdə Səlcuq Sultanı 1088-ci 

ildə  Gəncəni  ələ  kecirib,  III  Fəzluni  hakimiyyətdən  saldı.  Beləliklə  1088-ci  ildə 



Şə

ddadilər dövləti ləğv edildi. Bu dövlət monarxiya tipli dovlət idi, onun başçısı əmir 

titulu daşıyırdı. Məlikşah III Fəzlunu əsir götürərək Bağdada göndərdi. O, 1991-ci ildə 

orada əsirlikdə öldü. Məlikşah Gəncəyə öz əmirini təyin etdi. Şəddadilərin bütün ərazisi 

ə

lə  keçirildi.  Sultan  Məlikşah  Gəncə  əmirinin  ixtiyarına  48  min  nəfərlik  qoşun  verdi. 



Şə

ddadilər  dövləti  feodal  monarxiya  tipli  dövlət  idi.  Burada  dövlətin  başçısı  mülki  və 

hərbi  hakim  idi.  Məmurlardan  biri  sarayı  idarə  edən  hacib  idi.  Vilayətləri  isə  əmirin 

təyin etdiyi naiblər idarə edirdilər. bir qayda olaraq naiblər şahzadələrdən və ya sülalə 

üzvlərindən  ibarət  olurdu.  Mənbələrin  məlumatında  bildirilir  ki,  Şəddadilərin  daimi 

nizami ordusunun sayı 150 min nəfərə çatırdı.   

X  əsrin  ortalarında  və  ikinci  yarısında  Əhər  (Qaradağ)  hakimi  Əbülheyca 

Rəvvadi  Salarilər  dövlətinin  tərkibində  ona  xərac  verən  feodallardan  idi.  981-ci  ildə 

Salari  brahimə  tabe  olmayıb  onunla  mübarizə  apararaq  hakimiyyəti  ələ  kecirmiş  və 

Rəvvadilər  dövlətinin  əsasını  qoymuşdur.  Dövlətin  paytaxtı  Ərdəbildən  Təbrizə 

köcürüldü.  Dövlətin  ərazisi  əsasən  indiki  ran  Azərbaycanının  ərazisini  əhatə  edirdi. 

Rəvvadilər  987-ci  ildə  Ərmənyyəni  özünə  tabe  etdi.  Xoy  və  Urmu  feodalları  da  onun 

hakimiyyəti  altına  kecdi.  Əbu  Mənsur  Vəhsudanın  dövründə  (1020-1059)  mərkəzi 

hakimiyyət  daha  da  möhkəmləndi.  1042-ci  ildə  Təbrizdə  güclü  zəlzələ  şəhəri  dağıtdı. 

Mənbələrin məlumatına görə, zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40 

mindən artıq adam tələf oldu, şəhərin  müdafiə qabiliyyəti zəiflədi. Şəhərin ətrafındakı 

qala  hasarları  dağıldığından  Rəvvadi  Vəhsudan  Təbrizi  tərk  edib  başqa  qalaya  köçdü. 

Şə

hərin  bərpa  işləri  başa  çatdırılmamış  Toğrul  bəyin  başçılıq  etdiyi  səlcuq  türkləri 



Təbrizə  hücum  etdilər.  hücuma  hazır  olmayan  Vəhsudan  müqavimət  göstərə  bilmədi. 

Ibn  Əl  Əsrinin  yazdığına  görə  “Səlcuq  hakimi  Toğrul  bəy  bir  sıra  qələbələrdən  sonra 

1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti əlində 

saxlamaq məqsədilə səlcuqların vasallığını qəbul etməyə məcbur oldu.  

Səlcuq  Sultanı  Alp  Arslanın  dövründə(1063-1072)  Rəvvadilərin  daxili 

müstəqilliyi  ləğv  edildi  və  1065-ci  ildə  Təbrizə  Səlcuq  əmiri  təyin  edildi.  Süqut 

etməsinə baxmayaraq bir əsrə qədər mövcud olmuş Rəvvadilər dövləti ölkənin iqtisadi, 

ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamışdı. Bununla da Rəvvadilər döləti 

süqut etdi. Rəvvadilər və Saddadilər dövləti Səlcuq hücumları nəticəsində ləğv edildilər. 



18. Azərbaycan Səlcuqilər imperiyasının tərkibində 

 Azərbaycanın  ərazisində  XI  əsrin  ortalarında  eyni  vaxtda  üç  müstəqil  dövlətin  - 

Ş

irvanşahlar,  Şəddadilər  və  Rəvvadilər  dövlətinin  olması  ölkənin  iqtisadi  inkişafını 



ləngitməklə yanaşı, onun müdafiə qüvvəsini də zəiflədirdi. Belə bir vaxtda Orta Asiya, 

ran,  raq,  Suriya,  Misir,  Kicik  Asiya,  Ön  Qafqaz  xalqları  ilə  birlikdə  Azərbaycan  da 

Səlcuqların hakimiyyəti altına kecdi. XI əsrin əvvəllərində oğuzların bir hissəsi Xorasan 

tərəfdən  yaxın  Şərq ölkələrinə,  digər hissəsi  Xəzərin  şimalından keçərək  Avropaya  və 

Balkan yarımadasına yayıldı. Səlcuqlar IX əsrdə Xəzər dənizi ilə Aral gölü arasındakı 

ə

razıdə yaşayırdılar. Qəznəvilər dövlətinin başçısı Sultan I Mahmud (988-1030) Səlcuq 



tayfalarını 1009-cu ildə Xorasan əyalətində yerləşdirdi. Səlcuqlar 1038-ci ildə Nişapuru  

ə

lə kecirdi və Toğrul bəy özünü Sultan elan edərək Səlcuqlar imperiyasının (1038-1157) 



ə

sasını  qoydu.  Sultan  Toğrul  bəy  (1038-1063)  XI  əsrin  50-ci  illərinin  ortalarında 

Azərbaycana  daxil  oldu.  Rəvvadi  hakimi  Vəhsudan  və  Şəddadi  hakimi  Şavur 

müqavimət  göstərmədən  tabe  oldular.  Toğrul  1055-ci  ildə  xilafətin  paytaxtı  Bağdadı 

tutdu  və  siyasi  hakimiyyəti  ələ  kecirdi.  Sultan  Alp  Arslan  (1063-1072)  Naxçıvanı  ələ 

kecirdi,  1067-ci  ildə  Arrana  səfər  etdi.  1069-cu  ilin  yayında  Gəncəyə  gəldi.  Şaddadi 

hakimi Fəzl qala qapılarının və xəzınənin açarını ona təqdim etdi. Şirvanşah Fəriburz da 

Gəncəyə  gələrək  ona  itaət  etdi.  Alp  Arslan  1070-ci  ildə  Gəncədən  Şəkiyə,  oradan 

Gürcüstana  yürüş  etdi.  Şirvanşahlar  bu  dəfə  də  daxili  müstəqilliyi  saxlaya  bildi. 

Səlcuqların  uğurlu  xarici  siyasətindən  vahiməyə  düşən  Bizans  imperiyası  onların  qərb 

istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıqdan sonra 1071-ci 

ildə Malazgird şəhəri yaxınlığında müharibəyə başladı.  

1071-ci  ildə  Malazgird  şəhəri  yaxınlığında  Səlcuqlar  Bizans  imperiyasının 

ordusunu  darmadağın  etdi  və  Kicik  Asiyanın  xeyli  hissəsini  ələ  kecirdi.  Alp  Arslanın 

Azərbaycandan uzaqda olmasından istifadə edən Şəddadi hakimi III Fəzlun Səlcuqlara 

xərac  vermədi.  Məlikşahın  dövründə  (1072-1092)  Səlcuqlar  imperiyası  daha  da 

qüdrətləndi.  O,  1088-ci  ildə  Azərbaycana  qoşun  göndərib  Gəncəni  ələ  kecirdi  və 

Şə

ddadilərin sonuncu hakimi Fəzlunu hakimiyyətdən saldı, oğlu Məhəmmədi Gəncəyə 



hakim  təyin  etdi.  Bundan  sonra  sultan  Məlikşah  Şirvanşah  I  Fəriburzu  Gəncəyə  -  öz 

iqamətgahına dəvət etdi. Burada onu birdəfəlik 70 min dinar bac və hər il 40 min dinar 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə