Microsoft Word Azerb Ceyhun 07. 11. 2016. ata soz nesr



Yüklə 12,53 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix31.10.2018
ölçüsü12,53 Mb.
#77368
1   2   3   4   5   6   7   8   9   ...   30

İradə Məlikova 
14 

  Araba qoş, çarxa dur,  
Mərd igidə arxa dur. 

  Arifə bir işarə, qanmaza min toppuz. 

  Arxalı köpək qurd basar. 

  Arzu bir, ümid iki. 

  Asılsan da uca budaqdan asıl. 

  Aslanın nə erkəyi, nə dişisi. 

  Asta vur, Rasta vur. 

  At ət ilə, igid don ilə. 

  At oğurlanandan sonra axur nəyə gərək. 

  At ölüb, itlərin bayramıdır. 

  At ölər nalı qalar, igid ölər namı qalar. 

  Ata malına göz dikən ac olar. 

  Ata olmasan, ata qədri bilməzsən. 

  Ata-ana sözünə baxmayan xoş gün görməz. 

  Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər. 

  Ata-anamı itirdim. Özümü yara yetirdim. 

  Ata-ananın canı övlada bağlı olar. 

  Ata-anasına xeyri olmayanın, elə nə xeyri. 

  Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər". 

  Atam gündəni sayır, anam gündədən kəsir. 

  Atam ilə atanı deyincə, özüm ilə özünü de. 

  Atan soğan, anan sarımsaq, sən hardan oldun belə 
gülbəşəkər? 

  Ataya oğul, anaya qul. 

  Atı atası ilə tanıdarlar, qatırı anası ilə. 

  Atın izi itin izinə qarışmaz. 

  Axtaran tapar, yoğuran yapar. 

  Aydan arıyam, sudan duru. 


15 

  Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar. 

  Bacarıq ağılın nişanəsidir. 

  Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. 

  Bağbanın könlü olsa, nə gəlib bağda bara. 

  Bal tutan barmaq yalar. 

  Balıq istəyən özünü suya vurar. 

  Başa dil gətirəni, el gətirə bilməz. 

  Baş-başa verməyincə daş yerindən qalxmaz. 

  Başı daşadəyməyincə ağlı başınagəlməz. 

  Başına gələn başmaqçı olar. 

  Başını keçəl eləmə

  Baxmaqla öyrənmək olsa, it də qəssab olar. 

  Beş günün yarağı, bir günün gərəyi. 

  Bildiyindən danış, bilmədiyin səni güdaza verər. 

  Bilmədiyini biləndən soruş. 

  Bilməmək eyib deyil, soruşmamaq eyibdir. 

  Birağızdan çıxanminağızayayılar. 

  Biratayeddi oğulu dolandırdı, yeddioğulbiratanı 
dolandırmadı. 

  Bir daş altda, bir daş üstdə. 

  Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara 
bilmədi. 

  Bir doğru ki, yalana oxşadı, onu deməzlər. 

  Bir gün düz yediyin yerə, qırx gün salam ver. 

  Bir igid qırx ildə meydana gələr. 

  Bir misqal dilini qoyub, bir batman başı ilə danışır. 

  Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir 
eli qurtarar. 

  Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan? 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


İradə Məlikova 
16 

  Bir qorxaq bir ordunu bada verər. 

  Bir su ki, girdi qaba, oldu içməli. 

  Birisi minə bağlıdır, mini də birə. 

  Birlik harada, dirilik orada. 

  Bizim evdə də bir gün bayram olar. 

  Bol çörəyin yoxdur, şirin dilin olsun barı. 

  Boş çanağı vurur dolu çanağa. 

  Böyük danışanda kiçik danışmaz. 

  Böyük danışanı kiçik götürər. 

  Böyük sözünə baxmayan, baxımsız qalar. 

  Böyük tökəni kiçik yığar. 

  Boyunduruqbilir, öküznə çəkir. 

  Böyüyə hörmət vacibdir. 

  Böyüyün sözündən çıxmazlar. 

  Bu arxa bir su gəlib, ümid var bir də gələ. 

  Bu dünyada şirin şey, bir anadır, bir Vətən. 

  Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay 
darı xırmanı! 

  Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". 
Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can 
Vətən". 

  Çarx dolanır, gün keçir. 

  Çıxmayan cana ümid çoxdur. 

  Çobanın meyli olsa, təkədən pendir tutar. 

  Çörək itirən, çörək tapmaz. 

  Çox bilən quş, dimdiyindən cələyə düşər. 

  Çox bilib az danışmaq igidin ləngəridir. 

  Çox bilirsən, az danış. 

  Çoxqarışqabir şiri öldürər. 


17 

  Dağ dağa qovuşmaz, insan insana qovuşar. 

  Dağ dağa qovuşmaz, insan insana rast gələr. 

  Dağ yeri - duman yeri,  
Yurd yeri - guman yeri. 

  Dağlar başına qış, İgid başına iş. 

  Daldan atılan daş topuğa dəyər. 

  Dam dirək üstə durar. 

  Dama dama göl olar, dada dada heç. 

  Damara bax, qan al. 

  Danışana macal vermir. 

  Danışığını yeyəsən. 

  Danışıq, dananı qurda verər. 

  Danışıram - pis olur,  
Danışmıram - his olur. 

  Danışmaq gümüş, danışmamaq qızıldır. 

  Dedimbirağızağla, demədimeligüldürbizə. 

  Dedim eşidəsən, demədim öyrənəsən! 

  Dəlidən doğru xəbər. 

  Dərdlərə dərman olub, dərmansız qalan canım. 

  Dəvə bir fikir eləsə, sarban iki fikir elər. 

  Dəvənin quyruğu yerə dəyəndə işim düzələr. 

  Deyə-deyə dilimdə tük bitdi. 

  Deyən ağılsız olsa, dinləyən ağıllı gərək. 

  Dil ürəyin açarıdır. 

  Dil yanılar, doğrusunu deyər. 

  Dil yarası qılınc yarasından yamandır. 

  Dil yalançı olunca, lal olsa yaxşıdır. 

  Dilim-dilim olasan, dilim! 

  Dilini saxlayan salamat olar. 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


Yüklə 12,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə