Microsoft Word Azerb Ceyhun 07. 11. 2016. ata soz nesr



Yüklə 12,53 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix31.10.2018
ölçüsü12,53 Mb.
#77368
1   2   3   4   5   6   7   8   9   ...   30

İradə Məlikova 
10 
REDAKTORDAN 
 
Xalqlar, müəllimlər, cəmiyyətlər arasında mədəni əlaqələ-
Mənim bildiyimə görə, Əbülqasım Hüseynzadənin (o ixti-
sasca dilçi olmamışdır, mühasib olmuşdur, lakin Azərbaycan 
dilini  çox  sevmişdir)  hazırladığı  “Azərbaycan  dilinin  atalar 
sözləri”  birdilli  lüğəti  dəfələrlə  (1926,  1038,  1949,  1956, 
1967, 1971, 1981...) nəşr olunmuş və hər dəfə təkmilləşdiril-
mişdir. O da mənə məlumdiur ki, həmin müəllif 50 min atalar 
sözü  toplamışdır.  Mənə  o  da  məlumduir  ki,  həmin  müəllif 
professor Bayram Tahirbəyovla birlikdə ikidilli (rusca - azər-
baycanca və azərbaycanca - rusca) müxtəsər paremiyyalar lü-
ğəti də nəşr etmişlər (1983). Bundan başqa, professor Həsən 
Həsənov 1991-ci ildə birdilli “Azərbaycanın parenimiyası və 
paronimaziya”adlı  lüğətini  nəşr  etdirmişdir.  Digər  tərəfdən 
rin  yaranması  inkişafında  lüğətlərin  əhəmiyyəti  böyükdür. 
Heç də təsadüfü deyildir ki, bəzi dilçilik məktəbləri (məsələn 
bütün ərəb dilçilik məktəbləri) məhz lüğətçilik ənənələri əsa-
sından yaranmışdır. Məncə, lüğətçilik özü - özlüyündə dilçili-
yin  ən  çətin  sahəsidir.  Birdilli  və  tərcümə  (ikidilli)  lüğətləri 
tərtib  etmək  üçün  həmin  dili  (dilləri)  mükəmməl  bilmək  la-
zımdır.  Məhz  buna  görədir  ki,  XVIII  -  XIX  əsrlərdə  tərtib 
olunmuş çoxdilli lüğətlərin demək olar ki, hamısı süni səciyyə 
daşıyır. Lüğətçiliyin ən çətin sahəsi isə heç sübhəsiz paremi-
yalar lüğətin tərtibatıdır. Belə lüğətlər tərtib  etmək  üçün dili və
 dilləri, həmin dildə olan sözlərin leksik (lüğəti) və məcazi 
mənalarını mükəmməl bilmək azdır, xalqın təfəkkür, düşüncə 
tərzini, adət - ənənəsini, yaşayış tərzini, tarixini, ölkənin coğra-
fiyasını, bir sözlə, görkəmli alman filosofu və dilçisi Vilhelim 
fon  Humboldtun  “xalqın  ruhu”  adlandırdığı  məhfumu  daxil 
olan bütün atributları mükəmməl bilmək lazımdır. 


11 
səhv etmirəmsə, talış dilinin atalar sözlərinə həsr olunmuş iki 
lüğəti də (talış dilində - Yolon sıxan) nəşr olunmuşdur. Azər-
baycanda yaşayan digər azsaylı xalqların dillərində atalar söz-
lərinə  həsr  olunmuş  lüğətin  nəşri  yadıma  gəlmir.  Buna  görə 
də İradə Məlikovanın birdən - birə Azərbaycanda yaşayan on 
bir azsaylı xalqın dilində azərbaycanca ikidilli (əslində çoxdil-
li)  atalar  sözü  lüğəti  hazırlanması  mənim  üçün  gözlənilməz 
(sürpriz)  oldu.  Kitabda  avar,  buduq,  xınalıq,  ingiloy,  kürd, 
ləzgi, rutul, saxur, talış, tat və udi dillərində işlənən atalar söz-
ləri  və  deyimlər  Azərbaycan  dilində  tərcümədə  bəzi  ekviva-
lent tərcümədə, bəzən isə hərfi tərcümədə (bu pisdir) təqdim 
olunur. Məsələ burasındadır ki, tərtibatçının informantları da 
mütəxəssislər  deyil.  Mən  talış  atalar  sözləri  və  deyimləri  ilə 
tanış oldum və dili bildiyim üçün bəzi düzəlişləri etdim. An-
caq qalan on dili bilmirəm. Və buna görə də Azərbaycan dili-
nə  tərcümələrin  dominant dilə  nə  qədər  ekvivalent olduğunu 
deyə bilmərəm. Bu İradə xanım da münsif ola bilər – o da mə-
nim kimi bir dili – talış dilini bilir. 
 
Əbülfəz Rəcəbli 
Filologiya elmləri doktoru, professor
 
Atalar sözləri kitabının (lüğətin) nəşri düşünürəm ki, Azər-
baycan dilçiliyi, hətta Azərbaycan mədəni həyatı üçün hadisə 
olacaq. Lakin bu azdır. Belə hesab edirəm ki, əlaqədar qurum-
lar, məsələn AMEA – nın Folklor İnstitutu və ya Nəsimi adına 
Dilçilik  İnstitutu  Azərbaycanda  yaşayan  azsaylı  xalqların bu 
məsələ üzrə mütəxəssislərini bir yerə toplyab daha samballı, 
daha müfəssəl bir atalar sözləri (lüğəti) hazırlayıb nəşr etdi-
rərsə, bu, bütün Azərbaycan xalqı üçün bir hədiyyə olardı. İndi 
isə hələlik mövcud olanla kifayətlənməli və bu gözəl xeyirxah 
təşəbbüs üçün İradə xanıma sağ ol deməliyik. 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


İradə Məlikova 
12 
AZƏRBAYCAN (TÜRK) ATALAR SÖZLƏRİ.
1
 
 

  Abadan kənd tüstüsündən bilinər. 

  Abır istəsən çox demə,  
Sağlıq istəsən çox yemə. 

  Ac toyuq yuxuda darı görər. 

  Adam odur ilqarından dönməyə. 

  Adam var gözdən qızar, Adam var sözdən qızar. 

  Adam yıxıldığı yerdən qalxar. 

  Adam adam sayəsində adam olar. 

  Adamın gərək dili ilə ürəyi bir ola. 

  Adamın tamarzısı, 

  Adamın üzünə baxarlar, halını xəbəralarlar. 

  Adın nədir? - Rəşid! Birin de, birin eşit! 

  Ağac dibindən su içər. 

  Ağac əyildi, sındı, igid əyildi, öldü. 

  Ağac meyvəni dəyənə qədər böyüdər. 

  Ağac olan yerdə budaq sınar. 

  Ağac səmtinə yıxılar. 

  Ağac sınanda budaq nəyə gərəkdir?! 

  Ağacı içindən qurd yeyər. 

  Ağalıq verimlədir, igidlik vurumla. 

  Ağıl yaşda olmaz, başda olar. 

  Ağıl ağıldan üstün olar. 

  Ağıllı baş hər şeydən mənfəət götürər. 

  Ağıllı düşmən nadan dostdan yaxşıdır. 
                                                            
1
Bax: https://az.wikiquote.org/wiki/Az%C9%99rbaycan_atalar_s 
%C3%B6zl%C9%99ri 


13 

  Ağıllı fikiredincə, dəli Kürdən keçər. 

  Ağıllı qəmyeyər, ağılsızqamçı. 

  Ağzı əyrini boynunun ardından tanımaq olar. 

  Ağzının qaytanı yoxdur. 

  Alıcı quş dimdiyindən bilinər. 

  Allaha əl çatmır, padşaha söz. 

  Allahdan buyruq,  
Ağzıma quyruq. 

  Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi. 

  Alnım açıq, üzüm ağ. 

  Aman istəyənin boynun vurmazlar. 

  Ana kimi yar olmaz,  
Vətən kimi diyar. 

  Ana qarnında necə qalıbsan? 

  Ana, bala ucundan canını oda yaxar. 

  Anadan əmdiyim süd burnumdan gəldi. 

  Anadan əziz yenə anadır. 

  Analar bizi bu gün üçün doğub. 

  Analı qızın özü böyüyər,  
Anasız qızın sözü böyüyər. 

  Analı quzu, Xınalı quzu. 

  Anan, bacın kimdir? - Yaxın qonşum. 

  Ananın səbri tükənməz olur. 

  Anası gəzən ağacları balası budaq-budaq gəzər. 

  Anasına bax qızını al,  
Qırağına bax bezini al. 

  Anasındanayrı düşənquzunuqurdyeyər. 

  Anasızın gördüyü iş danlaqsız bitməz. 

  Ara sözü ev yıxar. 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


Yüklə 12,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə