Microsoft Word Azerb Ceyhun 07. 11. 2016. ata soz nesr



Yüklə 12,53 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix31.10.2018
ölçüsü12,53 Mb.
#77368
1   2   3   4   5   6   7   8   9   ...   30

İradə Məlikova 
18 

  Dinəndə pis olur, dinməyəndə dərd kəsir. 

  Diş tutmayanı, dodaq tutmaz. 

  Doğma yurd şirin olar. 

  Doğru danışanın papağı yirtıq olar. 

  Doğru dostluq qərəzsiz olar. 

  Doğru elə bilər ki, hamı doğrudur. 

  Doğru söz acı olar. 

  Doğru söz dəmiri dələr. 

  Doğru sözdən xəta gəlməz. 

  Doğru yalanı qovar. 

  Doğruluqladostqapısındolangəl özevinkimi. 

  Doğruya zaval yoxdur, çəksələr min divana. 

  Dost dar gündə tanınar. 

  Dost dost tən gərək, tən olmasa gen gərək. 

  Dost dosta yaman gündə gərəkdir. 

  Dost min isə azdır, düşmən bir isə çoxdur. 

  Dost yaman gündə tanınar. 

  Dost yolunda boran olar, qar olar. 

  Dost yolunda can qurban. 

  Dost ziyankar olmaz, ziyankar da dost olmaz. 

  Dost başa baxar, düşmən ayağa. 

  Dostluqla tutub, düşmənliklə yıxma. 

  Dostun versə qum,  
Al ovcunda yum! 

  Dovşanı araba ilə tutur. 

  Dünyada Vətəndən əziz nə var? 

  Düşmənzəifolsada, ehtiyatı əldənvermə. 

  Düz sözə boynum qıldan nazikdir. 

  Düzdə gəzdi hərləndi, 


19 

  Düzlük uzanar, qırılmaz. 

  Düzlük xoşbəxtliyin açarıdır. 

  Ədəb bazarda satılmaz... 

  Ehtiyat igidin yaraşığıdır. 

  Ehtiyatlı oğulun anası ağlamaz. 

  El igidlərilə tanınar. 

  Elə bil biyara gedir. 

  Əli aşından da oldu, Vəli aşından da... 

  Əli ələ vurarsan, səs çıxar. 

  Elm ağılın çırağıdır 

  Elmin gücü yıxar bürcü. 

  Ərkəsöyün böyüyən oğul avara olar. 

  Eşit, inanma. 

  Eşitdiyinə inanma, gördüyünə inan. 

  Eşşək işləyər, at yeyər. 

  Ətilə dırnaqarasınagirəniyiyər, çıxar. 

  Ev bizim, sirr bizim. 

  Əvvəl danış, sonra gül. 

  Əvvəl düşün, sonra danış. 

  Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır. 

  Gəldi dağa dirəndi. 

  Göz görmək üçün, könül seçmək üçündür. 

  Göz görmür, üz utanmır. 

  Göz görmək üçün, ağıl bilmək üçün. 

  Gözü boynunun ardını görəndə... 

  Gün batdı - bat, gün çıxdı - çıx! 

  Haray üzülən canım, 

  Heç kəsin çırağı axıracan yanmayıb... 

  Həcdən gələn mən, Məkkədən xəbər verən sən? 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


İradə Məlikova 
20 

  Həmnişinin bab ilə, Görən desin habelə. 

  Hər ağac öz dibinə kölgə salar. 

  Hər arzu yerinə yetməz. 

  Hər aydınlığın bir qaranlığı var, 

  Hər deyilənə inanmazlar. 

  Hər için öz yeri, hər sözün öz məqamı var. 

  Hər keçəlin taleyi bir olmaz. 

  Hər kəsə öz Vətəni əzizdir. 

  Hər kəsi el istəsə, bülənd olar, ucalar. 

  Hər kəsin öz arzusu. 

  Hər oxuyan Molla Pənah olmaz. 

  Hər parıldayan qızıl olmaz. 
Hər qaranlığın da bir aydınlığı. 

  Hər quşa öz yuvası doğmadır. 

  Hər quşatan, ovçu Pirim olmaz. 

  Hər saatın bir hökmü var. 

  Hər şeyin təzəsi, dostun köhnəsi. 

  Hərə öz atını minib çapır. 

  Hərzəkar ağız başa yumruq vurdurar. 

  İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışır 

  İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı. 

  İki qoçun başı bir qazanda qaynamaz. 

  İlanı Seyidəhməd əli ilə tutur. 

  İnək bir, sağan iki. 

  İnsan istəsə dağı dağ üstə qoyar. 

  İnsan ölər, söz qalar. 

  İpə düzülən canım. 

  İstədi çıxa dağ başına, daş düşdü sağ başına. 

  İstədi qaşın qayıra, vurdu gözün çıxartdı. 


21 

  İstədiyini deyən, istəmədiyini eşidər. 

  İstək gözdə olar, məhəbbət ürəkdə. 

  İstərəm dosta varam, əlim boş, üzüm qara. 

  İstəyənin bir üzü qara, verməyənin iki üzü. 

  İt də getdi, ip də getdi. 

  İt dəmirçi dükanından nə aparar? 

  Keçənə güzəşt deyərlər. 

  Keçmə namərd körpüsündən qoy aparsın sel səni,  
Yatma tülkü daldasında qoy yesin aslan səni. 

  Kələk ilə gələn, külək ilə gedər. 

  Kiçikdən xəta,  
Böyükdən əta. 

  Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir. 

  Kişinin sözü bir olar. 

  Köçən yurdun qədrini, düşən yurdda bilərlər. 

  Könülsüz işin axırı olmaz. 

  Köpəyin qarnı tox gərək. 

  Kötük üstündə çox budaqlar doğranıb. 

  Namərd gəlib mərd olmaz.  
Boyunca qızıl qala. 

  Namərddın keç, mərddə dur. 

  Namərdə tuş gələninişidüyünə düşər. 

  Namərdə yaxa vermə, mərdə arxa ol. 

  Namərdi bir gördüm, bir də görsəm namərdəm. 

  Namərdin otağından, mərdin ağac kölgəsi. 

  Namərdin plovundan, mərdin qaşıq aşı. 

  Nə dil bilsin, nə dodaq. 

  Nə doğrarsan qabına, o çıxar qaşığına. 

  Nə əkərsən, onu biçərsən. 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


Yüklə 12,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə