Microsoft Word Azerb Ceyhun 07. 11. 2016. ata soz nesr



Yüklə 12,53 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix31.10.2018
ölçüsü12,53 Mb.
#77368
1   2   3   4   5   6   7   8   9   ...   30

İradə Məlikova 
22 

  Nə eşitsin, nə də qanı qaralsın. 

  Nə görsün, nə də hürsün. 

  Nə yada sirrini ver, nə namərdə bel bağla. 

  Nə göz görsün, nə ürək bulansın. 

  Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun. 

  Niyyətin hara, mənzilin ora. 

  Od yanan yerdən işıq gələr. 

  Olan olub, keçən keçib. 

  Ölmə eşşəyim, yaz gələr yonca bitər. 

  Ondəfə eşitməkdən, birdəfə görməkməsləhətdir. 

  Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır. 

  Özgəninsözünü sənə deyən, sənində sözünü özgəyə 
deyər. 

  Öz-özünü bəyənən ağam vay. 

  Öz-özünü oda yaxır. 

  Pis günün ömrü az olar. 

  Pis iş mərdə ar olar,  
Namərd gözü dar olar. 

  Pişiyin ağzı ətə çatmayanda deyər iy verir. 

  Pusquda oturan yatmaz. 

  Qabağagedirsənbicqardaş, dalaqalırsangicqardaş. 

  Qabaqca danışma! 

  Qaçanı qovmazlar. 

  Qaçırılan fürsət ələ düşməz. 

  Qafil yaşamaqdan ölmək yaxşıdır. 

  Qapan it dişin göstərməz. 

  Qarğa cəmdək üstə yığılar. 

  Qarğa, qarğa, məndə qozvar. 

  Qarı düşmən dost olmaz. 


23 

  Qələm əyri yonulsa da düz yazar. 

  Qələm yazanı qılınc poza bilməz. 

  Qələm qılıncdan itidir. 

  Qələmin ucu, qılıncın gücü. 

  Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz. 

  Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin. 

  Qız evlərdə tanınar, ipək dəzgahda. 

  Qızım, sənə deyirəm, gəlinim, sən eşit! 

  Qoç döyüşünə qoç dözər. 

  Qoç igid qurddan çəkinməz. 

  Qoca başqa, qocaman başqa. 

  Qoca evin sütunudur. 

  Qoca qurd kahasından çıxmaz. 

  Qocadan demək, Cavandan əmək. 

  Qocanın biliyi, cavanın biləngi. 

  Qocaya hörmət elə, sən də qocalacaqsan. 

  Qoçdan qoç törər 

  Qoçun buynuzu qoça ağırlıq eləməz. 

  Qonşu iti qonşuya hürməz. 

  Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar. 

  Qonşu payı dolu gələr, dolu gedər. 

  Qonşu qonşu olsa kor qız ərə gedər. 

  Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar. 

  Qonşu paxıl olmasa, bağ çəpəri neylər?! 

  Qonşu qonşuya baxar, Canını oda yaxar. 

  Qonşum sağ olsun, ocağından od verməsin. 

  Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan. 

  Qonşunun haqqı axirət haqqıdır. 

  Qorunan baş salamat olar. 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


İradə Məlikova 
24 

  Qorxan gözə çöp düşər. 

  Qorxan öküz cütə getməz. 

  Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol. 

  Qorxaq hər şeyi dörd görər. 

  Qorxaq nə zərər eylər, nə mənfəət. 

  Qorxaq öz kölgəsindən də qorxar. 

  Qorxaq qaçar hay gəlməmiş,  
Çırmanar keçməyə çay gəlməmiş. 

  Qorxu adama yalan dedirdər. 

  Qorxu adama yalan söylədər. 

  Qorxu başa bəladır. 

  Qorxursansa pişikdən,  
Niyə çıxırsan deşikdən. 

  Qoyun quzusunun ayağını basmaz. 

  Qoyunu qurda tapşırıb. 

  Qulağının dibini görəndə... 

  Qurbansız bayram olmaz. 

  Qürbətdə xan olunca, Vətənində dilən, gəz. 

  Qurddan qorxan qoyun saxlamaz. 

  Qurdun qonağlığına get, köpəyi də yanınca apar. 

  Qurunun oduna yaş da yanır. 

  Quş var ətin yeyərlər, quş var ət yedirdərlər. 

  Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç. 

  Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar. 

  Quyuya su tökməklə quyu sulu olmaz. 

  Samanlıqda iynə axtarır. 

  Savadsız adam kor kimidir. 

  Səbr ilə halva olar, ey qora səndən, bəsləsən atlaz olar 
tut yarpağından. 


25 

  Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın. 

  Sidqilə dostolan ürəkdəndə birgərək. 

  Sınan gəmiyə nə külək. 

  Şirin dil ilanı yuvadan çıxardar. 

  Sirr açandan el qaçar. 

  Sirrini demə dostuna, dostunun da bir dostu var. 

  Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq. 

  Sonra qızıb banla. 

  Sonrakı peşmançılıq fayda verməz. 

  Soruşan dağları aşar, 
Soruşmayan düzdə çaşar. 

  Söyləyən olma, dinləyən ol. 

  Söyləyəndən dinləyən arif gərək. 

  Söz bir olsa, dağ oynayar yerindən. 

  Söz çeynəyən çox, söz deyən az. 

  Söz danışıqdan keçər. 

  Söz doğar. 

  Söz götürənin, yer oturanındır. 

  Söz həyatın bəzəyidir. 

  Söz insanın vuran əlidir. 

  Söz ki var, dəmirdir, vurduqca uzanar. 

  Söz odur ki, haqqa vara. 

  Söz qılıncdan kəsərlidir. 

  Söz sözü çəkər, arşın bezi. 

  Söz sözün dayağıdır. 

  Sözvareliçində, sözvareviçində. 

  Söz vaxtına çəkər. 

  Söz verər, bez verməz. 

  Sözdən söz çıxar. 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


Yüklə 12,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə