Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə11/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
41
 1921-ci ilin 26 fevralında Rusiya ilə İran, 25 mart 1940-cı 
ildə isə SSRİ ilə İran arasında Xəzərlə bağlı beşinci və altıncı 
müqavilələr bağlanır. Həmin müqavilələrə uyğun olaraq Xəzər 
dənizində yalnız Rusiya və  İran gəmi saxlaya, sərbəst üzə  və 
balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzər-
dəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdir.  
Öz iştirakı olmadan, Azərbaycan torpaqlarının hüquqi 
mənsubiyyətinin və  Xəzərin statusunun müəyyən edilməsinə 
növbəti cəhd XX əsrin əvvəlində- (1907-ci ildə) işğalçı ingilis 
və rus imperiyaları arasında “İran,  Əfqanıstan və Tibet ərazi-
lərində müstəmləkəçilik fəaliyyəti” ilə bağlı imzalanan Birgə 
Konvensiyada göstərilmişdir. Konvensiyaya görə, bütün Azər-
baycan (İran) əraziləri Şimal və Cənub olmaqla iki hissəyə ay-
rılırdı ki, bunlar da müvafiq olaraq İngiltərə və Rusiyanın təsir 
dairəsinə daxil edilirdi. Bu müqavilədən başlayaraq Rusiya 
Xəzərin Cənub-Qərb və  Şimal sahillərində yerləşən Azərbay-
can ərazilərini, Bakı, Astara və Dərbənd kimi iri şəhərlərini öz 
təsir dairəsinə salaraq, imperiya ərazilərinə qatmışdır. 1917-
1921-ci illər arasındakı  qısa zaman kəsiyi istisna olmaqla, bu 
ərazilər SSRİ dağılana qədər  şəriksiz  şəkildə Rusiyanın təsir 
dairəsində olmuşdur.
64
 
Birinci dünya müharibəsinin nəticələrinə və Versal (1919) 
sülhünün  şərtlərinə görə dünyada və  Xəzər regionunda baş 
verən geosiyasi və coğrafi dəyişikliklər, Rusiyada bolşevik 
inqilabının baş verməsi, Osmanlı imperiyasının süqutu, Fars 
körfəzi, Orta Asiya, Cənubi Qafqaz və Avrasiyanın digər böl-
gələrində yaşanan ciddi beynəlxalq proseslər 1921-ci ildə sovet 
                                                 
64
 Bax: Гиззатов  В.  Правовой  статус  Каспийского  моря:  проблемы  и 
перспективы  сотрудничества  прикаспийских    государств// “Политика”.-
1995, N3, -с.15. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
42 
Rusiyası ilə hövzənin digər böyük ölkəsi hesab olunan İran 
şahlığı arasındakı Xəzər bölgəsinin statusu məsələsinə yenidən 
qayıtmaq və Azərbaycanın taleyini həll etmək məsələsini ak-
tuallaşdırdı. O zaman müharibənin qalib dövlətləri, ilk növ-
bədə Böyük Britaniya tərəfindən ciddi təzyiqlərə və geostrateji 
basqılara məruz qalan hər iki tərəf həmin ildə bağladıqları 
müqavilə ilə “hər hansı bir xarici dövlətin gəmilərini Xəzər 
dənizinə buraxmamaq” haqqında qarşılıql öhdəlik götürərək, 
faktiki olaraq Xəzərin əvvəlki (1828- ci il) bölgüsü xəritəsini- 
Şimal və Cənub təsir dairələrinə ayrılmasını və müvafiq olaraq 
idarə edilməsini yenidən təsdiq etdilər. Müqavilənin şərtlərinə 
görə, hər iki ölkə  Xəzərdə müstəsna hüquq qazanır, birgə 
balıqçılıq fəaliyyəti həyata keçirmək, xarici gəmiləri dənizə 
buraxmamaq öhdəliyi götürürdü. Bundan başqa, müqaviləyə 
görə,  əgər  İran öz ərazilərini xarici müdaxilələrdən müstəqil 
şəkildə qorumağa qadir olmazsa və bu ərazilərdən hansısa 
xarici qüvvələr istifadə edərək Rusiyaya təhlükə yaradarsa, o 
zaman rus qoşunlarının  İrana daxil olmaq və öz mənafelərini 
qorumaq hüququ təsbit olunurdu. 
Mütəxəssislərin fikrinə görə, bu müqavilə faktiki olaraq 
Rusiya və İranın xarici ölkələrə qarşı birgə mübarizə aparmaq 
haqda “strateji müttəfiqliyini” təsbit edərək, Xəzəri yalnız iki 
ölkənin birgə istifadə edə biləcəyi geosiyasi məkana və daxili 
dənizə çevirirdi. Razılaşmaya müvafiq olaraq Xəzərin Cənu-
bunda  İran, qalan bütün sahillərində isə sovet Rusiyası  ətraf 
ərazilərin və xalqların taleyini istədiyi kimi həll etmək imkanı 
qazanırdı.
65
 
                                                 
65
 Bax: Илинский  Г.П.  Иран  в  период  обшeго  кризиса  мировой  капита-
листический систеы. M., 1953, с. 14-18. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
43
Fikrimizcə, bu müqavilə həmin vaxt xarici qüvvələr qarşı-
sında təxminən eyni çətin geosiyasi durumda və geostrateji 
təhlükə qarşısında qalan bolşevik Rusiyası və İranın kifayət qə-
dər düşünülmüş və uzaqgörən strateji razılaşması idi. Bu mü-
qavilə hər iki tərəfə o zaman ciddi cəhdlə müstəqilliyə can atan 
Azərbaycan Xalq Cümhuriyyətini boğmaq imkanı qazandırırdı. 
Ayrıca olaraq İran bu sazişdən qonşuluğunda yarana biləcək və 
əsas  əhalisi azərbaycanlı  və müsəlman olan yeni bir dövlətin 
mövcudluğundan xilas olmaq və tarixi rəqibi olan Türkiyənin 
bölgədəki əsas dayaqlarını zəiflətmək imkanı əldə edirdi. O ki, 
qaldı Rusiyaya bu dövlət üçün Azərbaycan Xalq Cümhuriy-
yətinin  ərazilərini sovet Rusiyasına birləşdirmək, onun əhə-
miyyətli və unikal geosiyasi məkanlarını və neftlə zəngin Bakı 
kimi paytaxtını  ələ keçirmək, rusların  ənənəvi rəqibi sayılan 
Türkiyəni və İngiltərəni bu bölgədən uzaqlaşdırmaq çox vacib 
bir strateji vəzifə hesab olunurdu. Göründüyü kimi, hər iki 
tərəfin Azərbaycan torpaqlarında və  Xəzərətrafı  məkanda öz 
geosiyasi maraqları mövcud idi ki, bu da onları belə düşünül-
müş və hesablanmış, geostrateji cəhətdən çox ciddi dəyəri olan 
“müttəfiqlik müqaviləsi” imzalamağa sövq etmişdi. 
Təxminən elə həmin vaxt sovet Rusiyası ilə Atatürk Tür-
kiyəsi arasında Cənubi Qafqazın (o cümlədən də Şimali Azər-
baycanın) taleyi və rus-türk münasibətlərinin gələcəyi ilə bağlı, 
İranla imzalanan müqaviləyə oxşar bir sənəd imzalanır. Belə-
liklə, Rusiya bölgənin İran və Türkiyə kimi böyük ölkələri ilə, 
müvafiq olaraq Azərbaycanın, Xəzərətrafı ərazilərin və Cənubi 
Qafqazın gələcək taleyini və “hüquqi mənsubiyyətini” müəy-
yən edən ortaq razılıga gəlir və bu əraziləri yenidən işğal edə-
rək sovet Rusiyasının tərkibinə daxil edir.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
44 
Xəzərin hüquqi statusu ilə bağlı 1921-ci il Rusiya-İran 
müqaviləsi SSRİ yaradılandan sonra da, 1931-ci ilə  qədər öz 
hüquqi qüvvəsini olduğu kimi saxlamış  və müvafiq olaraq 
SSRİ - İran razılaşması kimi fəaliyyət göstərmişdir. 27 oktyabr 
1931-ci ildə iki Xəzəryanı ölkə olan SSRİ  və  İran arasında 
“Xəzər dənizinə daxil olma, ticarət və  gəmiçilik” haqqında 
yeni bir sənəd- Konvensiya imzalanmışdır. Konvensiyanın 16-
cı maddəsində qeyd edilir ki, Xəzər dənizi yalnız onun 
sahillərində yerləşən SSRİ  və  İrana məxsus olduğuna görə, 
onun sularında da yalnız bu ölkələrə  məxsus, yaxud onların 
bayrağı altında üzən gəmilər daxil ola bilər. Konvensiyanın 
şərtlərinə görə, hər iki ölkə onun sahil sərhədlərindən dənizin 
içinə doğru 10 dəniz mili məsafəsində balıqçılıqla sərbəst 
məşğul olmaq hüququna malik idi. 
66
 
Təxminən eyni məzmunlu hüquqi müqavilə 1935 və 1940-
cı illərdə iki ölkə  rəsmilərinin imzaladığı iki hökumətlərarası 
müqavilədə öz əksini tapmışdır. 1940-cı ildə  İkinci Dünya 
müharibəsi təhlükəsi hər iki ölkənin astanasında dayanan 
zaman, SSRİ-nin təşəbbüsü ilə İranla Xəzər hövzəsinin hüquqi 
statusu və iki ölkə arasındakı münasibətlərlə bağlı müqaviləyə 
yenidən baxılmışdır. Bu müqavilələrdə qeyd olunmasa da
SSRİ  və  İran arasında öz sərhədlərinin təhlükəsizliyini təmin 
etmək məqsədi ilə Xəzər dənizi faktiki olaraq iki hissəyə (milli 
sektorlara) bölünmüşdü.  İranın sahil sərhədlərindən dənizin 
orta xəttinə qədər olan hissə (təxminən bütün dəniz səthinin 14 
faizi  İrana, 86 faizi isə Sovet İttifaqına düşmüşdü)  İranın, 
qalan hissə isə SSRİ-nin  ərazisi hesab olunurdu. Yuxarıda 
qeyd olunduğu kimi, sahildən 10 dəniz mili məsafəsində  hər 
                                                 
66
 Bax: жиев И.Б. Геополитика  Каспийского региона. М., 2007. s.84. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə