Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə8/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
29
barel)  təşkil edir və perspektivdə bu göstəricinin 3 milyard 
tona çatması gözlənilir ( təxminən 22 milyard barel-Ə.H.).
31
  
RUSİYA:  Rusiya dünyanın neft və qaz ehtiyatları ilə  ən 
zəngin beş ölkəsindən biri hesab olunur. Bu ölkənin neft və 
qaz ehtiyatlarının da həm təsdiqlənmiş, həm də ehtimal olunan 
miqdarı ilə bağlı bir-birindən fərqli rəqəmlər mövcuddur. Artıq 
qeyd etdiyimiz kimi, rusların özü ölkələrinin təsdiqlənmiş 
enerji ehtiyatlarını təxminən 160 milyard barel neft (təxminən 
23-24 milyard ton), 47-50 trln. kub metr qaz miqdarında 
dəyərləndirirlər.
32
 Bu məlumat ölkənin Enerji Nazirliyinin, 
Qazprom  şirkətinin rəsmi internet saytlarında öz əksini tapıb. 
Lakin, çıxışlarından birində bu ölkənin enerji naziri S. Şmatko 
etiraf edib ki, Rusiyanın karbohidrogen ehtiyatları beynəlxalq 
təsnifata görə, bu rəqəmlərdən 2 dəfə azdır. Bunun səbəbini o, 
beynəlxalq standartlardan fərqli olaraq, Rusiyada istehsalın 
iqtisadi məqsədəuyğunluğu amilini hesaba almamaları ilə izah 
edib. S.Şmatkonun sözlərinə görə,  əgər Rusiya da xammal 
ehtiyatlarının hesablanmasında beynəlxalq standartlara keçsə, 
onda RF-in karbohidrogen ehtiyatları, hazırkı rəqəmdən, azı, 2 
dəfə az olacaq.
33
 
 Rusiyanın Baş naziri Vladimir Putin də 2010-cu ilin ok-
tyabrında Samara şəhərində keçirilən müşavirədəki çıxışında, 
Rusiya  şirkətlərini xammal ehtiyatlarının auditi məsələsində 
beynəlxalq hesablama standartlarına keçməyə çağırıb: “Rusi-
yalı istehsalçılar da enerji ehtiyatlarının qiymətləndirilməsində 
bütün dünyada qəbul olunmuş meyarlardan istifadə etməli-
dirlər”.
34
 
                                                 
31
 Bax: “Trend” informasiya agentliyi, 24.08.10. 
32
 Bax: www.gazpromquestions.ru. 
33
 Bax: “İnterfaks” agentliyinin bülleteni, 28.10.10. 
34
 Yenə orada 
 
ƏL İ  H ƏS ƏNOV  
 
30 
 BP şirkətinin 2010-cu ilə olan dünya energetikasının illik 
statistik icmalına (Statistical Review of World Energy) əsasən 
Rusiyada təsdiq olunmuş neft ehtiyatlarının ümumi miqdarı 
77,4 milyard barel (təxminən 10-11 milyard ton), təbii qaz eh-
tiyatları isə 44,8 trln. kub metr təşkil edir. Rusiyanın neft və 
qaz ehtiyatlarına dair RF və beynəlxalq təsnifatlardakı  fərqi 
anlamaq üçün, bu ölkənin aparıcı şirkətlərinin təqdim etdiyi rə-
qəmlərə  nəzər yetirmək kifayətdir. Belə ki, “Rosneft”, 
“Rusneft” və TNK-BP şirkətlərinin hesablamaları ilə, beynəl-
xalq hesablamalar arasında fərq çox böyükdür. Məsələn, TNK-
BP  şirkətinin neft ehtiyatları, Rusiya təsnifatına görə, 4,06 
milyard ton göstərildiyi halda, beynəlxalq təsnifata görə, bu 
rəqəm cəmi 1,16 milyard tondur. Beləliklə,  şirkətin Rusiya 
təsnifatı ilə hesablanmış ehtiyatları, beynəlxalq auditin göstə-
ricilərindən 3,5 dəfə çoxdur. Eyni hala digər şirkətlərdə də rast 
gəlinir. “Rosneft”in ehtiyatlarına dair yerli ekspertlərin təqdim 
etdiyi göstərici, xarici hesablamalardan 2,98 dəfə, “Rusneft”in 
göstəriciləri isə, 2,93 dəfə artıqdır.
35
  
Qeyd edək ki, neft ehtiyatlarına dair Rusiya və Qərb mən-
bələrindəki fərqin bilərəkdən yaradıldığını bildirənlər də var. 
Məsələn, belə bir rəy var ki, Rusiyanın neft ehtiyatlarının miq-
darını süni şəkildə artıran yerli şirkətlər, bununla, öz səhmlə-
rinin qiymətinin artmasına çalışırlar.
36
  
 2009-cu  ildə enerji nazirliyinin rəsmi məlumatına görə, 
Rusiyada 494 milyon ton neft, 663 mlrd. kub metr isə qaz 
istehsal olunub. Hesabatda göstərilir ki, Rusiyada 2008-ci illə 
müqayisədə, neft hasilatı 1,5% artdığı halda, Səudiyyə Ərəbis-
                                                 
35
 Bax: “İnterfaks” agentliyinin bülleteni, 01.11.10. 
36
 Bax Сверхдержава  наносит  ответный  удар//:«Война  и  мир»  Геополи-
тический триллер:  04.04.07. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
31
tanında il ərzində 10,6% aşağı düşüb. Bununla da, Rusiyanın 
2009-cu ildə dünyada neft hasilatındakı payı 12,9%, Səudiyyə 
Ərəbistanının payı isə 12% təşkil edib. Göründüyü kimi, Ru-
siya təbii qazla yanaşı, illik neft istehsalına görə  də  əvvəllər 
dünyada birinci olan Səudiyyə Ərəbistanını ötərək, lider ölkəyə 
çevrilib. 
 Baş nazir Vladimir Putin son zamanlar bəyan edib ki
2010-cu ildə Rusiyada illik neft hasilatı artıq 500 milyon tona 
çatıb. Energetika Nazirliyinin rəyinə görə, Rusiya bu hasilat 
səviyyəsini,  ən azı, 40 il təmin etmək iqtidarındadır. Amma 
V.Putin qeyd edib ki, Rusiya qarşıdakı 10 il ərzində neft 
hasilatını hazırkı  həcmdə saxlamaq üçün 8,6 trilyon rubl 
(təxminən, 280 milyard ABŞ dolları ) sərmayə qoymalıdır.
37
  
Son hesablamalara görə, Rusiyada mavi qazın illik hasilatı 
və Xəzər hövzəsi ölkələrindən uzunmüddətli müqavilələr əsa-
sında tədarük edilən həcmi
38
 son iki ildə ümumilikdə 12,1%, 
(təxminən 74,2 milyard kub metr) aşağı düşüb və 2010-cu ildə 
cəmi 588,9 mlrd kub metr təşkil edib.
39
 Bunu mütəxəssislər ilk 
növbədə, son dövrlərin ciddi maliyyə böhranı ilə əlaqədar Ru-
siyanın özündə, ətraf ölkələrdə (Ukrayna, Belarus və s.) və bir 
sıra Avropa dövlətlərində  təbii qaza ehtiyacın və onun is-
tehlakının azalması, digər tərəfdən isə, Avropanın daha ucuz 
                                                 
37
 Bax: “İnterfaks” agentliyinin bülleteni, 28.10.10. 
38
  Məlumat üçün bildirək ki, Rusiya 2008-ci ildə bu ölkələrdən ümumilikdə 
66,2; 2009-cu ildə  37,3; 2010-cu ildə    isə 38 mird. kub metr qaz alaraq öz 
daxili tələbatına sərf edib, yaxud xarici alıcılara satıb. Ölkələr üzrə bu rəqəm 
Türkmənistandan  illər üzrə 42,3; 11,8; 10,5; Özbəkistandan 14,2; 15,4; 15,5; 
Qazaxıstandan orta hesabla ildə10;
 
Azərbaycandan isə 2010-cu ildə 1, 2011-ci 
ildən isə 2 mlrd. kub metr qaz alıb. 
39
 Bax: Statistical Review of World Energy, iyun 2010.   
 
ƏL İ  H ƏS ƏNOV  
 
32 
qiymətə satılan mayeləşdirilmiş təbii qaza üstünlük verməsi ilə 
bağlıdır.
40
 
Rusiyada hasil olunan neft və maye qazın orta hesabla 60 
%-ə yaxını ölkənin daxili tələbatının ödənilməsinə - əsasən, 
sənaye və energetika sahələrinin ehtiyaclarına yönəlib.  
İRAN: Enerji ehtiyatlarına görə İran dünyanın üç ən zən-
gin ölkəsindən biridir. Hazırda Rusiya və  Səudiyyə  Ərəbista-
nından sonra neft istehsalına görə dünyanın üçüncü, qaz hasi-
latına görəsə beşinci dövləti İrandır. Neft və qaz ehtiyatlarının 
miqdarına dair bu ölkənin rəsmi rəqəmlərində tez-tez dəyişik-
liklər müşahidə olunur. Son vaxtlara qədər İran hökuməti ölkə-
nin ümumi enerji ehtiyatlarının həcmini 138 milyard barel neft 
(təxminən 20 milyard ton), 28 mlrd. kub metr isə  təbii qaz 
miqdarında göstərirdi. 2010-cu ilin oktyabrında  İranın neft 
naziri Masud Mirkazımi bildirib ki, ölkənin neft və qaz ehtiyat-
ları 9% artıb və indi bu rəqəm 150,31 milyard barel neft, 33,1 
mlrd. kub metr isə qaz təşkil edir. Lakin bu da hələ son deyil. 
Mirkazıminin sözlərinə görə, 2010-cu ilin sonuna qədər ölkə-
nin neft ehtiyatlarının həcminə dair ən son rəqəmlər açıqla-
nacaq və bu zaman, göstəricinin bir qədər də artacağı istisna 
deyil.
41
 
                                                 
40
 Qazprom son beş ildə orta hesabla Avropa bazarına ildə 150 milyard kub 
metr qaz ixrac edir ki, bundan da 60 milyard ABŞ $ dəyərində gəlir əldə edir. 
2010-cu ildə bu rəqəm 138 milyard kub metrə qədər azalıb. Rusiya  bunu Şərqi 
və Qərbi Sibirdən çəkilməsi 2011-ci ildə başlanan və 2015-ci ildə başa çatması 
gözlənilən yeni Altay qaz ixracı kəməri ilə Çinə, təxminən ildə 50-60 milyard 
kub metr rus qazı satmaqla əvəzləmək istəyir. Lakin çinlilər Rusiyadan avropa-
lılardan fərqli olaraq hər  min metr kub təbii qazı 335 deyil, orta Asiya və Avs-
traliyadan aldığı kimi 235 ABŞ dollarına almaq istəyir. Odur ki, hazırda Rusi-
ya Çin ilə qaz sazişini gündəmdə saxlamaqla yanaşı, Avropa və postsovet mə-
kanında da yeni qaz alıcıları axtarışını intensivləşdirib. (Bax:NEWS.ru.com)  
41
 Bax: www.lenta.ru/news/2010/10/11/oilfields/. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə