Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə5/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   2   3   4   5   6   7   8   9   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
17
Yaxud, İ. Yejiyev hesab edir ki, Xəzər hövzəsində Rusiya 
öz maraqlarını istifadə etmək üçün “yerli ölkələrin daxili və-
ziyyətin gərginləşdirmək və bu işdə İrandan istifadə etmək si-
yasəti deyil, əksinə,  İranın imkanlarından Qərbə qarşı istifadə 
etmək siyasəti həyata keçirməlidir”.
10
 Bundan başqa,   
İ.Yejiyev də N.Nartovun fikirlərini bölüşərək, Rusiyanın Xəzər 
hövzəsi və  Cənubi Qafqazda Qərblə  rəqabət aparmaq üçün 
bölgə ölkələri ilə daha sıx əməkdaşlıq münasibətləri yaratması, 
öz hərbi-geostrateji və iqtisadi gücünü artırması  zərurətini 
qeyd edir.
11
 
Xəzər hövzəsində digər əsas xarici transmilli maraq daşı-
yıcısı hesab olunan düşərgə ABŞ  və onun müttəfiqləri hesab 
olunan Avropa İttifaqı ölkələridir. Bu düşərgəni təmsil edən 
geosiyasətçilərin ümumiləşmiş geosiyasi, geoiqtisadi və hərbi-
geostrateji baxışlarını, Qərbin əsas geoiqtisadi maraqlarını, on-
ların təmin olunması yolları  və vasitələrini rus geopolitikləri-
nin tam əleyhinə olan konsepsiya ilə özünün çoxsaylı  əsərlə-
rində ABŞ alimi Z. Bjezinski irəli sürür.
12
 
Z.Bjezinski “Seçim. Dünya hakimi, yaxud qlobal liderlik” 
adlı əsərində yazır ki, XXl əsrdə Qərbin geosiyasi, geoiqtisadi 
və  hərbi-geostrateji maraqlarının təmsil olunduğu  əsas bölgə 
Avrasiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz böl-
gəsidir. Onun fikrinə görə, bu bölgədə  Qərbin maraqları yerli 
regional liderlərlə- ilk növbədə Rusiya, İran və qismən də 
Türkiyə ilə kəsişir. Z. Bjezinskiyə görə bölgədə ayrı-ayrılıqda 
bu dövlətlərin heç biri öz iradələrini yerli ölkələrə  qəbul 
                                                 
10
 Эжиев И.Б. Геополитика Каспийского региона. М.,2007. с. 14. 
11
 Yenə orada. s. 16,177. 
12
 Бжезинский З.K. Великая шахматная доска. М., 2003; Бжезинский З.K. 
Выбор. Мировое господство или глобальное лидерство. М., 2004; и.т.д. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
18 
etdirmək gücündə deyillər. O ki qaldı onların birinin, yaxud bir 
neçəsinin bu istiqamətdə birləşməsinə, buna Amerika və 
Avropa İttifaqı imkan verməməlidir və verməyəcək də.
13
  
Z. Bjezinski özünün “Böyük şahmat taxtası” adlı əsərində 
qeyd edir ki, Qərb və Amerika ilk növbədə bu bölgədə müs-
təqil siyasət yürütmək meyili nümayiş etdirən yerli dövlətləri 
dəstəkləməli, onları Rusiyanın geosiyasi və  hərbi-geostrateji 
təsirindən çıxarmalı, malik olduqları milli sərvətlərini sərbəst 
istifadə etmək, öz maraqlarını  təmin etmək gücünə  gətirməli-
dir. O, müstəqil siyasət yürüdən ökələrdən Azərbaycanı, Özbə-
kistanı və Gürcüstanı, o cümlədən Moskvaya meyilli fəaliyyət 
nümayiş etdirən Qazaxıstanı  dəstəkləməyi tövsiyə edərək, bu 
ölkələrin bölgə siyasətində Qərbin xüsusi marağında olduğunu 
bəyan edir və müxtəlif amillərlə əsaslandırır.
 14
 
Bjezinskinin fikrinə görə, Xəzər hövzəsi və Cənubi Qafqa-
zın gələcək taleyi ilk növbədə Azərbaycan və Qazaxıstanın Ru-
siyadan asılılığının azaldılması və dəstəkləyərək Qərbə inteqra-
siyasının gücləndirilməsindən asılıdır. Çünki, onun fikrincə, 
Azərbaycanın mövqeyinin güclənməsi gələcəkdə Rusiyanın 
Gürcüstan və Ermənistandakı, Qazaxıstanın mövqeyinin güc-
lənməsi isə Orta Asiyanın, xüsusən də Qərbin ciddi enerji ma-
rağında olan Türkmənistanın mövqeyinə ciddi təsir göstərəcək, 
bu ölkənin və Azərbaycanın enerji resurslarının sərbəst isteh-
salı  və alternativ marşrutla Qərbə  çıxarılması istiqamətində 
transmilli layihələrin reallaşmasını təmin edəcəkdir.
15
  
                                                 
13
 Bax: Бжезинский  З.K.  Выбор.  Мировое  господство  или  глобальное 
лидерство...s.135  
14
 Бжезинский З.K. Великая шахматная доска...s.175-180.  
15
  Yenə orada. s. 180. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
19
Z. Bjezinski hesab edir ki, Amerikanın milli maraqları 
Xəzər- Qara dəniz hövzəsi və  Cənubi Qafqaz bölgəsində 
“Rusiyadan xilas olub müstəqil siyasət yürütmək istəyən” 
ölkələrin maraqları ilə üst-üstə düşür. O hesab edir ki, bunun 
üçün Amerika və  Qərb bölgədə elə  vəziyyət yaratmalıdır ki, 
maneəsiz olaraq bütün dünya ölkələri bura daxil olmaq, öz 
maliyyə  və texnoloji imkanlarını yerli iqtisadi layihələri 
yönəltmələrini təmin etsin, heç bir yerli böyük dövlət bu bölgə 
üzərində rəqabətdən əlavə üstünlüyə malik olmasın.
16
 
 Müasir  dünyada  Xəzər hövzəsinin rolu, hövzənin enerji 
ehtiyatlarının istehsalı, və ixracı marşrutları ilə bağlı öz geo-
siyasi fikirlərini “Sivilizasiyaların toqquşması” adlı  əsərində 
digər məşhur ABŞ alimi C. Hantinqton da söyləmişdir. O, 
Avrasiyanı, xüsusən də  Xəzər hövzəsini XXl əsrdə dünyada 
yaşanacaq  əsas geoiqtisadi münaqişə bölgələrindən biri kimi 
dəyərləndirir və hesab edir ki, hövzədə əsas qarşıdurma obyek-
ti Xəzər neftinin sərbəst istehsalı, bölüşdürülməsi və Avropa 
bazarına çıxarılması ilə bağlı olacaqdır. Burada əsas mübarizə 
bölgənin geosiyasi, geoiqtisadi və  hərbi-geostrateji mövqelə-
rinə sahib olma və bu sahələrdə üstünlük qazanma uğrunda 
aparılacaqdır. 
17
 
Digər məşhur ABŞ politoloqu və diplomatı, keçmiş dövlət 
katibi H. Kisincer də öz əsərində
18
  Xəzər hövzəsi və  Cənubi 
Qafqazdakı  Qərb-Rusiya geosiyasi maraqlarının toqquşması, 
bölgənin müasir hərbi-geostrateji, geoiqtisadi və digər maraq-
ları ətrafında cərəyan edən proseslərdən bəhs etmişdir. O yazır 
ki, müasir dövrdə Rusiya bütün keçmiş postsovet məkanında 
                                                 
16
  Yenə orada. s. 178. 
17
  Bax: Хантингтон С. Столкновение цивилизаций. М., 2003. с. 392-394. 
18
 Кисинсер. Г. Дипломатия. М., 1997. с.743. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
20 
öz milli təhlükəsizlik maraqlarını yerli ölkələrin təhlükəsizlik 
maraqlarını nəzərə almadan, onların daxili işlərinə qarışmaqla 
təmin etmək istəyir. H. Kisincer hesab edir ki, Rusiya hələ də 
özünün imperiya ambisiyalarını yaşadaraq, qonşu dövlətlərlə 
bu və ya digər geosiyasi məsələlərini güc yolu ilə, onların 
ərazisinə müdaxilə etməklə  həll etməyi düşünür. Amma o 
getdikcə müasir dünyanın tələbləri ilə razılaşmaq və imperiya 
ambisiyalarından imtina etmək məcburiyyətində qalacaqdır.  
Göründüyü kimi, həm Rusiya, həm də Amerika alimləri 
içərində bölgənin geosiyasi və geoiqtisadi vəziyyətini obyektiv 
və qeyri-obyektiv qiymətləndirən, yerli ölkələrlə geoiqtisadi 
münasibətlərə dair konstruktiv və qeyri-konstruktiv, daha məq-
bul və qeyri-məqbul təkliflər irəli sürən politoloqlar, geosi-
yasətçilər və dövlət xadimləri mövcuddur.  
  
 §1.2. Xəzər hövzəsi və Cənubi Qafqazın enerji mənbələri 
və onun bölgədə yaratdığı müasir geoiqtisadi vəziyyət. 
Xəzərin neft-qaz məhsullarının Avropanın enerji 
təhlükəsizliyindəki rolu 
 
Bəzi müstəqil tədqiqatçıların araşdırmalarına görə, Xəzər 
hövzəsinin və Orta Asiya bölgəsinin karbohidrogen ehtiyatları 
hər hansı  kənar təsirlərdən xilas edilsə  və  sərbəst  şəkildə 
Avropa bazarlarına ixrac olunsa üçüncü minillikdə Qitənin 
enerji tələbatını azı 100 il müddətində fasiləsiz təmin etmək və 
Rusiyanın bu sahədəki hazırkı monopoliyasından xilas etmək 
mümkündür. (Bax:Xəritə) Odur ki, hövzənin alternativ karbo-
hidrogen məhsullarına sahiblənmək, yaxud daha münasib qiy-
mətlərlə, uzunmüddətli müqavilələr  əsasında onu əldə etmək 
istəyi SSRİ dağılandan sonra dünyanın ABŞ və Avropa İttifaqı 
kimi aktorlarını, regionda aparıcı mövqe sahibi olan Rusiya ki-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə