Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə3/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   2   3   4   5   6   7   8   9   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
9
 
l FƏSİL 
XƏZƏR HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİ XARAKTERİSTİKASI: BEYNƏLXALQ
REGİONAL, YERLİ MARAQLAR SİSTEMİ. 
AZƏRBAYCANIN REGİONAL GEOİQTİSADİ 
MARAQLARI VƏ ENERJİ STRATEGİYASI 
 
§ 1.1. Transmilli dünya güclərinin və yerli  
dövlətlərin Xəzər hövzəsi və Cənubi Qafqazdakı  
geoiqtisadi maraqları və fəaliyyətinin xarakteristikası 
 
XX əsrin son onilliyində və XXl əsrin başlanğıcından dün-
yada gedən ictimai-siyasi və beynəlxalq əhəmiyyətli hadisələr 
nəticəsində  Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhə-
miyyətinə görə dünyada mərkəzi yerlərdən birini tutdu. Plane-
tin artan enerji ehtiyacı və ticarət əlaqələrinin genişləndirilməsi 
tələbatı qarşısında Xəzər hövzəsi və  Cənubi Qafqaz özünün 
zəngin karbohidrogen ehtiyatları, Şərq-Qərb, Şimal-Cənub əla-
qələrində, nəqliyyat-kommunikasiya sahəsindəki imkanları ilə 
bütün transmilli dünyanın nəzər diqqətini özünə  cəlb edərək 
geoiqtisadi maraqların kəsişmə nöqtəsinə çevrilmişdir.  
Mütəxəssislərin hesablamalarına görə, Xəzər dənizi dün-
yanın ən zəngin karbohidrogen ehtiyatlarına malik olan bölgə-
lərindən biridir. Bu faktor bölgənin ümumi geosiyasi və geo-
iqtisadi ab-havası, dünya ölkələrinin bölgəyə can atması və s. 
transmilli proseslərlə yanaşı, həm də Xəzərətrafı ölkələnin bir-
 
ƏL İ  H ƏS ƏNOV  
 
10 
biri ilə regional münasibətlərinə, bütövlükdə xarici siyasətlə-
rinə, daxili ictimai-siyasi vəziyyətinə və regional dövlətlərarası 
münasibətlərin xarakterinə  də ciddi təsir göstərmişdir. Bir tə-
rəfdən xarici siyasət və geosiyasi yönlərindəki fərqlər, digər 
tərəfdən dövlət idarəçiliyi və siyasi sistemlərinin müxtəlifliyi, 
bölgədəki geosiyasi, geostrateji gücləri və imkanları, maraq və 
mənafe ambisiyaları arasındakı üst-üstə düşməyən məqamlar, 
beynəlxalq aləmin müəyyən təhrikləri də daxil olmaqla XX 
əsrin son onilliyindən başlayaraq Xəzər hövzəsi ölkələrini cid-
di geoiqtisadi qarşıdurmaya süvq etməyə başladı. Xüsusilə, so-
nuncu faktor- bəzi xarici dairələrin təhriki ilə bölgə ölkələrində 
qızışdırılan milli, dini və vətəndaş müharibələri, etnik separa-
tizm, siyasi böhran və daxili hərc mərclik, süni şəkildə qaldırıl-
mış  sərhəd-ərazi çəkişmələri, Xəzər dənizinin statusu kimi 
məsələlər hövzəni ciddi dövlətlərarası regional və dövlətdaxili 
milli-vətəndaş münaqişələri ocağına çevirdi. 
Bu gün dünyanın müxtəlif güc mərkəzlərinin Avrasiyada 
geosiyasi maraqlarının kəsişməsindən danışarkən, ilk növbədə 
enerji resursaları ilə zəngin olan Xəzər hövzəsi və Qərb-Şərq, 
Şimal-Cənub geosiyasi münasibətlərinin, onların iqtisadi-tica-
rət və digər  əlaqələrinin üzərində yerləşən Xəzər-Qara dəniz 
hövzəsi və  Cənubi Qafqaz göz önünə  gəlir. Bu bölgə  əvvəlki 
dövrlərdə özünün xüsusi geosiyasi, geostrateji və geoiqtisadi 
xarakteristikası ilə XVlll əsrin sonu – XlX əsrin əvvəllərindən 
Rusiya imperiyası və Osmanlı dövlətinin, XX əsrin əvvəllərin-
dən Avropa imperiyalarının və ABŞ-ın, SSRİ dağılandan son-
ra- XX əsrin sonlarından bütün transmilli qlobal dünyanın diq-
qətinə isə cəlb etməyə başlamışdır. Region ümumi xarakteris-
tikasına görə Avrasiyanın böyük geosiyasi oyunlar məkanı 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
11
hesab edilsə də, ilk növbədə neft-qaz amili və transmilli əlaqə 
imkanları onu güc mərkəzlərinin diqqətinə cəlb etmişdir.  
Xəzərin təbii ehtiyatları haqqında müxtəlif mənbələrdə 
müxtəlif məlumatlar verilir. Bəzi hesablamalara görə, bu höv-
zədə dünyanı yüz il müddətində fasiləsiz təmin etmək gücündə 
olan milyardlarla ton neft və trilyonlarla kub metr qaz ehtiyatı 
var. Məsələn, “Nyu-York Tayms” qəzetinin 6 avqust 1997-ci il 
tarixli sayında göstərilir ki, Xəzərin sənaye və ya karbohidro-
gen ehtiyatları indiki qiymətlərlə 4 trilyon ABŞ dolları  məb-
ləğində qiymətləndirilən 200 milyard barrel neftdən, habelə bir 
o qədər də qaz ehtiyatlarından ibarətdir.
1
  
Xəzər regionunun regionda geosiyasi və geoiqtisadi əhə-
miyyəti həm bölgənin  əsas güc mərkəzi hesab olunan Rusiya 
üçün, həm regionda “yeni transmilli güc mərkəzi” olmaq istə-
yən Qərb üçün, həm də digər maraqlı ölkələr üçün şübhəsizdir. 
Əvvəla, Rusiya buradakı SSRİ dövründən qalmış ənənəvi rəqa-
bətdənkənar üstün mövqelərini, bölgənin geosiyasi, geoiqtisa-
di, hərbi-geostrateji hədəfləri, transmilli nəqliyyat-kommuni-
kasiya sistemi, Xəzər hövzəsi ölkələrinin mövcud karbohidro-
gen sərvətləri üzərindəki təsirini qoruyub saxlamaq istədiyi 
kimi, Qərb də eyni sahələr üzrə regiona daxil olmaq və möh-
kəmlənmək, buradakı əlavə təbii ehtiyatlar hesabına Avropanı 
yeni yüzillikdə “qeyri-sabit Yaxın Şərq” və “monopolist möv-
qeyə malik Rusiya”nın neft-qaz asılılığından qurtarmaq istəyir. 
İkincisi, regionda möhkəmlənməklə, Rusiya yenə  də özünün 
ənənəvi hərbi-geostrateji mövqelərini qorumağa çalışdığı hal-
da, ABŞ  və onun NATO üzrə müttəfiqləri Xəzər-Qara dəniz 
hövzəsində, Mərkəzi və Orta Asiyayada yeni-yeni təsir mexa-
                                                 
1
 Bu haqda daha geniş materiallarla növbəti bömələrdə tanış olmaq olar. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
12 
nizmləri qazanmağı, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji 
cəhətdən öz mövqelərini gücləndirməyi və  əsrlər boyu bu re-
gionda davam edən Rusiya hegemonluğunu azaltmağı düşünür. 
Hər iki tərəf bu regionu “öz milli təhlükəsizlik maraqları zo-
nasına” daxil edərək buradakı mövqelərini getdikcə gücləndir-
məyə çalışırlar. Həmin düşərgələri təmsil edən diplomatik 
mənbələr isə bu prosesi “beynəlxalq hüquq normaları”, “milli 
dövlət maraqlarının tələbləri” və s. kimi ümumişlək terminlər-
lə, müxtəlif geosiyasi arqumentlərlə  əsaslandırmağa çalışırlar. 
Lakin bəhs olunun ölkələrin rəsmi hərbi-geostrateji strukturla-
rının qəbul etdiyi Milli Təhlükəsizlik və Hərbi Doktrinalar on-
ların  əsil geosiyasi mətləbləri haqqındakı  həqiqətləri ortaya 
qoyur.
2
  
 Xəzər hövzəsində Rusiya və  Qərbin mövcud geoiqtisadi 
maraqları xaricində, həm də digər yerli böyük və kiçik ölkələ-
rin milli maraqları təmsil olunur. Bunların sırasına digər dörd 
Xəzər hövzəsi ölkələrini-  İranı, Azərbaycanı, Qazaxıstanı, 
Türkmənistanı, ayrıca bölgənin əsas geosiyasi oyunçusu hesab 
olunan Türkiyəni, bölgədən kənar ölkə hesab olunan Çini və 
Cənubi Qafqazda xüsusi strateji ərazi xarakteristikası ilə seçi-
lən Gürcüstanı qeyd etmək olar. Bu qrupa daxil olan ölkələr ya 
İran kimi öz fərqli maraqları ilə çıxış edir və yalnız onu təmin 
edən ayrıca geoiqtisadi tələblər irəli sürür, yaxud da Qərblə 
Rusiya arasında müəyyən seçim edərək, bu düşərgələrdən biri 
ilə öz geoiqtisadi maraqları  çərçivəsində uzlaşdırılmış  tərəf-
daşlıq siyasəti yürüdür. 
                                                 
2
 Bax: Həsənov  Ə.M., Azərbaycan Respublikasının  milli inkişaf və 
təhlükəsizlik siyasətinin əsasları. Bakı,”Zərdabi LTD”,2016, s.271-446.  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə