Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə31/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   27   28   29   30   31   32   33   34   ...   104

 
97 
etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini 
itirdi.  Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu, 
XIV  əsrin 2-ci rübünə  qədər davam etdi. Şirvanşah  Kavusun 
(1345-1372) dövründə  Şirvanşahlar  əvvəl Çobanilərdən, sonra isə 
Cəlairilərdən asılı  vəziyyətə düşdülər.  1364-cü ildə  Şirvanda 
Cəlairilərə qarşı  üsyan qalxdı.  1367-ci ildə  Şeyx Üveys Şirvana 
yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdi-
lər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra 
azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən 
sonra  Şirvanı onun oğlu  Huşəng (1372-1382) idarə etdi. 1382-ci 
ildə Huşəng öldürüldü və hakimiyyətə Şeyx İbrahim Dərbəndi (I 
İbrahim) gəldi (1382-1417) (10, s. 304). O, Huşəngin doğma əmisi 
idi. Bir zamanlar babaları  Dərbənd hakimi olmuşdur, xırda torpaq 
sahibi idi. Şirvanşah elan olunması zamanı o, cüt sürdükdən sonra 
ağac altında dincəlirdi. 
Şirvanşahlar dövlətinin xarici siyasəti.  Şeyx  İbrahimin 
hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı: 
cənubdan Teymurun qoşunları,  şimaldan isə  Qızıl Ordu xanı 
Toxtamışın  həmlələri  Şirvanın xarici və daxili vəziyyətini gərgin-
ləşdirdi.  Toxtamış 1387-ci ildə yenə  Şirvana  hücum etdi, lakin 
ölkədən çıxmalı oldu. Şeyx  İbrahim mahir siyasətçi idi və  rəqibin 
birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386-
cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunla 
Toxtamışa qarşı müqavilə bağladı. Bu ittifaq Şirvanı yersiz qarət-
dən xilas etdi, həm də  İbrahim Toxtamışa qarşı  güclü müttəfiq 
qazandı.  İbrahim Bu əlaqədən istifadə edib Şirvanı iqtisadi-siyasi 
və hərbi cəhətdən qüvvətləndirdi. O, Teymurun Qızıl Orduya qarşı 
yürüşündə  iştirak etdi. İbrahim Azərbaycanın yerli feodallarının 
Teymurla danışıqlar aparmasında yaxından iştirak etdi. Teymur 
1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə,  Şeyx  İbrahim 
Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cüm-
lədən  Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına 
nail oldu və beləliklə, bu ərazini işğaldan azad etdi. Teymurun 
ölümündən sonra İbrahim siyasi vəziyyət dəyişdiyindən Teymu-


 
98
rilərə qarşı yeni siyasi xətt tutdu. Şirvanşah  İbrahimin siyasəti 
Azərbaycanı birləşdirmək idi (8, s. 354). Teymurilərə qarşı qalxan 
xalq hərəkatından istifadə edən  İbrahim  Gəncəni  və  Qarabağın 
xeyli hissəsini tutdu. Gürcü çarı,  Şəki və  Ərdəbil hakimləri və 
Qaramanlı tayfasının müttəfiq qoşunları  1405-ci ilin yayında Kür 
sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman 
Təbrizdəki üsyançılar  şəhəri tutdular və yardım üçün İbrahimə 
müraciət etdilər. İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. 
Xalq onu hörmətlə qarşıladı. İbrahim qısa müddət olsa da, Azərbay-
canı öz hakimiyyəti altında birləşdirdi. Lakin çox keçmədən Cəlairi 
sultanı  Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə 
yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi. 
Şəki hakimiyyəti. Şəki XIII əsrin 20-ci illərin əvvəllərində 
də  Şirvanın tərkibində idi. Şəhəri 2 nəfər-vəzir Səfiəddin  və  vali 
Qaşqara idarə edirdi. XIV əsrin 30-cu illərində Hülakü dövlətinin 
tənəzzülü dövründə  Şəki feodalları daxili müstəqillik  əldə etdilər. 
Hakimiyyətə Oyrat sülaləsi gəldi. Həmin vaxtdan Şəki hakimlərinin 
müstəqillik uğrunda apardıqları mübarizə XIV  əsrin son rübündə 
daha da gücləndi.  Teymur ilk yürüşü zamanı  (1386-1387)  Şəki 
vilayətinə  gəldi, dağlıq  ərazilərində yaşayan camaat qarət edildi
Şəki hakimi Seydi Əli Oyrat Teymurun Azərbaycanda olmadığı 
dövrdə itaətdən boyun qaçırdı (1387-1392). Teymurun 2-ci yürüşü 
zamanı (1392-1395) bir daha Şəkiyə daxil oldu. Seydi Əli mülkün 
və  əmlakını atıb getdi. Bir müddətdən sonraTeymur  qoşun hissə-
lərini  Şəkidən Qızıl Ordu üzərinə göndərib,  Mahmudabada  gəldi 
və Səmərqəndə qayıtdı. Teymurun Azərbaycana hakim təyin etdiyi 
Miranşah 1395-ci ildə Seydi Əlinin müxalif olduğunu güman edib, 
yoxlamadan Şəkini talan etdi (8, s. 331). Seydi Əli gürcü feodalları 
ilə ittifaqa girib Əlincə qalasına hücum etdi və burada mühasirədə 
olan Sultan Tahiri azad etdi. Teymurun Əlincə  ətrafındakı qoşunu 
məğlub oldu. Qoşun başçısı  Səncər Təbrizə  vəziyyəti Miranşaha 
bildirmək üçün getdi. Miranşah, oğlu  Əbu Bəkri qoşunla  Şəki 
üzərinə göndərdi. Döyüşdə Seydi Əli  Şəkidə törədilən qarətin 
intiqamını almaq üçün şəxsən  Əbu Bəkrin üzərinə  şığıdı. O həlak 


 
99 
oldu, lakin Əbu Bəkrin qüvvələri məğlub oldu. Seydi Əlinin oğlu 
Seydi Əhməd Şəki hakimi oldu. Teymur yenidən Azərbaycana gəl-
dikdə o, Şirvanşah  İbrahimin vasitəçiliyi ilə Teymura qiymətli hə-
diyyələr, 6000 at verdi. Teymur Seydi Əlinin günahını  oğluna ba-
ğışladı və Seydi Əhmədi Şəki hakimi kimi tanıdı. 
 
2. Qaraqoyunlu dövləti 
 
Oğuz tayfalarından olan Qaraqoyunlulara (Qaraca qoyunlu) 
baharlılar başçılıq edirdilər. VII əsrdən Van gölünün cənubunda 
məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzin-
canda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaq-
larında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə  və Teymurilərə 
qarşı mübarizə aparmışlar. Qaraqoyunlu sülaləsinin banisi Bayram 
Xoca olmuşdur. Onun oğlu Qara Məhəmməd (1380-1389) Cəlairi-
lərlə ziddiyyəti aradan qaldırmaq üçün Cəlairi  Sultan  Əhmədlə 
qohum oldu. Vəziyyətin yaxşılasmasından istifadə edən Qara Mə-
həmməd  mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı haki-
miyyətinin əsasını qoydu. 1387-ci ilin baharında Teymur Naxçı-
vandan Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd 
Çapaqçura  gəldi və Teymurun qüvvələrini darmadağın etdi. Qara 
Məhəmmədi  ələ keçirə bilməyən Teymur Muş düzənliyindəki 
oymaqları, Hilatı, Vanı  ələ keçirib İrana döndü. 1388-ci ilin 
mayında Qaraqoyunlular Cəlairilərin müqavimətini qıraraq  Təb-
rizə daxil oldular. Qara Məhəmməd və  oğlu Bayram 1389-cu ilin 
aprelində Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən 
qətlə yetirildi. Qara Məhəmmədin oğlu Yusif atasının intiqamını 
almaq üçün 1392-ci ildə Pir Həsən bəylə döyüşə girdi və  qələbə 
çaldı. O, Təbrizi tutdu, lakin bir gün sonra şəhərdən çıxdı. 1392-ci 
ildə Teymurilər Van  şəhərini tutdular. Qara Yusif məğlubiyyətdən 
sonra Cəlairilərə yaxınlaşdı.  1394-cü ildə Bağdad yaxınlığında 
Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər ara-
sında döyüşdə Teymurilər qələbə çaldı. XIV əsrin II yarısında Qa-
raqoyunlu tayfa ittifaqı daxili quruluşuna görə möhkəm deyildi. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə