Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə27/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   23   24   25   26   27   28   29   30   ...   104

 
84
Şirvanşahlar isə ildə 100 min dinar xərac vermə


 
85 
larını dağıtdıqdan sonra bir həftə  şəhərə girməyə cürət etmədilər. 
Düşmən  əlinə keçməsin deyə  gəncəlilər evlərini yandırır, var-döv-
lətini məhv edirdilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncə 
işğal olundu. Monqollar Şəmkirdə ciddi müqavimətə rast gəldi. 
Şəmkirlilər şəhər hakimi Bəhramdan düşmənlə mübarizə aparmağı 
tələb etdilər. Lakin o, razı olmadı. Monqollar Şəmkirin ətrafındakı 
xəndəklərə odun və saman dolduraraq qalaya qalxmağa cəhd etdilər. 
Əhali gecə vaxtı samana od vurdu. Noyon Monqolları  xəndəkləri 
qumla doldurtduraraq atəşi söndürüb şəhərə girə bildilər.  Şəmkir 
yandırıldı, sakinləri qılıncdan keçirildi. Tovuz  və  Bakı  tutuldu. 
1239-cu ildə  Dərbənd şəhərinin işğalı ilə bütün Azərbaycan mon-
qollar tərəfindən tutuldu (9, s. 151). Monqollar Monqolustana qayıt-
madılar və tutduqları ərazilərdə məskunlaşdılar. Azərbaycan və Cə-
nubi Qafqaz əraziləri  1239-1256-cı illərdə  Böyük Monqol impe-
ratorluğunun canişinləri tərəfindən idarə olunurdu (3, s. 22). Tor-
paq sahələri və otlaqlar monqol canişininin ixtiyarında idi. Yerli 
feodallar torpaq malikanələrindən məhrum oldular, monqolların 
vassalına çevrildilər. Hər dəfə Böyük Monqol imperatorluğunda 
yeni xaqan seçildikdə yerli feodallara öz malikanələrini idarə etmək 
üçün icazə  sənədi-yarlıq  verilirdi. Bu isə  əlavə  xərc tələb edirdi. 
Ölkədə monqol siyasətinə qarşı xalq hərəkatı  və üsyanlar başladı. 
Böyük Monqol xaqanı Münke istilaları davam etdirmək məqsədi 
ilə  1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Monqolların  3-cü 
yürüşü  zamanı,  1256-cı ildə  Azərbaycan tabe edildi. 1258-ci ilin 
fevralında Hülakü Bağdadı tutdu və  500 ildən  artıq hökm sürən 
Abbasilər xilafəti süqut etdi. Yeni işğal edilmiş ərazilərdə beşinci 
monqol ulusu-Hülakü dövləti yaradıldı (8, s. 325). 
 
2. Azərbaycan Hülakülər dövlətinin tərkibində 
 
Hülakü dövləti Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliy-
yət göstərdi (3, s. 23). Hülakü dövlətinin təsisi və uzun müddət 
mövcud olması Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni hə-
yatına-onun hüdudlarının sabitliyinə, dilinə və s. təsir göstərdi. Tari-


 
86
xən  əlverişli coğrafi  şəraiti, gözəl iqlimi və  zəngin təbii sərvətləri 
olan Azərbaycan Hülakü dövlətində mühüm yer tuturdu. Onlar 
Azərbaycanı Hülakü dövlətinin mərkəzi vilayətinə,  Marağanı, 
Təbrizi, Sultaniyyəni, yenidən Təbrizi paytaxt şəhərinə çevirdilər. 
Hülakü dövlətinin bütün əraziləri Azərbaycandan-Təbrizdən idarə 
olunurdu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə  qışlağı 
idi. Azərbaycana  Arran,  Şirvan,  Şəki, Muğan, Qarabağ, Qa-
radağ, Naxçıvan, Güştasfi, Arasbar  əraziləri daxil idi. Təxmini 
hesablamalar bu dövrdə  Azərbaycan  ərazisinin 250 min kv km 
olduğunu göstərir. Hülakü xan geniş  əraziyə malik dövlət təşkil 
etdikdən sonra köçmə zadəganlara arxalanaraq ali hakimiyyət 
orqanlarını, hərbi və siyasi işləri, vilayətlərin idarəsini şahzadələrin 
və  məşhur  əmirlərin arasında böldü. Şahzadə  Yuşmut Arranın 
hakimi  təyin olundu. Hülakü dövləti nə  qədər qüvvətli olsa da, 
köçmə feodalların qüvvətlənməsi mərkəzi hakimiyyətə qarşı 
mübarizəni gücləndirdi. Elxanilərlə Cuci nəslindən olan Qızıl Ordu 
xanları arasında Azərbaycan ərazisi uğrunda müharibə gedirdi. Qızıl 
Ordu xanları Azərbaycanın Çingiz xanın vəsiyyətinə görə Batı 
xanın payına düşdüyünü iddia edirdilər. Qızıl Ordu xanı  Bərkə 
1263-cü ildə sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şir-
vana yeritdi. Dərbənd  şəhəri tutuldu. Lakin 1265-ci ildə Elxanilər 
Qızıl orduluları ölkədən qova bildilər. Qızıl Ordu xanlarının  1288 
və  1290-cı illərdə yürüşləri də bir nəticə vermədi. Hakimiyyət 
uğrunda gedən mübarizə  Qazan xanın (1295-1304)  Qarabağda 
Hülakü dövlətinin padşahı elan olunması ilə  nəticələndi. O, yerli 
feodallarla  əlaqəni möhkəmləndirmək naminə  İslam dinini qəbul 
etdi, adını  dəyişdirərək Mahmud adını götürdü. Arranda Arslan 
oğlunun başçılığı ilə Qazan xana sui-qəsd təşkil edildi. Sui-qəsdin 
üstü açıldı və onun təşkilatçıları edam olundu. 1297-1298-ci illərdə 
Azərbaycanın şimalında Taycu oğlunun qiyamını Qazan xan yatıra 
bildi və mərkəzi dövləti qüvvətləndirdi. Qazan xandan sonra Hülakü 
dövlətinin taxt-tacına sahib olmuş qardaşı  Məhəmməd Olcaytu 
onun siyasətini davam etdirdi. Onu əvəz edən oğlu, 12 yaşlı  Əbu 
Səid (1316-1335), dövlət idarəsindən kənarda qaldı (3, s. 24). 


 
87 
Olcaytunun vəsiyyətinə görə dövlət işlərinin idarəsi  Sulduz qəbi-
ləsindən olan baş əmir Çobana həvalə olundu. Əmir Çoban faktiki 
hökmrana çevrildi. Bundan feodal qruplar narazı oldular. Qonşu 
dövlətlər də Elxanilərə qarşı mübarizəyə qalxdılar.  1318-ci ildə 
Xorasanda iğtişaş baş verdi. Qızıl Ordu Hülakü dövlətinə hücuma 
keçdi, Kür çayının sahillərinə kimi gəldi. Hülakülər əsas qüvvələrini 
Azərbaycana topladılar və rəqiblərini geri çəkilməyə məcbur etdilər. 
Şimal sərhədlərini möhkəmləndirdilər.  Əmir Çoban bu qələbədə 
mühüm rol oynadı. Buna baxmayaraq, ölkədə feodal çəkişmələri 
güclənirdi. Əmir Çobana qarşı açıq mübarizə gedirdi. 1319-cu_ildə_Gürcüstanda'>1319-cu ildə 
Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvan 
qiyamçıların iqamətgahına çevrilmişdi. Onlar Təbrizə, oradan da 
Sultaniyyəyə  getdilər. Qiyamçılarla Əbu Səidin qüvvələri arasında 
döyüş oldu. Əbu Səid qiyamçıları darmadağın etdi, bu igidliyinə 
görə ona Bahadır ləqəbi verildi. Əmir Çobanın rəhbərliyi ilə 1319-
cu 1325-ci illərdə  Qızıl Ordu dövlətinə yürüşlər təşkil olundu və 
müvəffəqiyyət  əldə edildi. Çoban Elxanilər dövlətinin idarəsini 
bütövlükdə öz əlinə almışdı. Oğlanlarını isə bir sıra vilayətlərə 
hakim təyin etmişdi.  Əbu Səid nəinki siyasi, həm də iqtisadi 
cəhətdən çobanlardan asılı idi. 20 yaşlı  Əbu Səid Çobana qarşı 
mübarizəyə başladı. O, 1328-ci ildə Çobanı  və onun oğullarından 
ikisini edam etdirdi. 1334-cü ildə Sultaniyyədə baş verən üsyan 
çətinliklə yatırıldı. 1335-ci ildə ölkə Qızıl orduluların hücumlarına 
məruz qaldı (8, s. 327). Əbu Səid 60 minlik qoşunla Arrana gəldi. 
Qızıl Ordu xanı geri çəkilməyə  məcbur oldu. Bu zaman Əbu Səid 
arvadı  tərəfindən zəhərlənərək öldürüldü. Özbək xan Kür çayına 
kimi irəlilədi. Yeni hökmdar Arpa xan  rəqibi ölkədən qovdu. 
Sultan  Əbu Səidin ölümü ilə Hülakü dövləti getdikcə  tənəzzülə 
uğradı. Bu zaman “Hülakülər səltənətinin mühafizəsi” adı altında 
Çobanilər, Cəlairilər, Xorasan əmirləri və Şirvanşahların mübarizəsi 
başladı. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə