Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə25/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   21   22   23   24   25   26   27   28   ...   104

 
78
Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə  səciyyələnən 
XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt 
şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi 
mərkəzlər yaradılmışdı.  Şivanşahların və Eldənizlərin saraylarında 
dövrün  ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiət-
şünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və 
fars  ədəbiyyatı  və b. sahələrdə böyük müvəfəqiyyət və  uğurları 
olmuş, bir çoxları müsəlman mədəniyyəti və elminin xadimləri kimi 
tanınmışdılar. Bunlardan görkəmli alim Fəridəddin  Şirvani 30 il 
astronomiya ilə  məşğul olmuş  və bir neçe ulduz cədvəli tərtib et-
mişdir. XI-XII əsrlərdə təbabət sahəsində yüksək biliyə malik olan 
həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşidəd-
din, atabəy Özbəyin  şəxsi həkimi olan Cəlaləddin Təbib, Müh-
zəbəddin Təbrizi,  Əkmələddin Naxçivani və b. göstərmək olar. 
Bunlar öz əsərlərində bir çox xəstəliklərin müalicə yolları nəzərdən 
keçirir,  əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsipləri haq-
qındakı bütün məlumatları ümumiləşdirmişlər. 
Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu 
xeyli  əsər yaradılmışdır. Hərtərəfli biliyə malik olan Fəxrəddin 
Əbülfəzi  İsmayıl ibn əl-Musanna  ət-Təbrizinin qələmə aldığı “Ta-
rixi-Azərbaycan”  əsəri də dövrümüzə yetişməyən  əsərlərdəndir. 
“Şərqdə  təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi” 
hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər 
içərisində  İsmayıl ibn əl-Musanna  ət-Təbrizidən başqa, Xətib 
Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini, 
Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-
Urməvini,  Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd  əl-
Ərdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və 
sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar. 
XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün 
Nizami Gəncəvi,  Əbül Üla Gəncəvi,  Əfzələddin Xaqani, Fələki 
Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları 
ilə məşhur idi. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağ-
lılığı, uzlaşmanı  təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b. 


 
79 
şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən 
farsdilli  şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli 
olaraq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu yara-
dildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqaninin 
şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq et-
diyi şeir dilinə şairin doğma azərbaycan-türk sözlərini gətirməsidir. 
Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be torki çərxeşan 
quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi fələk onlara 
türkcə deyər ki, sənsən”) misralı  məşhur beytində  işlədilmiş “sən-
sən” sözünü, eləcə də özünün şeir “Divan”-ında işlətdiyi su, Tanrı, 
vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və s. 
bu kimi sözləri qeyd etmək olar. 
XII  əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri 
dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri 
artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir. Atabəylər sarayında 
fəaliyyət göstərən  şairlər Xaqani tərəfindən təməli qoyulan yeni 
üslublu farsdilli Azərbaycan  şerini yüksək sənətkarlıq səviyyəsinə 
çatdırmağa çalışırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azərbay-
can poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti Nizami 
Gəncəviyə nəsib oldu. 
Bu dövrdə mənşəcə türk olan Səlcuq hökmdarlarının, Atabəy-
lərin, Şirvanşahların üstünlük verdikləri fars dili özünün inkişafı və 
təkmilləşməsində məhz Azərbaycan poetik məktəbinin nümayəndə-
lərinə, xüsusilə dahi Nizami Gəncəviyə borcludur. Onun “Xəmsəsi” 
dünya  ədəbiyyatının  ən dəyərli nümunəsidir.  Şair bu əsəri ilə  şeir 
sənətini saraylardan və  məddahlıqdan uzaqlaşdırıb, bu gün başa 
düşdüyümüz mənada bədii  ədə


 
80
vaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları hesab 
etmək olar. 
Bütün yuxarıda göstərilənlər, XI-XII əsrlərdə şimallı-cənublu 
Azərbaycan ərazisində elmin sürətli inkişafını, onun müxtəlif sahə-
lərinə dair onlarla əsərlərin yazıldığını, bu əsərlərin  əsasən dövrün 
elm dili olan ərəb dilində qələmə alındığını, Azərbaycan alimlərinin 
Yaxın və Orta Şərq müsəlman mədəniyyətinin inkişafında tutduq-
ları  əvəzedilməz və  əhəmiyyətli mövqelərini açıqlayır. Elmin, 
mədəniyyətin bu inkişafı ölkənin sosial-iqtisadi vəziyyətinin və şə-
hər mədəniyyətinin ümumi yüksəlişi ilə bilavasitə bağlıdır. 
XI-XII əsrlərdə Azərbaycanın ən böyük iqtisadi, siyasi və mə-
dəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, 
Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr 
inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyən-
ləşdirən 3 əsas üslub istiqamətini  əks etdirən  Şirvan, Naxçıvan və 
Arran memarlıq məktəbləri də elə bu illərdə təşəkkül tapır. Bu ocaq-
ların üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik 
və sosial quruluşu həlledici rol oynayırdı. 
Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron 
memarlıq məktəbi üçün daha dayanaqlı, sadə və çox vaxt asimmet-
rik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur. 
Daşla kərpicin birgə yanaşı  işlədilməsi ilə tikilən Arran memarlıq 
abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları  və incə gör-
kəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi. 
Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti 
dövrünə düşən,  əsasən, bişmiş  kərpicdən tikilən Naxçıvan-Marağa 
məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi 
və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, gövdə-
nin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi orna-
mentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın rolunun 
artması və s. xasdır. 
Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan qala-
sı,  Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin, 
Marağanın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nar-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə