Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə22/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   18   19   20   21   22   23   24   25   ...   104

 
69 
feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdular. Azərbay-
canın cənub  əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına 
keçdi. Səlcuq-Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-
 Bizans, erməni və gürcü feodalarının birləşmiş qüvvələrini 
darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu. 
Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan və 
Xarəzm (1038-1044), Qərbi  İran (1042-1051) Səlcuq türklərinin 
hakimiyyətinə keçdi. 1055-ci ildə Bağdad da daxil olmaqla İraq 
tabe edildi. Abbasilər asılı vəziyyətə düşdü. Azərbaycan türkləri, o 
cümlədən oğuz türkləri Səlcuq türklərinin soydaşları idi. 1054-cü 
ildə Sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı (8, s. 285), 
Rəvvadi hökmdarı  Vəhsudan  Səlcuq sultanına tabe olduğunu bil-
dirdi. Şəddadi hökmdarı Əbüləsvar Şarur da səlcuqlara tabe oldu. 
Səlcuq sultanı ilə  Şəddadi hökmdarı arasında bir saziş bağlandı: 
onlar Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı əlbir 
hərəkət etsinlər. 1066-cı ildə müqavimətə baxmayaraq, Şirvanşah I 
Fəribürz səlcuqlara tabe oldu (2, s. 391). Bununla da Azərbaycan 
bütünlüklə Böyük Səlcuq imperatorluğuna qatılmış oldu. Sasanilər 
və  Ərəb xilafətinin hökmranlıq etdiyi təqribən 600 illik bir tarixi 
dövrdə bütün türk, habelə qeyri-türk tayfalarının vahid xalq halında 
qaynayıb-qarışması prosesi gedirdi. Sasanilər və  Ərəb xilafətinə 
qarşı birgə mübarizə bu prosesə müsbət təsir göstərmişdi. Nəticədə 
Azərbaycanda  islam-türk etnik-siyasi amili daha da qüvvətlən-
mişdi. Azərbaycan isə İslam dünyasında həlledici hərbi-siyasi amilə 
çevrilən türklüyün başlıca istinadgahı olmuşdu. Səlcuq axınları ərə-
fəsində vahid Azərbaycan türk xalqının yaranması prosesi, demək 
olar ki, başa çatmaqda idi. Eyni kökdən və dildən olan, İslamı qəbul 
etmiş  Oğuz-Səlcuq türkləri ilə  qədim Azərbaycan türkləri tez bir 
zamanda qaynayıb-qarışdılar. Azərbaycan türk xalqının təşəkkülü 
prosesi başa çatdı. Böyük Səlcuq imperatorluğunun yaranması ilə 
torpaq mülkiyyəti və vergi sistemində də ciddi dəyişikliklər baş ver-
di. Hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə imperatorluq ərazisinə 
daxil olan bütün torpaqlar hərbi xidmət əvəzində iqta şəklində Səl-
cuq  əmirləri arasında bölüşdürülürdü. Təkcə Sultan Məlik  şah       


 
70
46 min Səlcuq süvarisinə iqta paylamışdı. İqtadarlar əvvəllər onlara 
verilmiş torpaqlardan vergi (renta) almaqla kifayətlənir, daxili 
idarəçiliyə və kəndlilərin həyatı ilə əlaqədar məsələlərə qarışmırdı-
lar, zaman keçdikcə iqta irsən keçməyə başlayır, mülk torpaqla-
rından fərqlənmirdi.  Uc torpaqları-sərhədləri qoruyan Səlcuq sər-
kərdələrinə paylanmış torpaqlardır.  Əhalidən  əlavə olaraq, Səlcuq 
döyüşçüləri üçün silah və  şərab tədarük edilməyə, onların atlarını 
nallamaq üçün silah bahası, şərab bahası, nal bahası kimi vergilər, 
şəhər sənətkarlarından isə onların hazırladıqları  sənət məhsulların-
dan pay alınmağa başlandı.  XI-XIII  əsrlərdə  əhali  xərac, üşr 
(üşür), cizyə  və bir çox başqa vergi və mükəlləfiyyətlər ödəyirdi. 
Səlcuq dövləti XI əsrin sonlarında-işğallar ara verdikdə tənəzzülə 
başladı.  İqtadarlar daha mərkəzi hakimiyyətə tabe olmaq istəmir-
dilər.  Əsarət altına alınmış ölkələrin, xalqların azadlıq mübarizəsi 
genişlənməkdə idi. Bundan başqa I Səlib yürüşü dövründə (1096-
1099)  səlibçilərə qarşı mübarizə, Aralıq dənizinin Kiçik Asiya, 
Suriya və  Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi də 
Böyük Səlcuq imperatorluğunun tənəzzülünə müəyyən təsir göstər-
di. Sonuncu Səlcuq hökmdarı  Sultan Səncərin (1118-1157
hakimiyyəti illərində imperatorluq faktiki olaraq, ayrı-ayrı müstəqil 
dövlətlərə parçalanmışdı. Bu dövlətləri Səlcuq sultanlarının vəliəhd-
lərinin tərbiyəçiləri-atabəylər idarə edirdilər. 
 
4. Şirvanşahlar və Atabəylər dövlətləri 
 
Şirvanşahlar dövləti. Böyük Səlcuq hökmdarı I Məlik şahın 
hakimiyyətinin sonuna yaxın  Şirvanşahlar yenidən qüvvətlənməyə 
başlamışdı. Bu zaman Fəribürz, sonra oğulları II Mənuçöhr və I Af-
ridun ölkəni müstəqil idarə edirdilər. Səlcuq türklərinə qarşı müba-
rizədə gürcü çarları Şirvanşahlarla yaxınlaşmağa çalışırdılar. Geniş 
xarici siyasət planları olan gürcü çarı IV David Bizans imperatoru 
Aleksey Komnin və  qıpçaq türklərinin hökmdarı Atrak ilə ittifaqa 
girmişdi. O, Qafqazın  şimalından Gürcüstana 45.000 nəfərdən çox 
qıpçaq türk döyüşçüsü köçürtmüşdü. Gürcü və erməni feodalları, 


 
71 
Bizans imperiyasının vasitəçiliyi ilə, Səlcuq türklərinə qarşı  Qərbi 
Avropa səlibçiləri ilə əlaqə yaratmışdılar. Bu tədbirlərlə onlar türk-
müsəlman amili Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan tor-
paqlarını öz aralarında bölüşdürməyə çalışırdılar.  1117-ci ildə  De-
metre Şirvana hücum etdi. 1120-ci ildə isə IV David qüvvətli ordu 
ilə Şirvana basqın etdi. Şirvanşahlar ordusu məğlubiyyətə uğradı (2, 
s. 332). IV David Qəbələni talan etdi. 1121-ci ildə Didqori dö-
yüşündə gürcülər, qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlib-
çilərinin birləşmiş qüvvələri Səlcuq qoşunlarına qalib gəldilər. 
1122-ci ildə Tiflis müsəlman  əmirliyi ləğv edildi. Şirvanşah  III 
Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-
lərinin yaxşılaşmasında Böyük Səlcuq imperatorluğunun zəifləməsi 
ilə yanaşı, III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də 
mühüm rol oynamışdı. Gürcü çarı ilə ittifaqa bel bağlayan III Mə-
nuçöhr Səlcuq türklərindən üz döndərdi. Nəticədə Şirvanşahlar Bö-
yük Səlcuq imperatorluğu ilə ittifaqdan çıxdılar və 40.000 dinar 
məbləğində illik bac verməkdən imtina etdilər. 1123-cü ildə Səlcuq 
hökmdarı Sultan Mahmud Şirvana hücum etdi. Lakin birləşmiş qüv-
vələrə qalib gələ bilməyən Sultan Mahmud çox keçmədən  Şirvanı 
tərk etdi. IV David Şirvan torpaqlarını Gürcüstana qatmaq qərarına 
gəldi və  1123-1124-cü illərdə  dəfələrlə Azərbaycana yürüş etdi. 
Gürcüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi, şəhər və qala-
larda gürcü qarnizonları qoyub geri döndü. Lakin 5 ay sonra IV Da-
vidin ölümündən sonra (1125) onlar Şirvanı  tərk etməyə  məcbur 
oldular. Hakimiyyət yenidən III Mənuçöhrə keçdi. XII əsrin 30-60-
cı illərində Azərbaycan  Şirvanşahlar dövləti Cənubi Qafqazda ən 
qüdrətli siyasi amilə çevrilmişdi.  1160-cı ildə III Mənuçöhrün 
ölümündən sonra onun oğulları arasında taxt-tac mübarizəsi başlan-
dı. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu 
və bir qrup əyanla birlikdə  qıpçaq turklərinə arxalanaraq, Şirvanı 
Gürcüstanla birləşdirməyə cəhd göstərdi. Lakin Eldənizlər dövləti-
nin hakimi Atabəy Şəmsəddin Eldənizin qüvvələrinin köməyi ilə III 
Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196) hakimiyyəti ələ ke-
çirdi. O, Səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Ax-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə