Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə20/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   16   17   18   19   20   21   22   23   ...   104

 
63 
qala divarlarını  təmir etdirib möhkəmləndirdi. Dərbənddən sonra 
Xursan və Tabasaran, Şəki və Sənariyə Şivarşahlar dövlətinə qatıl-
dı. 
Sacilər dövləti.  Sacilər dövlətini türk sülaləsi olan Sacilər 
(879-941) yaratmışlar. Sacilər mənşəcə  Mərkəzi Asiyanın  Əşrusən 
(Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər (9, s. 137). 
Ərəb ordusunun məşhur sərkərdələri-Afşin Heydər ibn Kavus bu 
nəsildəndir. Xilafət-Bizans sərhədlərini möhkəmləndirmək üçün 
Mərkəzi Asiyadan Azərbaycana və Şərqi Anadoluya çoxlu türk tay-
faları köçürülürdü. Türklər Xilafət ordusunda mühüm qüvvə idilər. 
Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət ordusunun 
sərkərdəsi idi. Dövlətə xidmətlərinə görə Azərbaycan mülk olaraq 
Sacilərə verilmişdi. Sacilər ildə xilafətin xəzinəsinə 120 min dinar 
xərac göndərirdi. Onun oğulları  Məhhəmməd və Yusif ibn Sac da 
xilafətin sərkərdələrindən idi. Sacilərin hakimiyyti dövründə  (879-
941) Azərbaycanın cənub rayonları müstəqil dövlətə çevrilmişdi. 
Hələ  IX  əsrin sonlarında (898-900)  Məhəmməd ibn Əbu Sacın 
adına pul kəsilirdi. Yusif ibn Sacın dövründə Sacilər dövləti daha da 
qüvvətləndi (8, s. 277). 912-ci ildən etibarən Xilafət xəzinəsinə 
xərac göndərilməsi dayandırıldı. Yusif ibn Sac Ermənistan  ərazi-
sini, Tiflis və Kaxetiyanı  ələ keçirdi, Şivanşahlar dövlətini də öz-
lərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əv-
vəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaq-
larını  əhatə edirdi. Şərq sərhədləri Xəzər dənizi sahillərindən baş-
lanır, qərb sərhədləri İrəvan yanındakı Ani və Dəbil (Dvin) şəhərinə 
qədər uzanıb gedirdi. Yusif ibn Sac Dərbənd səddini təmir etdirdi. 
Onun adına Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi müstəqil 
bir dövlət olduğunu sübut edirdi. Dövlətin paytaxtı əvvəllər Marağa, 
sonra isə Ərdəbil şəhəri idi. IX əsrin 80-ci illərindən-X əsrin 40-cı 
illərədək, yəni yarım  əsrdən çox bir tarixi dövr ərzində bütün 
Azərbaycan torpaqlarının vahid Azərbaycan türk dövlətinin-Sacilər 
dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mə-
dəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalx-


 
64
masına, vahid Azərbaycan türk xalqının formalaşması prosesinin 
sürətlənməsinə müsbət təsir göstərdi. 
Salarilər dövləti.  Feodal qruplar arasındakı  çəkişmədən 
istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd 
941/942-ci ildə axırıncı Saci hökmdarı Deysəmə qalib gəlib, 
ölkənin paytaxtı  Ərdəbili  ələ keçirdi. Mərzban ibn Məhəmməd 
(941-957) Salarilər (941/942-981) sülaləsindən idi. Paytaxt Ərdəbil 
şəhəri idi. Salarilər dövləti  şimaldan Dərbənd keçidindən başla-
yaraq, cənubda Dəclə və Fərat çaylarının yaxınlarına qədər, şərqdə 
Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və 
Şərqi Gürcüstan da daxil olmaqla geniş  əraziləri  əhatə edən bir 
dövlətə çevrildi. Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində 
Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın Yaxın 
və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif 
etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. 
Lakin, Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları 
ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda gedən ara müha-
ribələri, feodal hərc-mərcliyi, Xəzəryanı Azərbaycan vilayətlərinin 
tez-tez slavyanların basqınlarına məruz qalması, xüsusilə  943/944-
cü ildə Bərdənin qarət olunması (2, s. 364), şəhər əhalisinə dəhşətli 
divan tutulması  981-ci ildə  Salarilər dövlətinin süqutunu daha da 
sürətləndirdi. 
Rəvvadilər dövləti.  İri Azərbaycan feodallarından biri-Təb-
riz, Marağa və  Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari 
hökmdarı  İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb yeni 
Azərbaycan dövlətinin-Rəvvadilər dövlətinin  əsasını qoydu (8, s. 
284). Bu feodal sülaləsinin soykökü qədim  ərəb-Əzdilər nəslinə 
bağlanırdı. Bu nəslin banisi əslən yəmənli olan ər-Rəvvad  əl-Əzdi 
idi. Rəvvadi əmirliyi zaman-zaman müstəqilləşib, Azərbaycanın bü-
tün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı. Bundan başqa
Rəvvadilər Muğan hakimiyyətini də asılı vəziyyətə saldılar. 1028-ci 
ildə Mahmud Qəznəvinin ona qarşı qiyam qaldıran Xorasan oğuz-
larına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azər-
baycana qaçdı və Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) ica-


 
65 
zəsi ilə burada yaşadılar (10, s. 209). Rəvvadilər dövlətinin pay-
taxtını  Ərdəbildən Təbrizə köçürdülər. Çünki Təbriz bütün Azər-
baycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdiril-
məsi üçün çox əlverişli coğrafi mövqedə yerləşmişdi.  Şərq ölkə-
lərini Aralıq dəniz və Qara dəniz sahillərilə, həmçinin Dərbənd 
keçidi vasitəsilə Volqa boyu və Şərqi Avropa ilə birləşdirən beynəl-
xalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin 
hakimiyyəti illərində daha da böyüdü və abadlaşdı. 
Şəddadilər dövləti.  Şəddadilər  əvvəl Dəbil (Dvin) ətrafında 
yaşayırdılar. 951-ci ildə mənşəcə müsəlman kürdlərindən olan Mə-
həmməd ibn Şəddad Salarilər dövlətini ələ keçirib Dəbil əmirliyini 
yaratmışdı. Şəddadilər 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər 
dövlətinin  əsasını qoydular (2, s. 377-378), Bərdə,  Şəmkir və s. 
Azərbaycan torpaqlarında möhkəmləndilər.  Fəzl ibn Məhəmməd 
(985-1030)  Gəncə  ətrafındakı bütün xırda feodal mülklərini ləğv 
etdi, mərkəzi hakimiyyəti gücləndirdi. Ata-baba mülkləri olan Də-
bili də öz dövlətinə birləşdirdi, erməni hakimi Şəddadilər dövlətinə 
bac verməyə məcbur oldu. Onun hakimiyyəti dövründə hərbi məq-
sədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azər-
baycanın  şimal və  cənub  əraziləri arasında iqtisadi və  mədəni rol 
oynadı (10, s. 209). Şəddadilərlə  Şirvanşahlar arasında sıx  əlaqə 
yaranmışdı, onların qohumluq münasibətləri var idi. Şəddadilər 
Azərbaycanın cənubunda hökmranlıq edən Rəvvadilərlə  və Tiflis 
əmiri Əbül-fəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayır-
dılar. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına oğuz 
tayfalarının köməyi ilə  Şəddadilər ağır zərbə vurdular (1037). 
1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvələrinin 
Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də oğuzların fəal 
iştirakı ilə baş tutmadı.  Şəddadilər dövləti  Əbüləsvar  Şavurun 
(1049-1067) dövründə daha da gücləndi. Gürcüstanla və onun müt-
təfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr aparılırdı. Gürcü çarı 
IV Baqrat Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxaraq alan-
larla ittifaqa girib, 1062-ci ildə onların Dəryal keçidindən Gürcüstan 
vasitəsilə Azərbaycana hücum etməsinə  şərait yaratdı.  Şavur  Gən-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə