Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə19/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   15   16   17   18   19   20   21   22   ...   104

 
60
(müxtəlif dövrlərdə onlar bütpərəstliyin, atəşpərəstliyin, xristian-
lığın və İslamın ayələrini icra etməli idilər), tabe olduqları imperi-
yanın milli əsarətinə qarşı birgə mübarizə aparmaları, yadelli işğal-
çılara qaşı birlikdə müqavimət göstərmələri. Bir-birini əvəz edən 
Sasani və Ərəb imperiyaları dövründə qonşu ölkələrin etnosları ilə 
iqtisadi və mədəni əlaqələr yaranırdı. Eyni imperiyanın tabeliyində 
olduğundan həmin imperiyanın qanunları ilə idarə olunurdular. Ver-
gi verir, mükəlləfiyyətləri yerinə yetirirdilər. Bu dövrdə türklərin 
güclü axını olmuşdu. Yeni gələnlər yerli türklərlə birləşirdi. Farslar 
və ərəblər isə öz dillərini itirir və yerli əhaliyə qaynayıb-qarışırdılar. 
Eramızın III-IV əsrlərində  Cənubi Qafqaz və bütünlükdə 
Azərbaycanın Sasani, Bizans, Türk Xaqanlığı və Xilafətin arasında 
gedən müharibələr nəticəsində inkişafı  ləngidilirdi. Xristianlığın 
təbliği xalqımızın formalaşmasına mənfi təsir edən amillərdən idi. 
Təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prin-
siplərinə zidd olduğu  ərəb işğalları dövründə Albaniyanın xristian 
əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Elə o vaxtdan 
erməni və gürcü kilsələri Albaniyanın qərbində yaşayan əhalini öz 
dini-siyasi tə
‰DPÂðUÐ%



 
61 
 
V FƏSİL 
AZƏRBAYCAN İNTİBAH DÖVRÜNDƏ.  
ELM VƏ MƏDƏNİYYƏTİN ÇİÇƏKLƏNMƏSİ 
 
Plan: 
1. Azərbaycanın IX-XI əsr feodal dövlətlərı. 
2. Славйанларын Азярбайcана басгынлары. 
3. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı. 
4. Şirvanşahlar və Atabəylər dövlətləri. 
5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət və 
mədəniyyət. 
 
1.  Azərbaycanın IX-XI əsr feodal dövlətlərı 
 
IX  əsrdə Xilafət zəifləmişdi. Feodal münasibətlərinin möh-
kəmlənməsi nəticəsində iri feodalların mövqeyi qüvvətlənmiş, əya-
lət hakimlərinin müstəqilliyi artmış, feodal zülmünə qarşı mübarizə 
və işğal olunmuş torpaqlarda azadlıq hərəkatları geniş vüsət almış-
dır.  İmperiyanın ucqarlarında xırda feodal dövlətləri-əmirliklər ya-
ranırdı. Bunları  sərkərdələr-keçmiş  ərəb canişinləri idarə edirdilər. 
Zaman keçdikcə özlərinin ərəb mənşəyini itirir, yerli xalqlarla qarı-
şırdılar. Abbasilər xilafətinin dağılırması  şəraitində Azərbaycanın 
ayrı-ayrı vilayətlərini idarə edən müxtəlif feodal sülalələri tərə-
findən bir sıra yerli dövlətlər yaradıldı. 600 ilə  qədər davam edən 
Sasani və  Ərəb  əsarətindən sonra yaranan yerli dövlətlər-Şirvan-
şahlar, Sacilər, Salarilər, Rəvvadilər,  Şəddadilər dövlətçilik  ənənə-
lərinin dirçəlişi idi. İslam dini bütün Azərbaycan əhalisinin, türk və 
qeyri-türk etnik qrupların vahid qüvvə ilə birləşməsində mütərəqqi 
rol oynadı. Bununla belə, ölkədə uzunmüddətli sabitlik yarada 
bilinməməsi feodal dağınıqlığı  və ara müharibələrlə  nəticələnirdi. 
Bir-biri ilə düşmənçilik edən Azərbaycan hakimləri çox vaxt xarici 
qüvvələri köməyə çağırırdılar. Bundan istifadə edən yadellilər 
Azərbaycanda möhkəmlənməyə və onun sərvətlərini çapıb-talamağa 


 
62
çalışırdılar. Belə bir şəraitdə vahid Azərbaycan dövlətini yaratmaq 
nə qədər zəruri olduğu aydın idi. 
Şirvanşahlar dövləti.  Şirvan  əvvəllər Azərbaycanın  şimal-
şərqində kiçik bir vilayət idi. Dərbənddən Kür çayına doğru Xəzər 
dənizi sahillərindəki Azərbaycan torpaqlarını əhatə edirdi. Mərkəzi 
Şirvan  şəhəri idi. Şirvanşahlar dövlətini Məzyədilər-bəzən Seyba-
nilər və ya Yezidilər sülaləsi idarə edirdi. Məzyədilərin görkəmli 
nümayəndəsi olan Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid (786-
809) zamanı  Cənubi Qafqaz vilayətinin, o cümlədən  Şirvanın ha-
kimi idi. O, xilafətə dayaq məqsədilə Azərbaycana köçürtdükləri 
Rəbiə tayfasından idi. Misir və Suriyadan köçürülən ərəblər, əsasən, 
Aran, Şirvan və Dərbənddə yurd salmışdılar. Yezidin özü də burada 
çoxlu torpaq ələ keçirmişdi. Məzyədilər ilk dəfə Aranda paytaxtı 
Bərdə olan yarımmüstəqil feodal dövləti-əmirlik yaratmışdılar. Ye-
zid ibn Məzyəd  Şirvan valisi kimi Aran, Şirvan, Dərbənd və 
Ermənistanı idarə edirdi. O, 801-ci ildə  Bərdədə ölmüş  və burada 
dəfn olunmuşdur. Sonra növbə ilə onun oğulları Əsəd, Xalid və Mə-
həmməd Cənubi Qafqaz valisi təyin edildilər. 859-cu ildə Məhəm-
məd ibn Yezid qədim Gəncəni bərpa etdirib öz iqamətgahını bura 
köçürdü. Zaman keçdikcə ərəb Məzyədilər nəsli yerli əhali ilə qay-
nayıb qarışdılar (10, s. 205). IX əsrin sonlarında Aran, Bərdə Sa-
cilərin əlinə keçdiyindən məzyədilərin nümayəndələri Şirvana köç-
dülər, türkləşməkdə olan ərəb nəsilləri Şirvanda cəmləşdilər. Məz-
yədilər sülaləsi də özünün ərəb mənşəyini itirdi. 861-ci ildə  Məz-
yədilər sülaləsindən Heysam ibn Xalid Şirvanı müstəqil elan etdi və 
Şirvanşah titulunu qəbul etdi (2, s. 326). 917-ci ildə qonşu Lahi-
canşahlıq  Şirvanşahlar dövlətinə birləşdirildi. Bununla əlaqədar 
918-ci ildə Şirvanşah Əbu Tahir (917-948) hərbi-strateji baxımdan 
Şamaxını bərpa edib paytaxtı bura köçürdü və Yezidiyyə adlandırdı. 
Şirvanşahın qoşunları  Qəbələ (981-982), Bərdə (982) və  Şirvanı 
(983) ələ keçirdilər. Strateji əhəmiyyətə malik olan Dərbənd əmir-
liyi də 988-ci ildə Şirvanşahlar dövlətinə birləşdirildi. Türklərin ya-
şadığı “Dəmir qapı” adlandırılan Dərbənd Azərbaycanın  ən qədim 
vilayətlərindən biri idi. Şirvanşahlar Dərbənd səddini və  şəhərin 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə