Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə18/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   14   15   16   17   18   19   20   21   ...   104

 
56
tərəfdarları və müttəfiqləri Səhl İbn Sumbat, İbn Bəis, Əbu Musa və 
b. tədricən ondan uzaqlaşdılar. Afşin hərbi təcrübəyə malik sər-
kərdə,  İranın və Azərbaycanın hakimi, səbrli və  tədbirli idi. Hətta 
Babəkin casuslarını da öz tərəfinə çəkirdi. 2 il özünə lazım olan mə-
lumatı topladıqdan sonra həlledici döyüşə hazırlaşdı. Müharibə 
uzandıqca qüvvələr nisbətindəki fərq  ərəblərin xeyrinə  dəyişirdi. 
Buna baxmayaraq, xürrəmilər  836-cı ildə  Həşdadsər dağı yaxın-
lığında döyüşdə  qələbə çaldılar (2, s. 273).  Ərəb sərkərdəsi Buğa 
döyüş meydanından qaçdı.  837-ci ildə  xəlifə Afşinin köməyinə 2 
böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Həmin ilin yayında 
Afşinin qoşunu Bəzz qalasını mühasirəyə aldı. Afşin qan tökül-
məsin deyə əvvəl Babəkə sülh təklif etdi, bağışlanması haqqda xəli-
fədən fərman alacağını dedi. Bu hər 2 tərəf üçün sərfəli idi. Xəli-
fənin məqsədi Babək kimi sərkərdəni öz tərəfinə çəkib Bizansa qar-
şı müharibədə istifadə etmək idi. Lakin Babək  əqidəsindən dön-
məyərək, bu təklifləri xəyanət kimi qiymətləndirdi. Son döyüş 837-
ci il avqustun 26-da başlandı. Babəkin müttəfiqi Bizans im-
peratorunun 100 minlik ordusunun arxadan ərəblərə zərbə endirmək 
cəhdi Bəzz qalasını xilas edə bilmədi. Afşin özü Babəkin sarayına 
baxan dağın üstündə qurduğu çadırda savaşı izləyirdi. Bəzz qala-
sının müdafiəsinə Babəkin etibarlı sərkərdəsi Adin (Aydın) başçılıq 
edirdi. Xürrəmilərin qeyri-adi igidliyi ərəbləri heyrətə  gətirmişdi. 
Ərəblərdən 100 min nəfər, xürrəmilərdən 80 min nəfər həlak oldu 
(8, s. 266-267).  Ərəblər Afşinin göstərişi ilə  Bəzz qalasını 3 gün 
yandırdılar, 8 minə yaxın  əsir götürdülər. Onların içərisində Ba-
bəkin ailə üzvləri və yaxın qohumları da var idi. Babək Arazdan ke-
çib Arrana gəldi. Onun məqsədi Bizans imperatorunun yanına get-
mək, yeni ordu toprayıb müharibəni davam etmək idi. Afşin Ba-
bəkin bağışlanması haqda xəlifədən məktub aldı, lakin Babək yenə 
də fikrindən dönmədi. Belə olduqda xəlifə onu diri tutub təhvil 
verənə 2 milyon dirhəm mükafat verəcəyini bəyan etdi. Babək 
Bazarçayın sol sahilində  Şəki qalasında keçmiş müttəfiqi Səhl  İbn 
Sumbatla qarşılaşdı. Sumbat Babəki aldadıb öz mülkünə gətirərək, 
onun təhlükəsizliyinə  təminat verdi, sonra da xəyanət yolu ilə onu 
ərəblərə təhvil verdi. Babəki Afşinin Bərzənddəki düşərgəsinə gətir-


 
57 
dilər. Sentyabrın 15-də onu Samirəyə apardılar. 838-ci il yanvarın 
4-də onlar Samirəyə yetişdilər. Xəlifə Mötəsimin  əmri ilə Babək 
martın 14-də edam edildi (9, s. 132).  Cəllad əvvəlcə onun dirsək-
dən qollarını, qıçlarını, sonra isə başını  kəsdi. Heç kəs onun inil-
tisini eşitmədi. Cəllad onun sağ ə


 
58
Azərbaycan tacirləri təkcə Xilafətə tabe olan ölkələrlə deyil, 
həm də başqaları ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı tacirləri 
Azərbaycana təkcə malların bolluğu, gözəlliyi, alverin rəvan getmə-
si deyil, həm də ucuzluq cəlb edirdi. Azərbaycan şəhərləri Xilafətlə 
Şimal-Şərqi Avropa və Asiya ölkələri arasında ticarətdə vasitəçilik 
edirdi. Daxili və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacir-
ləri xeyli mənfəət əldə edir və gəlirin bir hissəsini dövlətin xəzinə-
sinə verirdilər.  Ərəblər Bizansın Qara dənizdən keçən  əsas ticarət 
yolunun istiqamətini dəyişərək, onu Şərqə-Xəzər dənizi tərəfə ke-
çirtdilər. Ərəblərin Ön Qafqazdakı bütün ticarət yollarının kəsişdiyi 
Bərdə Şimalla tranzit ticarətinin mərkəzinə çevrildi. 
Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan öl-
kələrdə sosial-iqtisadi, siyasi və  mədəni sahələrdə baş verən dəyi-
şikliklər öz əksini mədəniyyətdə  də tapırdı. Ümumi islam mədə-
niyyətinin zənginləşməsində Xilafətə tabe olan bütün xalqların az 
və ya çox dərəcədə payı var idi. Kargüzarlıq işlərinin  ərəb dilində 
aparılması Xilafətin inzibati və dövlət idarələrində çalışan azərbay-
canlı  məmurları  məcbur edirdilər ki, ərəb dilini mükəmməl öyrən-
sinlər. Ona görə  də  tədricən milli-etnik sərhədlər zəifləyirdi. Dini 
mənsubiyyət əsas amilə çevrilirdi. Azərbaycandan onlarla istedadlı 
gənc Ərəb Şərqinin mədəniyyət mərkəzlərinə təhsil almağa gedirdi. 
Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində 
təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaq-
da və inkişaf etməkdə idi. VII-IX  əsrlərdə Azərbaycanda  ədəbiy-
yat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi 
mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s. 
inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa 
Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. Əsər 3 hissədən 
ibarət idi: I kitab Bibliya tarixindən başlayır və IV fəsildən baş-
layaraq Albaniyanın real tarixinin şərhi verilir. II kitab VI əsrin or-
talarından VIII əsrin  əvvəllərinə  qədər baş verən hadisələrlə 
tamamlanır. III kitabda ərəblərin tarix səhnəsinə  çıxması, Cənubi 
Qafqaza hücumları  və bu ərazilərə sahib olmalarından bəhs edilir. 
Kitab X əsr hadisələrinin şərhi ilə başa çatır. “Kitabi-Dədə Qorqud” 
dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. 


 
59 
Bu qəhrəmanlıq epopeyası  IX  əsrin  əvvəllərində  ərəb dilinə  tər-
cümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azər-
baycanın ilk ərəbdilli  şair və yazıçılarının yaradıcılığı  VII-VIII 
əsrlərə  təsadüf edilir: Dəvdək, Musa Şəhavət,  İsmayıl ibn Yaşar, 
onun oğlu Məhəmməd və b. Bu dövrdə  şəhərlərin hamısı qala di-
varları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şə-
bəkəsi və kanalizasiya qurğuları yaradılırdı.  İnşaat sənətinin yeni 
xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi. 
Azərbaycan memarlığında günbəzli tikililər VIII  əsrə  qədər geniş 
yayılmışdı. Bərdə  şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq 
daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığın-
dakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciy-
yəvi nümunələridir. 
 
4.  Azərbaycan xalqının və dilinin təşəkkülü 
 
Hər bir xalqın formalaşması  zəruri olan şərtlər bunlar dır: 
dil,  ərazi bütövlüyü, mədəniyyət vahidliyi, məhəlli iqtisadi əla-
qələr ümumiliyi. Bu şərtlərin təşəkkül tapması üçün əsrlər lazım 
gəlir. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri 
ərazi birliyidir. Azərbaycanın sərhədləri Cənubda Zəncan-Qəzvin 
bölgələri daxil olmaqla Qızılüzən çayından başlayıb  Şimalda  əzə-
mətli Qafqazın dağlarına qədər uzanıb Dərbəndi də  əhatə edirdi. 
Şərqdə  Xəzər dənizinə, Qərbdə Gürcüstan Respublikasına qədər 
olan  ərazilər, cənub-qərbdə isə  Oğuz yurdu İrəvan  şəhəri daxil ol-
maqla indiki Ermənistanın xeyli hissəsini  əhatə edirdi. Qədim 
etnosların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri dil 
sayılır. Azərbaycan xalqı əsasən bu ərazinin yerli etnik qrupları olan 
türk etnoslarından, həmçinin qonşu ölkələrdən gəlib burada məs-
kunlaşan türkdilli digər einosların qaynayıb-qarışmasından  əmələ 
gəlmişdir. Türk etnoslarının yaşadığı  ərazinin sərhədləri qərbdə 
Anadoludan, Egey dənizindən başlamış şərqdə Çin sərhədlərinə qə-
dər uzanırdı. Azərbaycanda yaşayan türkdilli etnoslar: kimmerlər, 
skitlər, massaqetlər, saklar, xəzərlər, qıpçaklar və s. idi. Bunları 
birləşdirən ümumi cəhətlər: eyni ideologiyanın təsiri altında olması 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə