Microsoft Word Azerb tarixi derslik doc


Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə17/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   13   14   15   16   17   18   19   20   ...   104

 
53 
 
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı 
azadlıq müharibəsi 
 
VIII  əsrin ortalarında Əməvilər sülaləsinin siyasətinə qarşı 
Xilafətin mərkəzində və asılı ölkələrdə mübarizə kəskinləşdi. Mər-
kəzdəki üsyanın əsas iştirakçıları xaricilər deyilən dini təriqətin tə-
rəfdarları idi. Onlar xəlifənin xalq tərəfindən seçilməsini tələb edir-
di. Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. 748-ci 
ildə Beyləqanda başlanan üsyan digər əyalət və şəhərlərə, Bərdəyə 
və Ərdəbilə yayıldı (8, s. 256). Üsyana Müsafir adlı qəssab başçılıq 
edirdi.  Ərəb  əmirləri qorxaraq üsyanın rəhbərlərindən bir neçəsini 
həbs etdi. Bundan qəzəblənən üsyançılar şəhər əhalisinin köməyi ilə 
qalaya girib, ərəbləri qılıncdan keçirdilər,  əmiri  əsir aldılar, məh-
busları azad etdilər. Sonra Bərdəyə köməyə getdilər, orada da əmiri 
əsir alıb öldürdülər. Köməyə  gələn yeni ordunu da məğlubiyyətə 
uğratdılar. Xalq hərəkatı bütün Azərbaycanı bürüdü. Hakimiyyəti 
ələ keçirən Abbasilər bütün üsyanları amansızlıqla yatıra bildilər. 
Lakin VIII əsrin 2-ci yarısında Azərbaycanda Xilafətə qarşı çıxış-
lar yenidən gücləndi. Xəlifə Harun əl-Rəşidin hakimiyyəti dövründə 
15-dən artıq üsyan baş verdi. Üsyanların əsas mərkəzi Beyləqan və 
Bərdə idi. Üsyan Şirvanı, Dağıstanı və Azərbaycanın bütün əyalət-
lərini bürüdü. Dərbəndlilər xüsusilə fərqlənirdilər. 
Azərbaycanda azadlıq mübarizəsindən biri xürrəmilər hərə-
katı (qədim pəhləvi dilində əbədi od, günəş) müəyyən fasilələrlə 60 
ildən artıq davam etmişdilər. Onların şüarı torpağı və istehsal vasi-
tələrini hakim təbəqənin asılılığından xilas etmək idi. Xürrəmilər 
sosial bərabərlik uğrunda mübarizə aparır, bütün təbəqələrdən olan 
gənclər üçün istisnasız kəbin hüququ azadlığı, maddi nemətləri in-
sanlar arasında bərabər bölüşdürmək kimi tələblər irəli sürürdülər. 
Məzdəkilər isə feodal istismarına və hakim təbəqənin firavan həyat 
tərzinə qarşı mübarizə aparırdılar. Xürrəmilər onlardan fərqli olaraq 
Azərbaycanın istiqlaliyyətini bərpa etmək istəyirdilər, Vətəni yadel-
lilərdən qurtarmağa çalışırdılar. Xürrəmilər islamın bəzi ehkamla-
rına qarşı  çıxır, qədim dini ayinləri ona qarşı qoyurdular. Onların 


 
54
fikrincə, dünya əbədi mövcud olduğu kimi, insanın ruhu da əbə-
didir. 
Orta əsrlərdə bütün çıxışlar milli zəmində başlasa da, sonra-
dan siyasi mahiyyət kəsb edərək, azadlıq müharibəsi səviyyəsinə 
yüksəldi. Bu, Erkən Orta əsrlərdə  Şərqdə islamın bəzi ayinlərinə, 
feodal zülmünə  və  ən başlıcası-ərəb  əsarətinə qarşı çevrilmiş xalq 
hərəkatı idi. Xürrəmilər tarixdə ilk dəfə işğalçılara qarşı mübarizədə 
azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar gey-
mişlər. 
Xürrəmilərə başçılıq edən  Cavidan və  Əbu  İmran arasında 
kəskin mübarizə gedirdi. Cavidan Bəzz qalasının sahibi və xürrəmi-
lərin başçısı idi. Hər il qış vaxtı Zəncan bazarlarında qoyun satardı. 
816-cı ildə Babəklə  də ilk dəfə bazarda rastlaşmışdı, özü ilə  Bəzz 
qalasına gətirmişdir. Babək 798-ci ildə Ərdəbil yaxınlığındakı Bi-
lalabad kəndində kasıb bir ailədə doğulmuşdu, 1 yaşında ikən ata-
sını öldürmüşlər, anası Sərab şəhərinə köçərək oğlunu çətinliklə bö-
yütmüşdür. Babək əvvəlcə çoban, sonra dəvə karvanlarında sarban, 
Təbrizdə usta yanında şagird işləmişdi. Babəkdən əvvəl 778-ci ildə 
qalxan üsyan yatırıldı, 2-ci üsyan isə bundan 30 il sonra xəlifə Ha-
run  əl-Rəşidin dövründə Cavidanın başçılığı ilə  808-ci ildə baş 
verdi (8, s. 261). Üsyançılar 100 min nəfərdən artıq sayı var idi. Üs-
yan çətinliklə yatırıldı, 10 minlərlə adam əsir götürüldü, kişilər öl-
dürüldü, qadınlar və  uşaqlar qul bazarlarında satıldı.  816-cı ildə 
növbəti döyüşlərin birində Cavidan və  Əbu  İmran bir-birini öldür-
dülər. Cavidanın dul qadınının təşəbüsü ilə xürrəmilər icmasının ba-
şına 18 yaşlı Babək keçdi. Babək olan üsyanları  təhlil etdi, uğur-
suzluğun səbəblərini araşdırdı və belə qənaətə gəldi ki, xalqı ayağa 
qaldırıb silahlandırmaqla ölkəni  əsarətdən xilas etmək olar. O, öz 
adamlarını Azərbaycanın hər yerinə göndərərək camaatı  ərəblərə 
qarşı müharibəyə çağırdı. Əsgərlərin sayı o qədər artmışdı ki, piya-
da hesaba alınmadan, təkcə atlılar 20 min nəfər idi. Babək orduda 
ciddi hərbi intizam yaratdı. Xürrəmilərə Müaviyə, Abdülla (hər ikisi 
Babəkin qardaşları), Tarxan, Adin, Rüstəm və b. başçılıq edirdi. 
Xürrəmilərin mərkəzi Azərbaycan idi. Təkcə Azərbaycanın cənu-
bunda və Deyləmdə Babəkin tərəfdarları 300 min nəfərə çatırdı. 


 
55 
819-cu ildə xəlifə xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. Qələ-
bədən sonra 10 ilə yaxın müddətdə xürrəmilər Xilafətin bir neçə 
ordusunu darmadağın etdilər. Babəkilər IX əsr 20-ci illərin əvvəl-
lərində düşməni məğlub edərək, Süniki, Ərsak, Bərdəni, Beyləqanı, 
Qarabağı, Arranın bir sıra əyalət və şəhərlərini azad etdilər. Babəkin 
əsas tərəfdarları Z.Bünyadovun qənaətinə görə, ermənilərdən fərqli 
olaraq, alban knyazları idi. IX  əsrin 20-ci illərinin sonuna doğru 
azadlıq müharibəsi genişlənərək Xilafəti sarsıtdı. Göndərilən güclü 
ərəb ordusu 2 il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həşdadsər 
dağında xürrəmilərlə  həlledici savaşi başladı (2, s. 269).  Məqsəd 
Bəzz qalasını ələ keçirmək idi. 150 minlik ərəb ordusundan 30 min 
nəfəri məhv edildi. Xəlifənin sevimli sərkərdəsi Məhəmməd əl-Tusi 
öldürüldü. Sonrakı il xürrəmilər Həmədan  şəhərini tutdular. Bu, 
ərəb orduları üzərində 5-ci qələbə idi. IX əsrin 30-cu illərinin əv-
vəllərində azadlıq müharibəsinin uğurlu dövrü idi. Ərəblər Babək-
dən qorxmağa başladılar.  833-cü ilin sonunda  Həmədan  şəhəri 
yaxınlığında şiddətli döyüş başladı (8, s. 264).  Xürrəmilər ilk dəfə 
ağır məğlubiyyətə uğradılar. Onların itkisi 60 mindən 100 minə qə-
dər idi. Xəlifə Bizansla müharibəni dayandırdı. Dövlətin fəaliyyə-
tini, bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı yönəltdi. 
Yollar sahmana salındı, yollarda keşikçi məntəqələri yaradıldı. Or-
duya göndərilən ərzağın, silahın və pulun çatdırılması üçün tədbirlər 
görüldü. Orduda intizam möhkəmləndirildi.  835-ci ildə Afşin adlı 
məşhur sərkərdə xürrəmilərə qarşı vuruşan orduya baş komandan 
təyin edildi. O, türk mənşəli idi. Öz qərargahını xürrəmilərin isteh-
kamına yaxın olan Bərzəndə köçürdü və əks kəşfiyyatı gücləndirdi. 
Kəşfiyyat məlumatı toplamaq, xürrəmilər arasında təfriqə salmaq, 
onların ən yaxşı sərkərdələrini aradan götürmək gündəlik işə çevril-
di.  İsma  Əl-Kürdi, Tarxan və b. aradan götürülməsi Babəkə  ağır 
zərbə oldu. Xürrəmilər də  tədbirli fəaliyyət göstərirdilər. Lakin 
azadlıq müharibəsinin illərlə uzanması  və geniş  əraziləri  əhatə et-
məsi ona rəhbərliyi çətinləşdirirdi. İtkilər az deyildi, adamlar uzun 
sürən müharibədən yorulmuşdular. Bu düşmənin diqqətini cəlb edir-
di. Düşmənə isə müntəzəm olaraq yeni qüvvələr gəlirdi. Afşinin 
tədbirlərindən qorxuya düşən yerli iri feodallar, Babəkin sadiq 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə