Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə16/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   12   13   14   15   16   17   18   19   ...   104

 
49 
miyyət Varaz Trdata keçdi. Xilafət Albaniyanın tədricən daxili müs-
təqilliyini ləğv etdi, həmin il Cavanşirin intiqamını almaq bəhanəsi 
ilə  xəzərlər hücuma keçdilər, Qəbələni və  Bərdəyə  qədər  şəhər və 
kəndləri soyub taladılar (Cavanşir Xəzər xaqanının müttəfiqi və kü-
rəkəni idi). Varaz Trdat çətinliklə sülh bağlayıb onları geri qaytardı. 
VIII  əsrin  əvvəllərində Bizansla yeni müharibə ərəfəsində Bizans 
tərəfdarlar


 
50
Bundan sonra ərəb qoşunları Gilan və Muğana doğru hərəkət 
etdilər. Ərdəbildə qalxan üsyanı yatırtmaq üçün 646-cı ildə buraya 
yeni  ərəb qoşunu gəldi. Yeni müqavilə imzalandı. Vergilərin miq-
darı  əvvəlkindən xeyli artırıldı. Albaniyada ərəblər ciddi müqavi-
mətə rast gəldilər. Ərəblər etiraf edirdilər ki, bu vaxta qədər vuruş-
duqları ölkələrin heç birində Azərbaycanda olduğu qədər güclü mü-
qavimətə rast gəlməmişlər. Sərkərdə Salmanın (Əbrürrəhmanın qar-
daşı) başçılığı ilə Azərbaycana daha güclü ordu göndərildi. Naxçı-
vanı, Şəki və Gorusu, Beyləqanı, Bərdəni işğal etdikdən sonra mü-
qavilə bağlandı. Onlar Qəbələni,  Şəmkiri,  Şəkini,  Şirvanı,  Şabranı 
çapıb taladılar. Lakin bu uğurlar asanlıqla başa gəlmədi. 653-cü ildə 
Dərbənddən  şimalda  Bələncər yaxınlığında xəzərlərlə döyüşdə 
ərəblər məğlub oldular, sərkərdə Salman öldürüldü. Ərəblər türk 
döyüşçülərinin igidliyinə heyran idilər. Böyük itkilər olsa da ərəblər 
Azərbaycan uğrunda mübarizəni davam etdirirdilər. VII əsrdə təsa-
düfü hallarda baş verən müharibələr VIII əsrdə kiçik fasilələrlə əsrin 
sonuna qədər davam etdi. 730-cu ildə 300 minlik ordu ilə xəzərlər 
ərəbləri  Ərdəbilə  sıxışdırdılar. Savalan dağı yaxınlığında xəzərlər 
qələbə çaldı. Diyarbəkrə və Mosula çatan xəzərlərin hücumunu Van 
gölü yaxınlığındakı Hilat şəhəri  ətrafında çətinliklə dayandırdılar. 
Ərəblər böyük ordu ilə hücuma keçdilər və  xəzərləri Azərbay-
candan çıxartdılar. Sülh bağlayan xəzərlərin bir hissəsi islam dinini 
qəbul etdi. Xəlifə Harun Ər-Rəşidin dövründə-VIII  əsrin 90-cı 
illərində xəzərlər 100 minlik qoşunla Azərbaycanın şimal hissəsini 
talan etdi. Xəzər-ərəb müharibələri Azərbaycana dağıntı və fəlakət 
gətirdi. 100 illik mübarizədən sonra ərəb orduları Azərbaycanın is-
tilasını başa çatdırdı. Ərəblər əhali ilə mülayim rəftar etməyə və la-
zım gəldikdə onlara güzəştə getməyə  məcbur oldular. Xəlifə  Əbu-
bəkr sərkərdələrinə göstəriş vermişdi ki, adamları şikəst etməsinlər, 
qocaları, uşaqları və qadınları öldürməsinlər. Əhalinin adət-ənənələ-
rinə toxunmasınlar. Bununla da əhalidə  ərəblərə qarşı münasibət 
mülayimləşdi. Xilafətin topladığı vergi və töycülər Sasani imperiya-
sındakından qat-qat az idi. Xalq yadellilərin dağıdıcı basqınlarindan, 
Bizans-Sasani müharibələrindən hədsiz dərəcədə  əziyyət çəkmişdi. 


 
51 
Azərbaycanda İslam dininin yayılması siyasi sabitlik və milli bir-
lik üçün təminat verə bilər, belə ki, yeni din humanist, ümidverici, 
obyektiv və ədalətli idi. İslam qanunları və ehkamları adamları pis 
əməllərdən çəkindirir, qəlbləri paklaşdırır, onlarda yüksək hisslər və 
vərdişlər yaradırdı. Başqasının  əməyinə  və  sərvətinə göz dikmə-
məyə, kimsəsizlərə,  şikəstlərə,  əlacsızlara yardım  əli uzatmağa, 
paxıllıqdan, xudpəsəndlikdən, lovğalıqdan uzaq olmağa çağırırdı. 
İslam dini Azərbaycanın cənub hissəsində, Muğanda, Mildə, Xəzər 
sahilində, Kür və Araz çayları boyunda, xüsusilə  şəhərlərdə nis-
bətən sürətlə yayıldı. Təkcə xristianların məskunlaşdığı dağlıq və 
dağətəyi  ərazilərdə yeni dinə müqavimət güclü idi. Digər tərəfdən 
xristianlar da vahid allaha inandıqlarına və “əhli-kitab” olduqlarına 
görə ərəblər onları təqib etmirdilər. Azərbaycanda İslam dininin ya-
yılması xalqın taleyində misilsiz dönüş yaratdı. Onun mənəvi inki-
şafı üçün əsas oldu, mədəni yüksəlişinə təkan verdi. İslama qədərki 
mədəniyyət məzmununu dəyişərək yeni keyfiyyət kəsb etdi. 
 
2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə,  
torpaq və vergi siyasəti 
 
Ərəblər əsarətə aldığı əraziləri idarə etmək üçün əmirlik sis-
temi yaratdılar.  Əmirlik daha kiçik inzibati vahidlərə-mahal və 
məntəqələrə (hər mahal 12 məntəqə, hər məntəqə  də 12 kəndə) 
bölünürdü.  Əmirliyi xəlifə  tərəfindən təyin edən  əmir idarə edirdi. 
Azərbaycanın  şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan  şə-
həri müəyyən edildi. Əhalini  ərəbləşdirmək üçün Bəsirədən, Ku-
fədən, Suriyadan və Ərəbistandan 10 minlərlə ərəb ailəsi köçürüldü. 
Onlara imtiyazlar verilir və torpaqla təmin edilirdi. Əməvilər süla-
ləsinədək ilk xəlifənin dövründə vergilər xeyli yüngül idi, həm də 
Sasanilərdən fərqli olaraq vergi tək-tək adamdan deyil, bütün ölkə-
dən alınırdı. Azərbaycanda xristianlar 2 vergi-xərac (torpaq vergisi) 
və cizyə (can vergisi) verirdi, müsəlmanlar isə cizyədən azad idilər. 
Xilafətə kömək etdiyinə görə kilsə vergidən azad idi və dövlət tərə-
findən himayə olunurdu. Xəlifə Əli vergi sahəsində islahat keçirdi. 


 
52
Əsas diqqət xərac yığmağa deyil, torpağı səmərəli əkib-becərməyə 
yönəldildi.  Əməvilərin dövründə isə vergi sistemində  dəyişiklər 
edildi.  725-ci ildə Azərbaycanda  əhali, mal-qara, torpaq siyahıya 
alındı.  Əvvəl ləğv edilmiş vergilər bərpa olundu. Ruhanilərdən də 
cizyə alınırdı, vergilərin ümumi məbləği artırıldı. Ağır vergilər 
təkcə yoxsulları deyil, həm də orta və iri feodalları da müflisləş-
dirdi.  VIII  əsrin ortalarında  Əməvilər sülaləsini Abbasilər  əvəz 
etdi. Kəndlilərin vəziyyəti daha da ağırlaşdı. Vergi torpağın əkilib-
əkilməməsindən asılı olmayaraq yığılırdı. Hətta meyvə  ağaclarına 
da vergi qoyuldu. Acgözlüyünə görə  xəlifə  əl-Mənsur “pul atası” 
ləqəbini almışdı. Qəddarlığı ilə seçilən xəlifə Harun ər-Rəşidin döv-
ründə (786-809) vergi daha da artırıldı. 15 yaşa çatan kişilər vergi 
verirdi. Azərbaycanın cənub hissəsindən ildə 4 milyon, Muğandan 
isə 300 min dirhəm yığılırdı. Daşına bilən əmlakdan “xüms”, mal-
qara, becərilən məhsullardan və meyvədən, qızıl və gümüş  sənət-
karlıq məmulatlarından  “zəkat” (sədəqə) vergisi alınırdı. “Zəkat” 
ruhanilərin, yetimlərin, şikəstləri və əlacsızların ehtiyacına sərf olu-
nurdu. Xilafətin Azərbaycandan aldığı vergi təxminən 8 milyon dir-
həmə yaxın idi. 
Feodal torpaq mülkiyyətinin əsas forması dövlət torpaqları-di-
van  və ya sultan (xəlifə) torpaqları idi. “İqta” divan torpağından 
orduda göstədiyi hərbi hünərə  və  sədaqətli xidmətə görə verilirdi. 
İqtanın 2 forması vardı: bağışlanan “iqta” sahibinin şəxsi mülkiy-
yətinə çevrilir və  nəsildən-nəslə keçirdi. II isə icarə edilən “iqta”-
irsən keçə bilməz, hətta geri alına bilərdi. Mülkiyyət formalarından 
biri feodal mülkiyyətində olan torpaq idi-mülk, sahibi isə  malik 
adlanırdı, istədikləri kimi istifadə edə bilərdilər. Daha sonra vəqf 
torpaqları var idi-müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din 
uğrunda mübarizlər və şəhidlər üçün verilirdi. Vəqf torpaqları mü-
səlman din idarələrinin ixtiyarında idi, almaq, satmaq və bağışlamaq 
olmazdı.  İcma torpaqları-kəndlərdə  əkin yerləri, biçənəklər, otlaq-
lar, meşələr, qəbiristanlıqlar və s. ibarət idi. Vergi və mükəlləfiyyət-
lərin bütün ağırlığı bu torpaqların üzərinə düşürdü. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə