Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə24/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   20   21   22   23   24   25   26   27   ...   104

 
75 
birləşmiş qoşunları  Şəmkir və Beyləqan vuruşmalarında  (1194
Əbu Bəkri ağır məğlubiyyətə  uğratdılar.  Əmir  Əmiran Ömər və 
gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi və-
tənə  xəyanət edən Eldəniz  şahzadəsinə  şəhərə kafirlərlə  gəldiyinə 
görə  təslim olmayacaqlarını bildirdilər.  Əmir  Əmiran Ömər Gən-
cəni hiylə ilə  ələ keçirdi. Gürcü qoşunları  Gəncəni tərk etdikdən 
sonra gəncəlilər Əmir Əmiran Öməri öldürdülər. Şəhər yenidən Əbu 
Bəkrin hakimiyyəti altına keçdi. Gürcü qoşunları  Dəbili qarət 
etdilər (1203), Qərbi Azərbaycan torpaqlarının tutulması  təhlükəsi 
yarandı. Xalq və  Şirvanşahlar Azərbaycanın qərb sərhədlərinin 
müdafiəsinə qalxdı. Gürcü qoşunları 1210-1211-ci illərdə Azərbay-
can torpaqlarına dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı müha-
sirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdi-
lər, Təbrizi mühasirəyə aldılar. Şəhər hakimi Zahidə Xatın (Məhəm-
məd Cahan Pəhləvanın arvadı) çoxlu pul, daş-qaş  və  sənətkarlıq 
məhsulları verib şəhəri dağıntıdan qurtardı.  Özbəyin (1210-1225
hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətlən-
di. Beləliklə, monqolların hücumu ərəfəsində Azərbaycan dövlət-
lərindən heç biri-nə Eldənizlər, nə də Şirvanşahlar ölkəni xarici təh-
lükədən qorumağa qadir deyildilər. Monqollara qədərki Azərbay-
canın iqtisadi  vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və 
əmtəə-pul münasibətlərinin genişlənməsi ilə  səciyyələnir. XI-XII 
əsrlərin vergi sistemi əvvəlki dövrlərin qayda-qanunlarının çoxunu 
mühafizə etmişdi. XII-XIII əsrlərdə Azərbaycanda 70-dək iri, orta 
və kiçik şəhərlər vardı. Bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri 
Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı 
və Beyləqan idi. XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı 
burada baş verən dağıdıcı  zəlzələlər  (1122, 1139) və gürcülərin 
“daha dağıdıcı” basqın və qarətləri ilə ləngidildi. Lakin gəncəlilərin 
səyi və köməyə gəlmiş sultan canişini Qara Sunqurun öz qoşunu ilə 
etdiyi yardım nəticəsində XII əsrin sonu XIII əsrin əvvəlləri Gəncə 
yenidən öz əvvəlki görkəmini qaytara bildi. Təbrizdə  də  1042-ci 
ildə baş vermiş  zəlzələdə 40-50 min sakinini və gözəl binalarını 
itirsə də yenidən bərpa edildi. 


 
76
 
5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət  
və mədəniyyət 
 
Azərbaycanda müstəqil dövlətlərin meydana gəlməsi iqtisadi 
inkişafın sürətlənməsinə səbəb oldu. Mənbələr Azərbaycanda dənli 
bitkilərin bütün növlərinin (buğda, arpa, çəltik, darı və s.), müxtəlif 
texniki bitkilərin (pambıq, boyaqotu, kətan və s.), həmçinin cürbə-
cür bostan bitkilərinin becərilməsi barədə olduqca maraqlı məlumat-
lar verirlər. Şirvanda və Dərbənd ətrafında zəfəran, həmçinin kətan 
becərilirdi. Lənkəran və  Şəki bölgələrində müxtəlif çəltik növləri 
əkilirdi. Aran, xüsusilə, Bərdə vilayəti qırmızı boyaq almaq üçün 
istifadə olunan qırmızıböcəyi ilə zəngin idi. Kür çayının hər 2 sahili 
başdan-başa taxıl zəmiləri və pambıq tarlalarından ibarət idi. 
Əhalinin təsərrüfat həyatında bostan və  tərəvəz bitkiləri  əkini də 
mühüm yer tuturdu. Bağçılıq da inkişaf etmişdi. O zaman Təbriz 
bağlarını salmaq üçün 900-dən çox kəhriz qazılmışdı. Lakin bu ki-
fayət etmirdi. İbn Havqəlin yazdığına görə, Dərbəndlə  Səməndər 
arasındakı üzümlüklərdə 40000-ə qədər tənək vardı. IX-XI əsrlərdə 
Azərbaycanda ipəkçilik yüksək inkişaf etmişdi. Kənd təsərrüfatının 
ən yüksək inkişaf etmiş sahəsi maldarlıq idi. Heyvandarlığın  əsas 
forması yaylaq-qışlaq maldarlığı idi. Xəzər balıqla zəngin idi. Kür 
və Araz çayları boyunca yaşayan əhali balıqçılıqlı da məşğul olur-
du. Arıçılıq, bal və mum ixracı da Azərbaycanın iqtisadi həyatında 
mühüm rol oynayırdı. Cəmiyyətin  əsas istehsalçısı  kəndlilər  idi.      
2 qismə-uluclara  və  azad  kəndlilərə  bölünürdülər. Uluclar asılı 
kəndlilər idilər.  Ərəb işğalları dövründə yaranmışlar. Öz torpaq-
larını itirmək təhlükəsi qarşısında qalan kəndlilərin mühüm bir 
hissəsi ayrı-ayrı  ərəb feodallarının himayəsinə  sığınmağa məcbur 
olurdu. Nəticədə, həmin kəndlilərin torpaqları  ərəb feodallarının 
əlinə keçir və ilcə (yaxud hami) torpaqlar adlanırdı. Uluclar, əsasən, 
əkinçiliyin yüksək inkişaf etmiş düzən rayonlarda yaşayırdılar. 
Dövlətə vergi verirdilər. Azad kəndlilər isə dağ rayonlarında ya-
şayırdılar. Azərbaycan kəndliləri oturaq həyat sürürdü. Torpaq üzə-


 
77 
rində xüsusi mülkiyyət mövcud idi. Süni suvarmaya əsaslanan əkin-
çiliyin inkişaf etdiyi yerlərdə su üzərində də xüsusi mülkiyyət hökm 
sürürdü. Feodal torpaq mülkiyyətinin bir neçə növü var idi. Mülk 
(və ya əmlak) torpaqlar-irsi idi, mülk sahibləri (malik, məlik, və ya 
mülkədar) torpağı sata və bağışlaya bilərdilər. Camaat (icma) tor-
paqları-otlaqlar, örüşlər, meşələr, bataqlıqlar və s., bəzən  əkin 
yerləri olurdu. Camaat torpaqları dövlətin mülkiyyətində idi, dövlə-
tə torpaq vergisi-xərac verirdi. Xassə-ayrı-ayrı hökmdarların (xəli-
fələr, sultanlar və b.) və sülalələrin mülkiyyətində geniş torpaq sa-
hələri vardı. Dövlətə məxsus olan, yəni gəliri birbaşa xəzinəyə gələn 
torpaqlara  divani,  və ya divan torpaqları deyilirdi. Şərti torpaq 
mülkləri-iqta  sistemi də inkişaf etməkdə idi. İqta dövlətə xidmət 
müqabilində verilirdi. İqta sahibləri-iqtadarlar bilavasitə  təsərrü-
fatla və ya təsərrüfatçılıqla məşğul olmur, bir qayda olaraq, öz iqta-
larını icarəyə verirdilər. Zaman keçdikcə onlar iqtadarların xüsusi 
mülkiyyətinə çevrilirdi. Bu dövrdə  vəqf  torpaqları da yayılmışdı. 
Bu torpaqlar ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəssisələrinə, 
məscidlərə, mədrəsələrə və s. verilirdi. Kəndlilər vergini vəqf sahi-
binə  və ya dini müəssisəyə verirdilər. Torpaqdan istifadə müqabi-
lində  kəndlidən vergi üşr  və ya üşur (1/10), sonralar isə  xərac 
adlanırdı. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya amil
maliyyə müfəttişləri isə mütəsərrif adlanırdı. X-XI əsrlərdə xəracın 
müəyyən bir hissəsini pulla ödəyirdilər. O zaman ərəblər Azərbay-
candan 4-4,5 milyon dirhəm, Sacilərin hakimiyyəti dövründə 2 mil-
yon, Salari hökmdarı  İbrahimin dövründə  də bu qədər xərac alır-
dılar. Xəracdan başqa, müsəlman əhalisi öz əmlakına görə nəzir ve-
rirdi ki, buna da zəkat  və  sədəqə  deyilirdi. Müsəlman olmayan 
əhalidən  can vergisi-cizyə alınırdı.  Ərəb işğalı dövründə  mərkəzi 
hakimiyyət tərəfindən müəyyən olunmuş illik xəracı ödədikdən 
sonra bu feodallar öz torpaqlarında təkbaşına hakimlik edirdilər. 
IX-X  əsrlərdə Azərbaycan dünyanın çoxlu şəhərləri olan öl-
kələrdən birinə çevrildi. Siyasi müstəqillik iqtisadi tərəqqiyə, o 
cümlədən sənətkarlıq və ticarətin inkişafına,  şəhərlərin meydana 
gəlməsinə müsbət təsir göstərirdi. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə