Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə23/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   19   20   21   22   23   24   25   26   ...   104

 
72
sitan ömrünün sonunadək ona arxalandı. Gürcüstan çarlığı ilə dost-
luq münasibətləri davam edirdi. 1173-cü ildə  Şirvanşahın hərbi 
qüvvələri mərkəzi hakimiyyətə qarşı qiyamı yatırtmaqda gürcü çarı 
III Georgiyə kömək etdi. I Axsitanın hakimiyyəti dövründə  Dər-
bənd hakimliyi Şirvanşahlardan asılı vəziyyətə salındı. I Axsitan öl-
kənin  ərazisində çoxlu müdafiə qurğuları-qalalar, qüllələr, sədlər 
inşa və bərpa etdi. 1175-ci ildə Şirvanşahlar dövləti yenidən xarici 
təcavüzə  məruz qaldı. 73 gəmidən ibarət slavyan donanması 
Azərbaycana hücum etdi, Lənbərana qədər hərəkət etdilər. Şimaldan 
qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər. Şirvanşahın hərbi 
qüvvələri hər iki hücumu dəf etdi. Buna III Georginin gürcü qo-
şunları kömək etdi. Bizans şahzadəsi Andronik Komnin də gürcü 
qoşunlarının ordugahında idi. 1192-ci ildə baş vermiş güclü zəlzələ 
nəticəsində  Şamaxı dağıldı.  Şəhər  əhalisinin xeyli hissəsi (I Ax-
sitanın ailəsi də) tələf oldu. Paytaxt Bakıya köçürüldü (8, s. 297). 
Azərbaycan Atabəylər (Eldənizlər) dövləti.  Azərbaycan 
atabəylərinin idarə etdiyi Eldəgizlər dövləti Azərbaycan tarixində 
İldənizlər və ya Eldəgəzlər dövləti kimi də tanınır. Bu ərazi əvvəllər 
İraq Səlcuq sultanlığının tərkibinə daxil idi. Böyük Səlcuq impera-
torluğunun parçalanması dövründə meydana gələn İraq Səlcuq sul-
tanlığı  (1118-1194)  İraqı,  İranı  və Kür çayından cənubdakı Azər-
baycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir hissəsini 
əhatə edirdi. Eldənizlər sülaləsinin banisi Atabəy  Şəmsəddin El-
dənizin adı ilə bağlıdır. Sultan II Toğrul (1132-1134) ona “əmir” 
titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi. 1136-cı 
ildə o, Arran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla 
müstəqil  Azərbaycan Eldənizlər dövlətinin  və bu dövləti idarə 
edən  Eldənizlər sülaləsinin  əsası qoyuldu. Şəmsəddin Eldəniz bir 
çox xırda feodal mülklərini aradan qaldıraraq bütün Azərbaycanı öz 
hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından iqta aldığı 
Arranla yanaşı, Azərbaycanın bəzi cənub bölgələrini, habelə Nax-
çıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə başladı. 
Paytaxt  əvvəllər Naxçıvan  şəhəri idi. Saray İraqda böyük nüfuza 
malik idi və dövlətin idarə olunmasında yaxından iştirak edirdi. 


 
73 
1160-cı ildə “Böyük Atabəy” titulu aldı  və  oğulluğunu  Arslan 
şahın (1161-1176) İraqda sultan elan edilməsinə nail oldu. Bundan 
sonra  Şəmsəddin Eldəniz bütün İraq Səlcuq sultanlığını özü idarə 
etməyə başladı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın 
hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı 
təyin edildi. Beləliklə,  İraq Səlcuq sultanlığı Azərbaycan sultan-
lığına çevrildi. Kürdən cənubdakı bütün Azərbaycan torpaqları 
Eldənizlər dövlətinin tərkibində yenidən birləşdirildi.  Şirvanşahlar 
dövləti də Eldənizlərdən asılı hala salındı. Azərbaycan Atabəyləri 
Azərbaycan üçün daim təhlükə yaradan gürcü torpaqlarını 
Eldənizlər dövlətinin tərkibinə daxil etmişdilər. 1161-ci ildə gürcü 
qoşunları o zaman Eldənizlər dövlətinin tabeçiliyində olan Dəbil 
şəhərinə hücum edib 10 minə  qədər adamı  qılıncdan keçirmiş, qa-
dınları  və  uşaqları  çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü 
qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarıl-
mışdı. Şəmsəddin Eldəniz gürcü qoşunları üzərində bir sıra qələbə 
qazanmışdı. Gürcü çarları bir daha Azərbaycan sərhədini pozmağa 
cəsarət etmirdilər.  Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna 
yaxın Eldənizlər dövləti Dərbənd keçidindən  İran körfəzinə  qədər 
çox geniş  əraziləri-Azərbaycanı, o cümlədən Arran və  Şirvan,  əl-
Cibal ölkəsi,  İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyi 
əhatə edirdi. Hilat, Fars, Xuzistan, Mosul, Kirman və  Təbəristan 
Şəmsəddin Eldənizdən asılı idilər. Mərkəzi hakimiyyətdən iqta al-
mış əmirlərin hərbi qüvvələrindən başqa, hökmdarın özünün 50 min 
nəfərlik nizami süvari qoşunu vardı. Səlcuq Sultanı  III Toğrulun 
(1176-1194) atabəyi olan Məhəmməd Cahan Pəhləvan  (Şəmsəd-
dinin oğlu) hakimiyyətə  gəldikdən sonra (1175-1186) paytaxtı 
Naxçıvandan  Həmədana köçürdü (1175), Təbrizi Ağsunqurilərin 
əlindən aldı, müstəqilliyə can atan iri Səlcuq  əmirlərinin müqavi-
mətini qırdı və mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azər-
baycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qar-
daşı  oğulları  Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı  Təb-
rizdə idi. Məhəmməd Cahan Pəhləvan dövlət vəzifələrinə öz yaxın 
adamlarını  təyin etdi, mərkəzi hakimiyyəti xeyli qüvvətləndirdi,    


 
74
50 min nəfərlik nizami süvari ordusu var idi. Gürcü feodallarını 
dəfələrlə  məğlub etdi. Hətta Abbasi xəlifələri belə Eldənizlər 
dövlətinin daxili işlərinə qarışa bilmirdilər. Ömrünün sonuna yaxın 
imperatorluğu oğulları arasında bölüşdürmüşdü. Hakimiyyətə keçən 
qardaşı  Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı  ələ 
keçirməyə  cəhd edən saray müxalifətinə  və iri feodallara qarşı 
mübarizə apardı. Formal olaraq sultan titulu daşıyan III Toğrul, 
narazı Səlcuq əmirləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc 
Xatın, oğlu Qutluq İnanc və b. Qızıl Arslana qarşı birləşdilər. III 
Toğrulla Qızıl Arslan arasında dəfələrlə qanlı vuruşmalar olub. O, 
bu münasibətləri sahmana salmaq üçün İnanc Xatınla evləndi, 
qardaşı  oğulları Qutluq İnancla və  Əmir  Əmiran Ömərlə barışdı
1191-ci ildə  Həmədan vuruşmasında qələbə qazandı, III Toğrulu 
oğlu Məlikşahla  əsir aldı.  1191-ci ildə  Qızıl Arslan xəlifə  ən-
Nasirin razılığı ilə özünü İraq sultanı elan etdi. Beləliklə, 
Azərbaycan atabəyləri formal hakimiyyəti, yəni sultan titulunu da 
ələ keçirdilər. Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı 
qalan iri feodallar və  İnanc Xatın onu sui-qəsdlə öldürdülər. 
Azərbaycanda hakimiyyəti  Əbu Bəkr (1191-1210)  ələ keçirdi. 
Məhəmməd Cahan Pələvanın digər oğulları Qutluq İnanc və  Əmir 
Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey vilayətləri və İraqın bir 
hissəsi Eldənizlər dövlətindən ayrıldı. Bunlar dövlətin tənəzzülünü 
sürətləndirdi. Vəziyyətdən istifadə edən Xarəzmşahlar,  Əyyubilər, 
Abbasilər,  Şirvanşahlar, gürcü çarları  fəallaşdılar.  1192-ci ildə 
Sultan III Toğrul həbsdən qaçdı, Rey, İsfahan və  Həmədanı  ələ 
keçirdi (8, s. 304). III Toğrul tərəfindən məğlub edilən Qutluq İnanc 
kömək üçün Xarəzmşah Təkəşə (1172-1200) sığındı. Təkəş 
Xorasan, Rey və Həmədanı ələ keçirdi. III Toğrul Təkəş və Qutluq 
İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada (1194) öldürüldü. 
Təkəş Qutluq İnancı aradan götürdü (1196). Eldəniz  Əbu Bəkr 
Xarəzmşahların hərbi qüvvələri üzərində bir sıra qələbə çalsa da, 
feodal hərc-mərcliyinin qarşısını almaq mümkün olmadı. Şirvanşah 
I Axsitan Əmir Əmiran Ömərə onun qardaşı Əbu Bəkrə qarşı hərbi 
qüvvə ilə yardım göstərdi. Gürcü çariçası Tamar və Şirvanşahların 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə