Microsoft Word Azerb tarixi derslik doc


cənin möhkəmləndirilməsi üçün onun ətrafında hasar və xəndəklər  çəkdirdi. 1063-cü ildə



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə21/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   17   18   19   20   21   22   23   24   ...   104

 
66
cənin möhkəmləndirilməsi üçün onun ətrafında hasar və xəndəklər 
çəkdirdi. 1063-cü ildə şəhərə qala qapılarını dəmirçi İbrahim Os-
man oğluna hazırlatdı. Şəddadilər bu zaman erməni feodallarına və 
Bizans imperiyasına qarşı  uğurla mübarizə aparırdı.  Şəddadilərin 
zərbə qüvvəsi oğuz türkləri, qüvvətli müttəfiqi sonralar Səlcuq türk-
ləri idi (10, s. 210). 
 
2.  Slavyanların Azərbaycana basqınları 
 
XI  əsrin sonlarından başlayaraq slavyanlar-“ruslar” Xəzər-
yanı vilayətlərə soyğunçuluq yürüşləri təşkil etməyə başladılar. O 
vaxt Kiyev knyazlarının hərbi drujinalarının üzvləri “rus” adlanırdı. 
909-cu ildə onlar 16 gəmi ilə  Xəzərə daxil oldular. Dənizin cənu-
bundakı Abaskun adasını ələ keçirdilər. Məğlubiyyətə uğrayan slav-
yanlar 910-cu ildə yenidən basqınlar etdilər, Sarı adasında və sahil 
məntəqələrində yanğınlar, talanlar törətdilər. Sonra İran sahillərinə 
hücum etdilər. Lakin Gilan şahının hərbi qüvvələri onları  məğlu-
biyyətə uğratdılar. Geri çəkilərkən Şirvanşahların qoşunları tərəfin-
dən darmadağın edildilər.  914-cü ildə slavyanlar hər birində 100 
döyüşçü olan 500 gəmi ilə Xəzərə daxil oldular. Xəzər xaqanlığının 
ərazisindən keçdikləri üçün onlara ələ keçirdikləri qənimətin 
yarısını verməyi vəd etdilər. Əhali hücum gözləmədiyindən qəflətən 
50000 nəfərlik hərbi qüvvələrin dəhşətli basqınlarına və talanlarına 
məruz qaldı. Ruslar Bakı sahillərinə gələrək, sahilə yaxın adalarda 
düşərgə saldılar və buradan basqınlar edirdilər. Uşaqları və qadınları 
əsir götürdülər, geri qayıdarkən vəd etdikləri qənimətin bir hissəsini 
Xəzər xaqanına verdilər. Lakin 15000 nəfərlik müsəlman-türk 
qoşunları ilə slavyanlar arasında şiddətli döyüş baş verdi. 3 gün da-
vam edən bu döyüşdə ruslar darmadağın edildi, onlardan ancaq 5 
minə qədəri qaça bildi. Mənbələrə görə, ruslara qarşı xarəzm, xəzər, 
burtas (mordva) və bulqar türkləri fəal iştirak edirdilər. 30 il sonra-
944-cü il slavyan drujinaları yenidən Xəzər sahillərində görün-
dülər. Bu zaman onlar Bərdəni  ələ keçirmək və Azərbaycanda 
möhkəmlənmək üçün gəlmişdilər. Kiyev knyazı İqorun (912-945) 


 
67 
gəmiləri Kürün mənsəbinə yetişib, Bərdə yaxınlığında Kür sahilində 
Mübarəki adlı yerdə düşərgə saldılar və buradan Bərdəyə hücum 
etdilər. Salarilər 5600 nəfərlik qüvvəsi ilə onlara müqavimət göstərə 
bilmədilər və Bərdə slavyanların əlinə keçdi. Əhali qılıncdan keçi-
rildi və şəhər talan olundu. Lakin bərdəlilər müqavimət göstərmək-
də davam edirdilər. Bərdəni itaətdə saxlamağın mümkün olmaya-
cağını yəqin edən ruslar onlardan tələb etdilər ki, gün ərzində şəhər-
dən çıxıb getsinlər. Çıxmayan əhali yenidən qılıncdan keçirildi, sağ 
qalanları, şəhər varlılarını məscidə toplayıb adambaşına 20 dirhəm 
pul tələb etdilər. Pulu olan canını qurtardı, pulu olmayana isə divan 
tutuldu. Mənbələrə görə, bu zaman Bərdədə  20000 nəfərə  qədər 
adam öldürüldü. Salari hökmdarı  Mərzban ibn Məhəmməd 30000 
nəfərlik qoşunla şəhəri mühasirəyə aldı. O, düşmənə ağır zərbə vur-
sa da, şəhəri ala bilmədi. Mosul hakimi Əbu Məhəmməd Nəsirəd-
dövlənin Azərbaycanın cənub sərhədlərini pozaraq Xoy və Salması 
ələ keçirməsi xəbərini alan Mərzban ibn Məhəmməd özünün əsas 
hərbi qüvvəsilə cənuba getdi. Salarilərin 4000 nəfərlik kiçik bir dəs-
təsi Bərdənin mühasirəsini davam etdirdi. Əhalinin mübarizə əzmini 
qıra bilməyən, gündüz döyüşlərində  şəhərin mühasirəsini yara 
bilməyən slavyanlar gecə ikən qalanı yandırıb, qənimətlə birlikdə 
şəhəri tərk etdilər və ölkələrinə qayıtdılar. 944-cü il basqınlarından 
sonra  Bərdə bir daha özünə  gələ bilmədi. Yarım ildən çox slav-
yanların  əlində qalan şəhər dağılmışdı, pul kəsilməsi dayandırıldı, 
məşhur Bərdə bazarı öz əhəmiyyətini itirdi, bundan sonra şəhərin 
bərpasına fikir verilmədi. 944-cü il faciəsindən sonra Azərbaycanın 
şimal torpaqlarında müstəqil dövlət yaradan Şəddadilərin Gəncəni 
paytaxt seçməsi Bərdənin süqutunu daha da sürətləndirdi. Azərbay-
can hakimləri ümumi düşmənə qarşı birləşmək əvəzinə öz araların-
dakı ixtilafları həll etmək üçün rus dəstələrini köməyə çağırırdılar. 
987-ci ildə  Dərbənd hakimi əmir Maymun ibn Əhməd yerli əyan-
lara qarşı 18 gəmi ilə  Dərbəndə hücuma hazırlaşan slavyanlardan 
kömək istədi. 1030-cu ildə 38 gəmidə yenidən Xəzər sahillərinə hü-
cum edən slavyan drujinaları Bakı yaxınlığında və Kürlə Arazın 
qovuşduğu yerdə  Şirvanşahların qoşunlarını  məğlub etdilər.  Şəd-


 
68
dadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musa Beyləqanda qiyam 
qaldırmış qardaşı Əskuyəni məğlub etmək üçün slavyanları köməyə 
çağırdı. Qardaşına qalib gəlib, Beyləqan əhalisinə divan tutduqdan 
sonra o, slavyanlara çoxlu hədiyyə verdi. 1031-1033-cü illərdə 
alanlar, sərirlər (Dağıstanda Sərir adlanan bölgədə yaşayan xalq) və 
ruslar  Şirvanşahların paytaxtı Yezidiyyə  (Şamaxı)  şəhərini  ələ ke-
çirib, 10 gün ərzində qarət etdilər. 10000 nəfərə qədər adam qılınc-
dan keçirildi. Lakin xalq düşmənləri Azərbaycandan qovdu. Geri 
qayıdan yadelliləri Dərbənd hakimi əmir Mansur ibn Maymun məğ-
lubiyyətə  uğratdı.  Əmirdən qisas almaq üçün 1033-cü ildə hücum 
edən alanlar və slavyanlar yenidən məğlubiyyətə uğradılar. 
 
3.  Səlcuq türklərinin Azərbaycanda hökmranlığı 
 
XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillə-
rinə  və  Dərbənd keçidindən  İran körfəzinə  qədər  əraziləri  əhatə 
edən Böyük Səlcuq imperatorluğu yarandı. Öğuz türkləri olan Səl-
cuq türklərinin adı  məşrk


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə