Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə15/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   11   12   13   14   15   16   17   18   ...   104

 
46
 
IV FƏSİL 
AZƏRBAYCAN VII-IX ƏSRLƏRDƏ.  
AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ 
 
Plan: 
1. Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi. İslam dininin 
yayılması. 
2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi 
siyasəti. 
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq 
müharibəsi. 
4. Azərbaycan xalqının və dilinin təşəkkülü. 
 
1. Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi.  
İslam dininin yayılması 
 
Ön Qafqaz uğrunda III əsrdən başlamış və fasilələrlə davam 
edən Bizans və Sasani imperiyası arasındakı müharibə əsasən Azər-
baycan ərazisində gedirdi. Müharibə Azərbaycanın təsərrüfatını da-
ğıdır, məhsuldar qüvvələrin inkişafını ləngidirdi. VII əsrin əvvəllə-
rində müharibənin yeni mərhələsi başlandı.  İran-Bizans mühari-
bəsindən istifadə edən Albaniya əhalisi Sasanilərin  əsarətinə qarşı 
üsyana başladı və amansızlıqla yatırıldı. Müharibənin son mərhələsi 
603-cü ildə Sasani hökmdarı  Xosrov Pərvizin (591-628) hücumu 
ilə başlandı və 25 il davam etdi. Müharibənin əvvəllərində İran qo-
şunu üstünlüyü ələ alaraq, Misiri tutdu, Bizansın paytaxtı Konstan-
tonopolu təhlükə qarşısında qoydu. Lakin 623-cü ildə 120 min qo-
şunla Bizans imperatoru II İrakli Dəbili və Naxçıvanı qarət etdi. 
Azərbaycanın paytaxtı Qazaka şəhərini işğal etdi. Bərdə yaxınlı-
ğında Tərtər çayı sahilində düşərgə saldı. Lakin Sasanilər Bizans 
ordusunu mühasirəyə aldılar. Bizans hökmdarı  xəzərlərə  xərac və 
hədiyyələr verərək, onları köməyə çağırdı. Onlar Sasani ordularına 
güclü zərbələr endirdilər, imperiyanın paytaxtı  Mədain (Ktesifon) 


 
47 
şəhərində  şahənşahın sarayı yandırıldı. Xosrov Pərviz hakimiy-
yətdən salındı  və edam edildi. 629-cu ildə bağlanan müqavilənin 
şərtinə görə Albaniya yenə də Sasanilərin hakimiyyəti altında qaldı 
(8, s. 236-237).  Bununla belə,  30-cu illərdə  xəzərlər Albaniyanı 
işğal etdilər, Qəbələdə möhkəmləndilər və Albaniya onlara xərac 
verməli oldu. Beləliklə,  ərəblərin hücumu ərəfəsində Azərbaycan 
Sasanilərin hakimiyyəti altında olub şimal canişinliyinin tərkibində 
idi və İrandan tam asılı idi. Albaniya İrandan rəsmən asılı olsa da, 
daxili müstəqilliyini saxlamışdı. 
630-cu ildə Ərəbistan yarımadasında yeni dövlətin – Ərəb Xi-
lafətinin əsası qoyuldu. Dövlətin banisi İslam dininin əsasını qoyan 
Məhəmməd peyğəmbər oldu. Bu hərbi – feodal dövlət yarandığı 
dövrdən istilalara başladı və ilk zərbə uzun müddət Bizansla müha-
ribələrdə zəifləmiş Sasani İranına dəydi. 
Ərəb ordusu 633-cü ildə İraq tərəfdən Sasanilər imperiyasının 
sərhədini keçdi. Albaniya-Girdiman hakimi Varaz Qriqor 634-cü 
ildə oğlu Cavanşirin rəhbərliyi ilə Sasani hökmdarı III Yezdəgerdin 
köməyinə qoşun göndərdi. Sasani ordusunun sərkərdəsi Rüstəm idi. 
636-cı ildə Kadisiyyə deyilən yerdə döyüş başlandı (2, s. 169-170). 
Bu döyüşdə Cavanşir igidliyi ilə  fərqlənirdi. Sasani hökmdarı ona 
mirvari ilə  bəzədilmiş  qızıl kəmər, qızıl dəstəkli qılınc verdi və 
başına gözəl tac qoydu. 638-ci ildə  ərəblər Sasanilərin paytaxtı 
Ktesifonu mühasirəyə aldılar. Cavanşir 3 minlik Alban qoşunu ilə 6 
ay şəhəri müdafiə etdi. İran ordusu darmadağın edildi. Müharibənin 
mənasız olduğunu görən Cavanşir  640-cı ildə Albaniyaya qayıtdı. 
Ərəblər bilirdilər ki, Cavanşirin vətənində onunla vuruşmaq asan 
olmayacaq. Cavanşir (616-681) 21 yaşında Albaniyanı idarə etmə-
yə başladı. 7 il vuruşduqdan sonra o, mübarizəni vətənində davam 
etdi.  Əvvəlcə, Albaniyanı  İran feodallarından təmizlədi, Bərdədə 
əsir götürülmüş anasını və qarldaşlarını xilas etdi. Sasanilər imperi-
yası dağıldıqdan sonra Cavanşir  ərəblərə qarşı mübarizəni davam 
etdirməli oldu. Düşmənin gücünü obyektiv qiymətləndirən Varaz 
Qriqor oğluna  ərəblərlə mübarizəni məsləhət görmədi. Lakin Ca-
vanşir  ərəblər Albaniyaya soxulduqda onları  qılıncla qarşıladı  və 


 
48
Bizans imperatoru ilə ittifaqa girdi. 654-cü və 660-cı illərdə Bizans 
imperatoru II Konstantin və Cavanşir görüşdülər (8, s. 244). Ərəb-
lərə qarşı müqavimət inadla göstərilirdi. Bu dövrdə Albaniyanın 
üzərini yeni bir təhlükə aldı, bu Bələncər yaxınlığındakı döyüşdə 
ərəbləri darmadağın edən xəzərlər idi. VII əsrin 60-cı illərinin əv-
vəllərində onlar Albaniyaya soxuldular. Cavanşir Kür çayı yaxın-
lığında onları məğlubiyyətə uğratdı. 3 il sonra xəzərlər böyük qüvvə 
ilə hücuma keçdilər. Araz çayının sahillərinə  qədər gələrək xeyli 
əsir tutdular. Cavanşir xəzərlərin başçısı ilə sülh bağlayıb qohum 
oldu. Hər il onlara xərac verməli oldular. Bütün əsirlər və mal-qara 
geri qaytarıldı. Lakin müəyyən fasilədən sonra xəzərlərin hücumları 
davam etdi. 60-cı illərin  əvvəllərində xilafətdə hakimiyyət  Əmə-
vilər sülaləsinin  əlinə keçdi. Albaniyanın Bizansla əlaqəsi  Ərmə-
niyyə  ərazisi ilə mümkün idi. Ərməniyyə  ərəblər tərəfindən tutul-
duqdan sonra bu mümkün olmadı. Həm də Bizans Xilafətlə müqayi-
sədə zəif idi. Albaniya təklikdə özünü qorumaq iqtidarında deyildi. 
Şimaldan xəzərlərin, cənubdan İran feodallarının hücumlarını nəzə-
rə alaraq Alban hakimi Xilifətlə münasibətləri diplomatik yolla ni-
zama saldı. 667-ci və 670-ci illərdə 2 dəfə Dəməşq şəhərinə gedə-
rək xəlifə Müaviyə ilə görüşdü. Danışıqlar uğurlu oldu. Xəlifə Al-
baniyanın daxili müstəqilliyinə toxunmadı, vergiləri 1/3 qədər azalt-
dı. Xəlifənin güzəştə getməsinin səbəbi Albaniyanın strateji-coğrafi 
mövqeyi, zəngin sərvətləri və Albaniya hökmdarının  şəxsi nüfuzu 
idi. Beləliklə, ilk ərəb işğallarından sonra Azərbaycanın cənub his-
səsi-Adərbayqan müstəqilliyini tamamilə itirdi. Xəlifənin canişinləri 
tərəfindən idarə olunmağa başladı. Albaniya isə Cavanşirin uğurlu 
siyasəti nəticəsində daxili müstəqilliyini saxlaya bildi və Xilafətin 
vassalı kimi ancaq vergi ödəmək şərti ilə asılı vəziyyətə düşdü. Öl-
kənin daxili müstəqilliyinə nail olan Cavanşir bir sıra xarici dövlət-
lərlə diplomatik münasibətləri saxlamağa çalışırdı. O, Ölkənin daxi-
lində  mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün tədbirlər gö-
rürdü. Cavanşir müstəqilliyə can atan iri feodallara qarşı ciddi mü-
barizə aparırdı.  681-ci ildə ölkə daxilində bizanspərəst feodalların 
sui-qəsdi nəticəsində Cavanşir qətlə yetirildi (8, s. 245-246).  Haki-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə