Microsoft Word b-7 mv az doc


BİOLOGİYANIN TƏDQİQAT ÜSULLARI



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

 
18
Dərs 2 / Mövzu 2:
 BİOLOGİYANIN TƏDQİQAT ÜSULLARI 
 
 
 Mövzunun əvvəlindəki mətnin müzakirəsinə keçməmişdən qabaq müəllim  şagird-
lərlə  aşağıdakı suallar ətrafında müzakirə  təşkil edir: “Elm dindən və incəsənətdən nə ilə 
fərqlənir?
 
Elmin  əsas məqsədi nədir?”  (Elmin məqsədi obyektlərin və  ətraf mühit 
hadisələrinin öyrənilməsidir) “Canlı obyektləri necə öyrənmək olar?” (Elmi araşdırma 
üçün müəyyən elmi obyektləri, problemləri və onları  tədqiq etmək üçün metodları seçmək 
lazımdır).  Sonra müəllim  şagirdlərlə birlikdə mövzunun əvvəlindəki mətni oxuyur, 
şagirdlərin ilkin fərziyyələri müzakirə olunur.  
 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı  şagirdlər müəllimin köməyi ilə 
yerinə yetirirlər. Riyazi biliklərinə  əsasən  şagirdlər fotosintezin sürətinin karbon qazının 
konsentrasiyasından asılılığını göstərən qrafiki öyrənirlər. Sonda şagirdlər belə bir nəticəyə 
gəlirlər ki, karbon qazının konsentrasiyası 0,1%-dən yuxarı qalxdığı  zaman fotosintezin 
sürəti dəyişmir. Konsentrasiya 0,03% olduqda fotosintezin sürəti 25-ə, 0,08% olduqda isə 
35-ə  bərabərdir. Sonra “Tədqiqatçılar bu nəticəyə necə  gəldilər, belə asılılıq qrafikini  
qurmaq üçün hansı metodlardan istifadə etdilər” sualı müzakirə olunur. Dərsin birinci və 
ikinci mərhələlərinin suallarının müzakirəsi zamanı şagirdlərdə biologiyada istifadə olunan 
tədqiqat metodları (müşahidə, ölçmə, təcrübə)  barədə ilkin təsəvvürlər yaranır.
 
  
 Dərslikdəki mətnlə tanışlığın kiçik qruplarda təşkil edilməsi daha səmərəlidir. Bu 
halda hər qrup tədqiqat üsullarından biri barədə  məlumatı “Öyrəndiklərinizi tətbiq edin” 
blokunda verilən cədvəlin bir sətrində yazır. Dərslikdə müşahidə, eksperiment və ölçmə 
üsullarından danışıldığı üçün qrupların da sayının 3 və ya 6 olması məqsədəuyğundur.  
Tədqiqat üsulları Misallar 
İstifadə olunan avadanlıq 
 
 
 
Müəllim münasib saydığı  mətn və ya şəkilləri  əvvəlcədən hazırlayıb dərs zamanı 
şagirdlərə paylaya bilər.  İşin hansı formada aparılmasından asılı olmayaraq, şagirdlər 
keçilmiş materialı ümumiləşdirərkən bu nəticəyə gəlməlidirlər:  
Alt 
STANDARTLAR
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablama-
lar aparır və nəticələri ümumiləşdirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Canlıların quruluşunun və həyat fəaliyyətinin öyrənilməsində uy-
ğun laboratoriya avadanlıqlarından istifadə qaydalarını izah edir. 

 
Fotosintez zamanı baş verən dəyişikliklərə dair hesablamalar 
aparır və nəticələri ümumiləşdirir. 
 


 
 
19
Hadisənin mahiyyətini aydınlaşdırmaq üçün əvvəlcə faktiki materialı toplayıb onu təsvir 
etmək lazımdır. Bu səbəbdən  bioloji tədqiqatlar müşahidədən, canlı obyektlərin və ya on-
larla  əlaqədar proseslərin təsvirindən başlayır. Sonra müşahidə olunan faktları izah edən 
fərziyyələr irəli sürülür. Bu və ya digər fərziyyənin sübutu və ya inkar edilməsi üçün ekspe-
rimentlər qoyulur, ölçmələr aparılır. Tədqiqat metodlarından biri olan  elmi eksperimentin 
köməyi ilə hadisələr xüsusi hazırlanmış, nəzarət olunan şəraitdə öyrənilir. Yalnız təkrar 
olunan müşahidələrin və təcrübələrin nəticələrini elmi fakt hesab etmək olar”.   
 Tətbiq mərhələsində  şagirdlər verilmiş  cədvəldə metodları adlandıraraq onlara 
müvafiq misal gətirirlər. Cədvəl belə doldurula bilər.  
Tədqiqat 
üsulları 
Misallar 
İstifadə olunan 
avadanlıq 
Müşahidə 
Lobya toxumunun cücərməsinin müşahidəsi Lupa 
Eksperiment Toxumun 
cücərməsinə temperaturun təsiri 
Termometr, Petr fincanı, 
pinset 
Ölçmə Bitki 
cücərtisinin böyümə sürəti   
Xətkeş 
Əgər bu cədvəl qrup işi zamanı doldurulubsa, müəllim onu şagirdlərlə birlikdə yenidən 
nəzərdən keçirir, əlavə misallar gətirməyi təklif edir. 
 “Öyrəndiklərini yoxlayın” bölümündə təqdim olunmuş tapşırıq mövzunu tam əhatə edir 
və dərsin məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün imkan yaradır.   
2-ci tapşırıqda  şagirdlər mülahizələrini  əsaslandıraraq işin ardıcıllığını  təsvir edirlər. 
Müzakirə zamanı şagirdlər belə bir nəticəyə gəlirlər ki, biologiyada tədqiqat metodları bir-
biri ilə bağlıdır. Tədqiqatın məqsədindən, mərhələlərindən asılı olaraq müxtəlif metod-
lardan istifadə edirlər. 
Qiymətləndirmə meyarları: izahetmə, hesablama, ümumiləşdirmə 
 
I səviyyə II 
səviyyə 
III  səviyyə 
IV  səviyyə 
Canlıların quruluşu-
nun və həyat fəaliy-
yətinin öyrənilmə-
sində uyğun labora-
toriya avadanlıqla-
rından istifadə qay-
dalarını yalnız müəl-
limin köməyi ilə izah  
edir.  
Canlıların qurulu-
şunun və həyat fəaliy-
yətinin öyrənilməsin-
də uyğun laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarını 
izah edərkən tez-tez 
səhvlərə yol verir.  
Canlıların quru-
luşunun və həyat 
fəaliyyətinin öyrənil-
məsində uyğun labo-
ratoriya avadanlıq-
larından istifadə 
qaydalarını əsasən 
düzgün    izah edir. 
Canlıların 
quruluşunun və 
həyat fəaliyyətinin 
öyrənilməsində 
uyğun laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarını 
düzgün izah edir. 
Fotosintez zamanı 
baş verən dəyişiklik-
lərə dair hesablama-
ları 
və nəticələrin 
ümumiləşdirilmə-
sini
 yalnız müəlli-
min köməyi ilə apa-
rır.  
Fotosintez zamanı baş 
verən dəyişikliklərə 
dair hesablamaları
 və 
nəticələrin ümumi-
ləşdirilməsini
 apa-
raraq səhvlər buraxır. 
Fotosintez zamanı 
baş verən dəyişik-
liklərə dair hesab-
lamalar aparır və 
nəticələri qismən 
ümumiləşdirir. 
Fotosintez zamanı 
baş verən dəyişik-
liklərə dair hesab-
lamalar aparır və 
nəticələri düzgün 
ümumiləşdirir. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə