Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

 
 
25
– Yosunların çoxalması üsulları, ibtidai bitkilərin həyatında çoxalma prosesinin 
əhəmiyyəti. 
– Qeyri-cinsi çoxalmanın xüsusiyyətləri: çoxalma şəraiti, sporlar və zoosporlar. 
– Cinsiyyətli çoxalma – cinsiyyət hüceyrələri, ziqotun yaranması, qeyri-cinsi çoxalma 
ilə müqayisədə üstünlükləri. 
 “Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində  təqdim 
olunmuş tapşırıqlar dərsdə  mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin 
məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır. 
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yosunların 
müxtəlifliyi haqqında 
mülahizələrini 
çətinliklə şərh edir.  
Yosunların müxtəlif-
liyi haqqında müla-
hizələrini müəllimin 
köməyi ilə şərh edir. 
Yosunların müxtəlif-
liyi haqqında müla-
hizələrini  şərh edir, 
bəzən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Yosunların 
müxtəlifliyi 
haqqında 
mülahizələrini 
dolğun şərh edir. 
Birhüceyrəli yaşıl 
yosunlarda gedən 
həyati prosesləri 
fərqləndirməkdə 
çətinlik çəkir.  
Birhüceyrəli yaşıl 
yosunlarda gedən hə-
yati prosesləri fərq-
ləndirərkən tez-tez 
səhvlərə yol verir. 
Birhüceyrəli yaşıl 
yosunlarda gedən 
həyati prosesləri 
əsasən düzgün 
fərqləndirir. 
Birhüceyrəli yaşıl 
yosunlarda gedən 
həyati prosesləri 
düzgün fərqləndirir. 
Elektron resurslar: 
http://biology-online.ru/uroki-onlain/6-klass-biologija-bakterii-gribov-rastenii/urok-onlain-
vodorosli.html,   
http://tana.ucoz.ru/load/303 
http://www.youtube.com/results?search_query=chlamydomonas  
 
Dərs 6 / Mövzu 6:
 ÇOXHÜCEYRƏLİ  YAŞIL  YOSUNLAR 
 
Alt 
STANDARTLAR 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Çoxhüceyrəli yaşıl yosunların quruluşunun öyrənilməsində 
mikroskopdan  istifadə qaydalarına əməl edir. 

 
Birhüceyrəli və çoxhüceyrəli yaşıl yosunların quruluş  və 
müxtəlifliyi  haqqında mülahizələrini şərh edir. 

 
Birhüceyrəli və çoxhüceyrəli yaşıl yosunların çoxalma pro-
seslərini  fərqləndirir. 
 


 
26
 Müəllim dərsə verilmiş  mətnlə tanışlıqdan və sonrakı sualın müzakirəsi ilə başlaya 
bilər. Dərsi lövhədə sxemin qurulması ilə  də başlamaq olar. Şagirdlər keçən dərsdə 
yosunlar haqqında aldıqları biliklərdən istifadə edərkən sxemdə müvafiq məlumatları 
yerləşdirirlər. Məs.,  
 
Bu müzakirələr şagirdlərdə laboratoriya işinin yerinə yetirilməsi üçün zəmin yaradır.  
 7-ci sinifdə mikroskopdan istifadə edilən laboratoriya işlərini artıq  şagirdlər 
müstəqil yerinə yetirməlidirlər.  İşin gedişi – istifadə olunan əşyaların adı, onların 
funksiyası, əməliyyatların ardıcıllığı və s. ətraflı izah olunur. İş zamanı proyektor vasitəsilə 
spirogira yosununun hazır mikrofotosunu nümayiş etdirmək mümkündür. Bu zaman 
müəllim spirogira hüceyrəsinin  quruluş hissələrinin adlarını sadalayır. Şagirdlər yosunun 
sxematik şəklini çəkib, hissələrin adlarını qeyd edirlər.  
 Nəzəri materialla tanışlıq laboratoriya işinin gedişi zamanı alınmış biliklərin yox-
lanmasına, möhkəmləndirilməsinə və daha da dərinləşdirilməsinə xidmət edir.  
Bu dərsin izahı zamanı müəllimin  əyani vəsaitlərdən fəal istifadə etməsi tövsiyə olunur. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər. Mətn abzaslarla 
oxunur və  hər birinin məzmunu müzakirə olunur. Mətnlə tanış olduqca yosunların 
xüsusiyyətlərini əks etdirən müqayisəli cədvəl tərtib etmək olar.  
 
Sapşəkilli yosunların xüsusiyyətləri Spirogira 
Ulotriks 
Yaşadıqları su hövzələri  
 
Xarici quruluşu  
 
Hüceyrələrinin forması 
 
 
Xromatoforun forması 
 
 
Çoxalması 
 
 
 
Son hissəni təhlil edərkən müəllim aşağıdakı məsələlərə xüsusi diqqət yetirməlidir: 

 
Sapşəkilli yosunların çoxalma üsulları və onların xüsusiyyətləri.  

 
Sapşəkilli yosunların çoxalmasının birhüceyrəli yosunlardan fərqli xüsusiyyətləri. 
 
Tətbiq zamanı  şagirdlər düzgün fikirləri qeyd edərkən yeni anlayış  və terminləri 
təkrarlayır, sapşəkilli yosunlar və onların quruluşu haqqında bilikləri möhkəmləndirirlər. 
 “Öyrəndiklərinizi yoxlayın” hissəsindəki tapşırıqları yerinə yetirən zaman şagirdlərdə 
yosunların ibtidai bitkilər olması barədə biliklər formalaşır (orqanların olmaması). Eyni 
zamanda, təklif olunan tapşırıqlar ibtidai və ali bitkilərin (çiçəkli bitkilərin misalında) 
xüsusiyyətlərini müqayisə etməyə imkan verir. 
 
Yosunlar
Yaşıl 
Qonur
Qırmızı
Birhüceyrəli 
Çoxhüceyrəli 
Quruluşu: 
..... 
Həyat 
tərzi: ...... 
Çoxalması: 
...... 


 
 
27
Qiymətləndirmə meyarları: istifadəetmə, şərhetmə, fərqləndirmə 
 
 
 
Dərs 7 / Mövzu 7:
 QONUR  VƏ QIRMIZI YOSUNLAR.  
                   YOSUNLARIN ƏHƏMİYYƏTİ 
 
 Müəllim dərsə verilmiş  mətn və sualla yanaşı, “Yaşıl yosunlar” dərslərində 
qazanılan bilik və bacarıqların yoxlanılması  və möhkəmləndirilməsi məqsədilə  şagirdlərə 
aşağıdakı tapşırıqları təklif edə bilər.  
A. Fərz edin ki, xlamidomonadanın işığa həssas gözcüyü və  yığılıb-açılan vakuolu 
itmişdir, bu zaman onunla nə baş verərdi?
  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Çoxhüceyrəli yaşıl 
yosunların quruluşu-
nun öyrənilməsində 
mikroskopdan        
yalnız müəllimin 
köməyi ilə istifadə 
edir. 
Çoxhüceyrəli yaşıl 
yosunların quruluşu-
nun öyrənilməsində 
mikroskopdan  çətin-
liklə istifadə edir. 
Çoxhüceyrəli yaşıl 
yosunların quruluşu-
nun öyrənilməsində 
mikroskopdan  istifa-
də qaydalarına qismən 
əməl edir. 
Çoxhüceyrəli yaşıl 
yosunların qurulu-
şunun öyrənilmə-
sində mikroskop-
dan istifadə qayda-
larına tam əməl 
edir. 
Birhüceyrəli və çox-
hüceyrəli yaşıl yo-
sunların quruluş və 
müxtəlifliyi  haq-
qında mülahizələrini  
çətinliklə şərh edir. 
Birhüceyrəli və çox-
hüceyrəli yaşıl yo-
sunların quruluş və 
müxtəlifliyi  haq-
qında mülahizələrini 
müəllimin köməyi 
ilə şərh edir. 
Birhüceyrəli və 
çoxhüceyrəli yaşıl 
yosunların quruluş 
və müxtəlifliyi  haq-
qında mülahizələrini
əsasən, düzgün şərh 
edir. 
Birhüceyrəli və 
çoxhüceyrəli yaşıl 
yosunların quruluş 
və müxtəlifliyi  
haqqında 
mülahizələrini 
dolğun şərh edir. 
Birhüceyrəli və 
çoxhüceyrəli yaşıl 
yosunların çoxalma 
proseslərini 
fərqləndirməkdə 
çətinlik çəkir. 
Birhüceyrəli və çox-
hüceyrəli yaşıl yo-
sunların çoxalma 
proseslərini fərqlən-
dirərkən səhvlərə yol 
verir. 
Birhüceyrəli və 
çoxhüceyrəli yaşıl 
yosunların çoxalma 
proseslərini, əsasən,  
düzgün  fərqləndirir. 
Birhüceyrəli və 
çoxhüceyrəli yaşıl 
yosunların çoxal-
ma proseslərini 
düzgün fərqləndi-
rir.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Qonur və qırmızı yosunların quruluşu və həyat tərzi haqqında 
mülahizələrini şərh edir. 

 
Qonur və  qırmızı yosunlarda gedən həyati prosesləri fərq-
ləndirir. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə