Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

 
30
çalışmaq lazımdır ki, şagirdlərdə belə bir fikir formalaşsın: “Ali bitkilər ibtidai bitkilərdən 
orqanların olması ilə fərqlənir. Hər bir orqan müəyyən funksiyaları yerinə yetirir. Orqan-
lar bu funksiyaları  təmin edən toxumalardan təşkil olunub”. Müzakirə boyunca şagirdlər 
bitki orqanları  və onların funksiyaları haqqında biliklərini nümayiş etdirir. Dərsin 
məqsədlərini nəzərə alaraq müəllim aşağıdakı məsələlərə xüsusi diqqət yetirməlidir:  

 
Mamırların yaşayış şəraiti;
 
 

 
Yaşıl quş mamırının quruluş xüsusiyyətləri;  

 
Sfaqnum mamırının quruluş xüsusiyyətləri; 

 
Yaşıl quş mamırı və sfaqnum mamırının fərqli xüsusiyyətləri;  

 
İbtidai və ali bitkilər arasında fərqli əlamətlər. 
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər. Mətn 
abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olunur. Mətnlə tanış olduqca belə bir 
cədvəl doldurula bilər:  
Müqayisə üçün xüsusiyyətlər Yaşıl quş mamırı Sfaqnum 
1. Gövdənin forması 
  
  
2. Gövdənin şaxələnməsi 
  
  
3. Yarpaqların gövdədə yerləşməsi 
  
  
4. Yarpaqların daxili quruluşu 
  
  
5. Sporların harada yerləşməsi 
  
  
6. Rizoidlərin olması 
  
  
7. Digər xüsusiyyətlər  
 
 
 Təqdim olunmuş tapşırıqda ibtidai və ali bitkiləri müqayisə edən şagirdlər, onların 
fərqlərini, səciyyəvi xüsusiyyətlərini müəyyən edirlər.  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqları yerinə yetirən 
şagirdlər dərslikdəki məlumatlara  əsaslanaraq yaşıl və  ağ mamırların xüsusiyyətlərini bir 
daha qeyd edirlər. 
İkinci tapşırıqda suallara cavab verən  şagirdlər sfaqnum yarpaqlarının hüceyrəvi 
quruluşu haqqında məlumata əsaslanaraq səbəb-nəticə əlaqələrini qururlar. Yerinə yetirilən 
tapşırıqlar dərsdə  mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd 
olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.  
Müəllim vaxt və şəraitdən asılı olaraq belə bir təcrübəni nümayiş etdirə bilər:  

 
Tərəzidə quru sfaqnum mamırının çəkisi müəyyən edilir.  

 
Həmin mamır 2–3 dəqiqə ərzində suya salınır.  

 
Mamır çıxarılır və suyu süzülür.  

 
Mamırın çəkisi təkrar tərəzidə çəkilir və əvvəlki çəkisi ilə müqayisə edilir.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yaşıl və ağ mamırların 
quruluş və həyat tərzi 
haqqında  fikirlərini mü-
əllimin və yoldaşlarının 
verdiyi sualların köməyi 
ilə  şərh edir.  
Yaşıl və ağ ma-
mırların quruluş 
və həyat tərzi haq-
qında  mülahizələ-
rini çətinliklə şərh 
edir.  
Yaşıl və ağ mamırla-
rın quruluş və həyat 
tərzi haqqında  müla-
hizələrini şərh edər-
kən səhvlərə yol ve-
rir. 
Yaşıl və ağ mamır-
ların quruluş və 
həyat tərzi haq-
qında  mülahizələri-
ni ətraflı  şərh edir.  


 
 
31
Elektron resurslar: 
http://biology-online.ru/video/moh-sfagnum-uchebnyi-rolik.html  
http://tana.ucoz.ru/load/229-2-2 
 
Dərs 9 / Mövzu 9:
 MAMIRLARIN ÇOXALMASI VƏ ƏHƏMİYYƏTİ 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir və 
sualların müzakirəsini təşkil edir. Həyatı bilikləri və gündəlik müşahidələri  əsasında 
şagirdlərin verdikləri cavablar müzakirə oluna bilər. Praktik tapşırığa keçməzdən  əvvəl 
müəllim mamırların quruluş xüsusiyyətlərini müzakirə edə bilər. Sonra müəllim 
“Mamırların böyüməsi (yaşaması) üçün zəruri  şərait nədir” sualını verərək suyun 
mamırların həyatında zəruriliyini vurğulayır.  
 Laboratoriya işini təbii obyektlər üzərində aparmaq məqsədəuyğundur. Təbii 
obyektlər olmadıqda, tədqiqat hazır preparatlarla aparılır. Laboratoriya işi cütlərlə, kiçik 
qruplarla və ya bütün siniflə aparılır.
 
Nəzəri materialı izah etməzdən qabaq müəllim canlı 
orqanizmin çoxalma formaları (cinsiyyətli və cinsiyyətsiz), onların hər birinin 
xüsusiyyətləri barədə  şagirdlərə suallar verir. Аparılan müzakirələr  şagirdlərin növbəti 
mərhələyə hazırlanmasına xidmət edir.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq aşağıdakı suallar əsasında qurula bilər:  
1. Mamırlar necə çoxalır? 
2. Spor nədir? 
3. Sporlar harada yetişir? 
4. Spordan nə inkişaf edir? 
5. Spordan inkişaf edən orqanizm cinsiyyətli və ya cinsiyyətsiz nəsil sayılır? 
6. Çoxalma prosesində suyun rolu nədən ibarətdir? 
Yaşıl və ağ mamırlarda 
gedən həyati prosesləri 
fərqləndirməkdə çətinlik 
çəkir.  
Yaşıl və ağ  ma-
mırlarda gedən hə-
yati proseslərin az 
hissəsini 
fərqləndirir.  
Yaşıl və ağ mamır-
larda gedən həyati 
proseslərin çox his-
səsini fərqləndirir.  
 
Yaşıl və ağ mamır-
larda gedən həyati 
prosesləri dəqiq 
fərqləndirir.  
 
Alt 
STANDARTLAR
 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 

 
Mamırların öyrənilməsi üçün mikroskopdan istifadə 
qaydalarına əməl edir. 

 
Yaşıl mamırlarda çoxalma prosesinin səciyyəvi 
xüsusiyyətlərini  müəyyənləşdirir 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə